Dənizkənarı Milli Park şəhər həyatının mədəni ritmini zənginləşdirəcək növbəti möhtəşəm tədbirə ev sahibliyinə hazırlaşır. 24 aprel – 3 may tarixlərində burada ilk dəfə Caz və Şərab festivalı keçiriləcək.

"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, festivalla əlaqədar olaraq jurnalistlərin məkanla tanışlığı olub.

Dənizkənarı Bulvar İdarəsinin mətbuat katibi Əfsanə Mehdiyeva bildirib ki, qısa fasilədən sonra Bakı bulvarı yenidən maraqlı və zövqlü bir layihəyə ev sahibliyi edir:

“Fərqli konsepsiyada təqdim olunan Caz və Şərab Festivalı nəfis caz musiqisi ilə qastronomiyanı bir araya gətirir. Düz 10 gün Dənizkənarı Milli Park ərazisində açıq səma altında keçiriləcək festival ziyarətçilərə zəngin proqram təqdim edəcək. Tədbir çərçivəsində yüksək səviyyəli caz ifaları, zərif qastronomik təcrübələr və seçilmiş şərab nümunələri bir məkanda təqdim olunacaq”.

O bildirib ki, festival caz musiqisini qastronomiya və şərabçılıqla birləşdirərək ziyarətçilərə fərqli mühit təqdim etməyi hədəfləyir. 10 gün ərzində canlı konsertlər, gənc kollektivlərin çıxışları, həmçinin yerli məhsulların təqdimatı, dequstasiyalar və master-klasslar keçiriləcək:

“Festivalın əsas məqsədi Azərbaycanın özünəməxsus caz ənənələrinin yaşadılması, gənc istedadlara dəstək verilməsi, caz musiqisinin daha geniş auditoriyaya çatdırmaqdır. Əgər indiyə qədər caz konsertləri qapalı məkanlarda məhdud auditiriya üçün nəzərdə tutulurdusa, indi bulvara gələn hər kəs bu musiqinin sədalarını eşidə biləcək. Hər gün üçün xüsusi proqram hazırlanıb. Bununla yanaşı, Azərbaycanın zəngin şərabçılıq ənənələri təqdim olunacaq, yerli istehsalçıların məhsulları nümayiş etdiriləcək, dequstasiyalar və master-klasslar təşkil ediləcək”.

Məlumat üçün bildirək ki, Festival Dövlət Kukla Teatrı yaxınlığında, ənənəvi yarmarka ərazisində keçirilir.

Tədbir hər gün saat 13:00-dan 23:00-dək fəaliyyət göstərəcək. Hər axşam saat 19:00-dan etibarən açıq səma altında canlı konsert proqramları təşkil olunacaq. Festivalın keçirildiyi məkana və konsert ərazisinə giriş sərbəstdir, yalnız səhnəyə yaxın xüsusi zonalara biletlə daxil olmaq mümkündür. Konsert üçün ayrılmış xüsusi zonalar üçün biletlərin satışı şəhərin kassalarında və onlayn platformalarda təşkil olunub.

Lamiyə Məmmədova







Son xəbərlər

Bakıda Qədim Sazın və Sözün Möhtəşəm Zəfəri - FOTOLAR

“Aşk-ı Memnu”nun “Arsen”i vəfat etdi

NBC: ABŞ-də F-16 qırıcısı qəzaya uğrayıb

Merz Trampla Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Bu gün Milli Musiqi Günüdür

Rauf İLYASOĞLU : BİZ SƏNSİZ QALMIŞIQ, AY OQTAY QAĞA - FOTO

Ərdoğanla Trampın görüşü olacaq

Rusiya millisi Azərbaycanda dördillik həsrətə son qoyacaq

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BU PAYIZI ÖZÜN İLƏ APARMA - FOTO

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

Vəsiyyəti açıqlanmadan mübahisələrə səbəb oldu - İnanırın mirasına nələr daxildir?

"Teşkilat" nə vaxt yayımlanacaq?

“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...”

Tarverdi Abbasov Ömrünün Yaradıcılıq Salnaməsi

ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi

Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ

Nicat Novruzoğlu : Nolar ki,bir salam yolla.. - FOTO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır

Şəhid (Antiterror hadisələri zamanı) Vüsal Şəhriyarovun anası Tatış Ananın 45 yaşı tamam olur - FOTOLAR

Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək

8 il sonra yenidən “Leyli” olacaq

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTOLAR - YENİLƏNİB - FOTO

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930