İmişlinin icra başçısı Vilyam Hacıyevin varidatı mənbələrlə
Dekabrın 20-si İmişlinin icrabaşı olan Vilyam Hacıyev haqqında statusumdan sonra saytlar rəsmi mövqe öyrəniblər. Belə ki, güya o, İmişlidə şəkər zavodunda ailələr üçün tikilmiş yataqxanada, ailəsi ilə birlikdə aylıq 124 manat kirayə haqqı ödəməklə yaşayır. Və deyib ki, mən sadaladıqlarımı faktlarla göstərməsəm, hüquq-mühafizə orqanlarına və məhkəməyə kəskin şikayətini bildirəcək.

Mən İlham Əliyev tərəfindən 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilmiş Vilyam müəllimi xərcə salmamaq üçün, yazdıqlarımı sübut etməyə çalışacağam və yazdıqlarımın mənbələrini göstərəcəyəm.

Azərbaycan Mərkəzi Seçki Komisiyasının siyahısında Vilyam Hacıyev və onun oğlunun hansı ünvanda qeydiyyatdan keçməsinə aid məlumatlar qeyd olunub. Üç ayrı mənzili faktlarla təqdim edilib:

▪️ Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 53, mənzil 4 (Hazırda qızı qeydiyyatdadır)
▪️ Bakı, Nərimanov rayonu, S. Rəhman küç, ev 45, mənzil 47 (Hazırda oğlu qeydiyyatdadır)
▪️ İmişli rayonu, H.Ə.Əliyev küç. ev 126 (Vilham Hacıyev özü qeydiyyatdadır)

İmişlinin icra başçısı Vilyam Hacıyevin varidatı mənbələrlə

Vilyam müəllimin Azərbaycan Şəkər İstehsalat Birliyi MMC-nin, yəni İmişli Şəkər Zavodunun xaricilər üçün tikilmiş lüks hotellərdən fərqlənməyən binasında mənzili var. 124 manatlıq yataqxana dediyi də həmin bu kotej tipli villadır. Sosial şəbəkə istifadəçiləri bu və Vilyam müəllimin əməlləri haqda yazırlar, oxuyun:

İmişlinin icra başçısı Vilyam Hacıyevin varidatı mənbələrlə

İcrabaşı Vilham Hacıyevin Həsən Əliyev küçəsində villa, "Sahil” metrosu üzərindəki çoxmərtəbəli binada 5 otaqlı mənzil, müxtəlif ticarət obyektləri, Dubayda biznes və daha nələri.. mövzusu isə Xəbərman xəbər portalına istinadən yazılıb. Bu da mənbə (https://xeberman.com/news/siyaset/13126-mishli-icra-bashcisi-vilyam-haciyevin-mulkleri-shok-syah.html).


İcrabaşının prokurorluqda işləyən oğlu Məhəmməd Hacıyevin avtomobil kolleksiyası və Milyonerlər məhəlləsində malikanəsinin olmasının istinadı Olke.az saytıdır (http://olke.az/news/detail/icra-bascisinin-oglunun-milyonluq-masin-kolleksiyasi-53784/). Digər bir neçə media saytı da bu barədə məlumatlar, hətta avtomobillərin fotoları ilə birlikdə paylaşıblar (https://7news.az/imisli-icra-bascisi-vilyam-haciyevin-olu-mehemmed-haciyevin/?fbclid=IwAR3QNy51-jubyzU4DikqXzAJuMGyxYyYSrHq2HPiMgp9vhU5ymJS7_66mmA).

10-15 minlik telefon, 50 minlik saat taxan (bunun da mənbəsi burada https://afn.az/ustm/37865-cra-bashchisinin-15-minlik-telefonu-foto.html) icra başçısının, 124 manatlıq kirayə evdə yaşaması nə dərəcədə inandırıcıdır?

İmişlinin icra başçısı Vilyam Hacıyevin varidatı mənbələrlə

Araşdırma Həbib Müntəzirə məxsusdur.

Son xəbərlər

BU DA BİR TALE PAYIDIR... - FOTOLAR

Yəmənin Hudeyda şəhəri hava hücumlarına məruz qalıb

"Barselona"nın "Qamper kuboku"ndakı rəqibi bəlli oldu

İranla danışıqlar apardıqlarını bildirdi

“Bəsdirin, öz həyatınızla məşğul olun”

17 il əvvəl ölən müxalifət ldierinə sui-qəsd ediblərmiş - Foto

Yeni layihəsi bəlli oldu

Gəmiylə Yunanıstana qaçacaqmış - Haluk Leventin saxlanılma səbəbi

Ali təhsil pilləsində məzunlara elektron diplomların verilməsinə BAŞLANILDI

Bakıda keçiriləcək güləş üzrə dünya çempionatının medalları

✍ Sevil Azadqızı : SEVGİ RUHUN QİDASI,QƏLBİN NƏFƏSİDİR

Qəzənfər Məsimoğlu : Gedib sülənməsin yad qapılarda - FOTO

“Sihirli Annem”in “Toprak”ı evlənir

Deputat maaşından imtina etdiyini açıqladı

Dövlət Televziyasından narazılıq etdi - "Göstərin də nazir nə iş görüb"

Sakitləşdirici dərman MakSimi xəstəxanalıq etdi

Şəhid anası böyrəyini qızına bağışladı - Fotolar

İllik gəlirlərinin 6 faizi silinə bilər

Smartfonunuz başqa telefonu da enerji ilə təmin edə bilər

Dənizdə niyə ən çox gənclər boğulur? – Onların ən böyük səhvləri bunlardır

Ərdoğan Şavkat Mirziyoyevi COP31-ə dəvət edib

“Space TV”nin bank hesablarına həbs qoyuldu

Doktoranturaya qəbul imtahanının nəticələri açıqlandı

Milli Məclisin deputatı İranda səfərdədir

Cari ilin altı ayında cinayət işləri üzrə icraata xitam verilməsinə dair 355 qərar ləğv olunub

İyul ayının bütün sosial ödənişləri yekunlaşdırılıb

Rusiya Ukraynada silah sərgisinin keçirildiyi poliqona zərbə endirib, ölənlər var

Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031