Xəbərlər
17.08.2026, 23:45
BELA ZƏNGİNASARLI : DƏYİŞMİR AĞZIMIN TAMI - FOTO
Küllərimdən doğulmuşam,
Təsdiq etmişəm özümü.
Allah mənə yollar açıb,
Güldürüb hər an üzümü.
Uçurumda dayanmışam,
Düşməmişəm ordan yerə.
Xilaskarım olub Tanrım,
Eyləyib dərdimə çarə.
Əl açaraq dərgahına,
Sığınmışam tək Allaha.
Pislik edən alıb ahı,
Batıb çox böyük günaha.
Ürəyimdə yaşayanlar,
Sayca azlıq təşkil edir.
Xain, şeytan,nankor, alçaq,
Ələkdən ələnib gedir.
Düşünürəm qoy az olsun,
İnsan bilib sevdiklərim.
Sınaqlardan qalib çıxan,
Başıma tac etdiklərim.
Saf olmuşam ömrüm boyu,
Deyə bilər bunu hamı.
Yaxşıların dünyasında,
Dəyişmir ağzımın tamı.
Bundan sonra həyatımdan,
Qoy pisliklər uzaq olsun.
Qırılmasın incə qəlbim,
Ürəyim sevinclə dolsun.
14..08.2026.
Təsdiq etmişəm özümü.
Allah mənə yollar açıb,
Güldürüb hər an üzümü.
Uçurumda dayanmışam,
Düşməmişəm ordan yerə.
Xilaskarım olub Tanrım,
Eyləyib dərdimə çarə.
Əl açaraq dərgahına,
Sığınmışam tək Allaha.
Pislik edən alıb ahı,
Batıb çox böyük günaha.
Ürəyimdə yaşayanlar,
Sayca azlıq təşkil edir.
Xain, şeytan,nankor, alçaq,
Ələkdən ələnib gedir.
Düşünürəm qoy az olsun,
İnsan bilib sevdiklərim.
Sınaqlardan qalib çıxan,
Başıma tac etdiklərim.
Saf olmuşam ömrüm boyu,
Deyə bilər bunu hamı.
Yaxşıların dünyasında,
Dəyişmir ağzımın tamı.
Bundan sonra həyatımdan,
Qoy pisliklər uzaq olsun.
Qırılmasın incə qəlbim,
Ürəyim sevinclə dolsun.
14..08.2026.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay








