IJF İlham Zəkiyevin 10-cu dəfə Avropa çempionu olmasını əsas simvolik məqam kimi qiymətləndirib

Beynəlxalq Cüdo Federasiyası (IJF - International Judo Federation) Almaniyanın Heydelberq şəhərində keçirilən paracüdo üzrə Avropa çempionatının yekunları ilə bağlı yayımladığı məqalədə Azərbaycan paracüdoçusu İlham Zəkiyevin tarixi uğurunu turnirin əsas simvolik məqamlarından biri kimi qiymətləndirib.

Bu barədə Milli Paralimpiya Komitəsindən bildirilib.

Məqalədə qeyd olunur ki, çempionatın ikinci günündən yadda qalan ən diqqətçəkən məqamlardan biri İlham Zəkiyevin yenidən böyük beynəlxalq turnirin podiumunun ən yüksək pilləsində dayanması olub.

Azərbaycanlı paracüdo əfsanəsi J1 kateqoriyası üzrə +95 kq çəki dərəcəsində Avropa çempionu titulunu qazanıb. Final qarşılaşmasında İspaniyanı təmsil edən Rodriqo Suares Qarrosaya qalib gələn İlham Zəkiyev 10-cu qitə çempionluğunu rəsmiləşdirib.

Beynəlxalq Cüdo Federasiyası İlham Zəkiyevin uzunmüddətli uğurlu karyerasını da xüsusi vurğulayıb. Qeyd edilib ki, Zəkiyev ilk dəfə 2004-cü ildə Afina Paralimpiya Oyunlarında çempion olub və dörd il sonra Pekində titulunu qoruyub. Daha sonra London, Tokio və Paris Paralimpiya Oyunlarında üç bürünc medal qazanan paracüdoçu həmçinin üçqat dünya çempionudur.

Məqalədə İlham Zəkiyevin 20 ildən artıqdır paracüdoda dünyanın ən güclü idmançıları arasında mübarizə apardığı diqqətə çatdırılıb. İlk Paralimpiya çempionluğundan 22 il sonra onun hələ də mübarizə aparması, qalib gəlməsi və Avropa çempionu olması xüsusi vurğulanıb.

Bildirilib ki, yarışda paracüdoçuların bir neçə nəsli bir araya gəlib: karyerası 20 ildən çox davam edən təcrübəli idmançılar, artıq öz dövrlərinin ən güclü çempionları olan paracüdoçular və gələcək Paralimpiya tsiklinin əsas simalarına çevrilməyə çalışan gənclər.

Qeyd edək ki, İ.Zəkiyev Avropa çempionatında növbəti tarixi uğuruna imza ataraq 10-cu dəfə qitə çempionu titulunu qazanıb.

Son xəbərlər

Rezidenturaya qəbul üzrə keçirilmiş müsabiqənin nəticələri elan olunub

Ukrayna Rusiyaya məxsus 6 PUA idarəetmə məntəqəsini vurub

İmran Xan həbsxanadan xəstəxanaya köçürülür

IJF İlham Zəkiyevin 10-cu dəfə Avropa çempionu olmasını əsas simvolik məqam kimi qiymətləndirib

Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 107 il ötür

Uşaqların ekran qarşısında qalması bəzi bacarıqlara kömək edə bilər

XİN Rusiya səfirinə Azərbaycan əleyhinə səsləndirilən açıqlamalarla bağlı qəti etiraz bildirib

Məşhur müğənni təyyarəyə gecikdi, qızının toyuna gedə bilmədi - Fotolar

Sabah Azərbaycanda 37 dərəcə isti olacaq

Azərbaycan qeyri-neft-qaz sektorunda iqtisadi artımla bağlı proqnozunu yeniləyib

Mətbuat Şurası: Rusiyanın informasiya məkanında Azərbaycana qarşı təhqiramiz fikirlər yolverilməzdir

Anar Əliyev Qəbələdə vətəndaşları qəbul edəcək

Dövlət Sərhəd Xidmətinin yaradılmasının 107-ci ildönümüdür

Azərbaycan nefti ucuzlaşmaqda davam edir

Tovuzda avtomobil su kanalına düşüb, iki nəfər ölüb - YENİLƏNİB

Bakıda yalnız beş istiqamətdə tıxac yaranıb

Yeni “Çimen” o olacaq - Fotolar

“Mən onu başa düşürəm, o da məni”

Alimlər spirtli içkiyə olan istəyi azaldan pəhriz kəşf etdi

ARZUMU GÜNƏŞİN TELİNƏ SARDIM…

“Gezep”in yeni layihəsi bəlli oldu

“Əxlaqsızlığı film və mahnılarda axtarmayaq...”

Kamilə Babayevaya ağır itki

Brent neftinin qiyməti 91 dolları ötdü

O da Oktayla Fahriyenin serialında rol alacaq - FOTO

Rodri "Barselona"ya keçdi

Ərdoğan Britaniyanın Baş naziri ilə regional məsələləri müzakirə etdi

BELA ZƏNGİNASARLI : DƏYİŞMİR AĞZIMIN TAMI - FOTO

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31