Evi olmayanlara müjdə! Bu mənzilləri faizsiz, 25 ilə ala biləcəksiniz - RƏSMİ
Ölkədə şəxsi vəsaiti yetərli olmayan vətəndaşlara tam təmirli, elektrik enerjisi, qaz və su ilə tam təchiz olunmuş, istifadə üçün yararlı vəziyyətdə kirayə mənzillər almaq imkanı yaradılacaq.

BAKU.WS-in sorğusuna cavab verən Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu açıqlayıb ki, kirayə mənzillər Bakı və Bakıətrafı, o cümlədən Sumqayıt şəhərində yerləşən çoxmərtəbəli binalarda yerləşəcək.

"Hazırda mənzillərin siyahısı tamamlanmadığı və sənəd qəbulu başlamadığı üçün ona görə mənzillərin qiyməti və ünvanları dəqiq açıqlanmır. İlin sonuna qədər bu proses başlayacaq. Standart təmirli mənzillər Bakı və Bakıətrafı, o cümlədən Sumqayıt şəhərində yerləşən çoxmərtəbəli binalarda yerləşəcək. Həmçinin mənzillər ictimai nəqliyyat və təhsil müəssisələrinə yaxın olacaq.

Kirayə mənzillərin əldə olunması zamanı satıcı və alıcı anlayışı olmayacaq. Yalnız İpoteka və Kredit Zəmanət Fondunun təqdim etdiyi mənzillər olacaq. Həmin mənzillər müraciət edən şəxslərə heç bir faiz olmadan təqdim olunacaq",-deyə fonddan qeyd olunub.
Məlumat üçün bildirək ki, məhkumluğu olmayan, Fonda müraciət anına vaxtı keçmiş öhdəlikləri olmayan, yaşı 60-dan yuxarı olmayan, Fondla aktiv kirayə münasibətləri davam etməyən Azərbaycan Respublikasının vətəndaşları kirayə mənzil ala biləcəklər.

Kirayə mənzil alan vətəndaşlar 12 aylıq ödənişi qabaqcadan ödəməli olacaq

Satmaq öhdəliyi ilə kirayəyə verilən yaşayış sahəsinə görə vətəndaşlar ilkin ödəniş yox, sadəcə olaraq götürdüyü yaşayış sahəsinin alış qiymətinə uyğun minimum 12 aylıq ödənişi qabaqcadan ödəməli olacaq. Əgər alınan evin qiyməti şərti olaraq 100 min olacaqsa vətəndaş ödənişi bur formada edəcək.
Misal: Siz Fonda kirayə yaşayış sahəsi üçün müraciət edirsiz və sizin müraciətinizə müsbət cavab verilir. Elektron sistemdə Sizə müxətlif qiymətlərdə olan mənzillərin siyahısı təqdim edilir. Siz də alış qiyməti 100 min manat məbləğində olan mənzili 25 il müddətinə kirayə götürmək üçün seçirsiz. Sizin qabaqcadan ödəniş kimi qeyd etdiyiniz məbləğ belə hesablanır: 100 min manat/300 ay (25 il) = 333,33 manat aylıq kirayə ödənişi.

Deməli 12 ay * 333,33 manat aylıq kirayə ödənişi = 4 min manat. Alınan nəticələrdən göründüyü kimi siz 100 min manat alış qiyməti olan mənzili kirayə götürmək üçün qabaqcadan 4 min manat pul ödəməlisiniz.

Son xəbərlər

Nura - Nur : Yavaş - yavaş bitən FOTO

Azərbaycan güləşçisi yenidən dünya çempionatının finalına yüksəlib

Hazırda 4 minədək uşağa sosial xidmət və reabilitasiya dəstəyi göstərilir

Yerdə maqnit qasırğası başladı: 3 gün davam edəcək

Məşhur aktrisa vəfat etdi

"Yeraltı"da daha bir dəyişiklik - FOTO

"Hansısa brendə 5 min avro vermərəm" - Seda Sayan

Viktor Yuşenko Şəhidlər xiyabanını ziyarət edib və Azərbaycanın Milli Qəhrəmanının xatirəsini anıb

İlham Əliyev Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib

Rezidenturaya qəbul üzrə keçirilmiş müsabiqənin nəticələri elan olunub

Ukrayna Rusiyaya məxsus 6 PUA idarəetmə məntəqəsini vurub

İmran Xan həbsxanadan xəstəxanaya köçürülür

IJF İlham Zəkiyevin 10-cu dəfə Avropa çempionu olmasını əsas simvolik məqam kimi qiymətləndirib

Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 107 il ötür

Uşaqların ekran qarşısında qalması bəzi bacarıqlara kömək edə bilər

XİN Rusiya səfirinə Azərbaycan əleyhinə səsləndirilən açıqlamalarla bağlı qəti etiraz bildirib

Məşhur müğənni təyyarəyə gecikdi, qızının toyuna gedə bilmədi - Fotolar

Sabah Azərbaycanda 37 dərəcə isti olacaq

Azərbaycan qeyri-neft-qaz sektorunda iqtisadi artımla bağlı proqnozunu yeniləyib

Mətbuat Şurası: Rusiyanın informasiya məkanında Azərbaycana qarşı təhqiramiz fikirlər yolverilməzdir

Anar Əliyev Qəbələdə vətəndaşları qəbul edəcək

Dövlət Sərhəd Xidmətinin yaradılmasının 107-ci ildönümüdür

Azərbaycan nefti ucuzlaşmaqda davam edir

Tovuzda avtomobil su kanalına düşüb, iki nəfər ölüb - YENİLƏNİB

Bakıda yalnız beş istiqamətdə tıxac yaranıb

Yeni “Çimen” o olacaq - Fotolar

“Mən onu başa düşürəm, o da məni”

Alimlər spirtli içkiyə olan istəyi azaldan pəhriz kəşf etdi

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31