Mətbuat Şurası: Rusiyanın informasiya məkanında Azərbaycana qarşı təhqiramiz fikirlər yolverilməzdir


Rusiyanın bəzi kütləvi informasiya vasitələrində Azərbaycan dövlətinə, xalqına, ölkə rəhbərliyinə və görkəmli şəxsiyyətlərimizə qarşı nalayiq, təhdid xarakterli və təhqiramiz materiallar və fikirlər sivil jurnalistika prinsiplərinə, etik normalara və insani dəyərlərə tamamilə ziddir.

Bu barədə Mətbuat Şurasının bəyanatında bildirilib.

Qeyd edilib ki, Azərbaycan Mətbuat Şurası bu kimi halları Azərbaycanla Rusiya arasındakı ikitərəfli münasibətlərin ruhuna, həmçinin media əlaqələrinə tamamilə zidd hesab edir:

"Təəssüf ki, Rusiyanın informasiya məkanında belə hallar ardıcıl şəkildə müşahidə edilir. Azərbaycan Mətbuat Şurası bu kimi halları Azərbaycanla Rusiya arasındakı ikitərəfli münasibətlərin ruhuna, həmçinin media əlaqələrinə tamamilə zidd hesab edir. Ayrıca qeyd etmək istərdik ki, Azərbaycan mediası həmişə qonşu ölkələr, o cümlədən Rusiya ilə bağlı məsələlərə həssas münasibəti ilə seçilib, peşə prinsiplərindən kənar fikir və iddialara yer verməyib".

Bildirilib ki, buna görə də Rusiyanın informasiya müstəvisində belə xoşagəlməz halların yaşanması Azərbaycan ictimaiyyətində dərin təəssüf və əsaslı narazılıq doğurmaqdadır:

"Azərbaycan Mətbuat Şurası baş verən halları qətiyyətlə pisləyir. Şura, eyni zamanda, Rusiyanın media ictimaiyyətinə, bütövlükdə cəmiyyətinə müraciət edərək, Azərbaycan-Rusiya media əlaqələrini, ümumən xalqlar arasında dostluq münasibətlərini pozmağa yönəlmiş hallarla bağlı ciddi tədbir görülməsinə çağırır. Mətbuat Şurası bir daha bəyan edir ki, Azərbaycan dövlətinə, xalqına və onun görkəmli nümayəndələrinə qarşı təhqiramiz fikirlər və təhdid xarakterli iddialar yolverilməzdir".

Şura bəyanatda vurğulayıb ki, Rusiya informasiya məkanının sərt qanunvericilik tənzimlənməsi şəraitində belə materialların sistemli şəkildə ortaya çıxması Rusiya Federasiyasının dövlət siyasəti səviyyəsində onların təsdiqinə bərabərdir.

"Mətbuat Şurası belə ifadələrə yol verən şəxslərə hüquqi məsuliyyət daşıdıqlarını bir daha xatırladır", - deyə qeyd edilib.

Azərbaycan Baş prokurorluğu avqustun 17-də Rusiya vətəndaşları - "Moskva 24" telekanalının aparıcısı, jurnalist İvan Knyazev, özünü Rusiya Federasiyasında siyasi məsləhətçi və media eksperti kimi təqdim edən Semyon Uralov, eyni zamanda televiziya müxbiri kimi fəaliyyət göstərən, Rusiya Federasiyası nəqliyyat nazirinin müşaviri Aleksey Çadayev barəsində İnterpol kanalları vasitəsilə beynəlxalq axtarışın təşkili istiqamətində zəruri tədbirlərin görüldüyü barədə məlumat yayıb.

Adıçəkilən şəxslər Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, milli nifrət və düşmənçiliyin salınmasına, habelə terrorçuluğa açıq çağırışlarda ittiham edilirlər.

Həmin şəxslər barəsində cinayət işi başlansa da, ölkəmizin hüdudlarından kənarda olduqları nəzərə alınaraq, onlar barəsində axtarış elan olunaraq məhkəmənin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Adıçəkilən şəxslər 2026-cı ilin iyulun 14-ü və avqustun 13-də "YouTube" platformasında "Семён Уралов" adlı kanalda yayımlanan "Чистота понимания" verilişində Azərbaycana qarşı zorakı üsulların tətbiq edilməsi, o cümlədən ayrı-ayrı şəxslərin birbaşa fiziki məhvetmə təhlükəsi altında saxlanılması və ünvanlı şəkildə sıradan çıxarılması barədə fikirlər səsləndirərək terrorçuluğa açıq çağırışlar ediblər.

Son xəbərlər

Məşhur müğənni təyyarəyə gecikdi, qızının toyuna gedə bilmədi - Fotolar

Sabah Azərbaycanda 37 dərəcə isti olacaq

Azərbaycan qeyri-neft-qaz sektorunda iqtisadi artımla bağlı proqnozunu yeniləyib

Mətbuat Şurası: Rusiyanın informasiya məkanında Azərbaycana qarşı təhqiramiz fikirlər yolverilməzdir

Anar Əliyev Qəbələdə vətəndaşları qəbul edəcək

Dövlət Sərhəd Xidmətinin yaradılmasının 107-ci ildönümüdür

Azərbaycan nefti ucuzlaşmaqda davam edir

Tovuzda avtomobil su kanalına düşüb, iki nəfər ölüb - YENİLƏNİB

Bakıda yalnız beş istiqamətdə tıxac yaranıb

Yeni “Çimen” o olacaq - Fotolar

“Mən onu başa düşürəm, o da məni”

Alimlər spirtli içkiyə olan istəyi azaldan pəhriz kəşf etdi

ARZUMU GÜNƏŞİN TELİNƏ SARDIM…

“Gezep”in yeni layihəsi bəlli oldu

“Əxlaqsızlığı film və mahnılarda axtarmayaq...”

Kamilə Babayevaya ağır itki

Brent neftinin qiyməti 91 dolları ötdü

O da Oktayla Fahriyenin serialında rol alacaq - FOTO

Rodri "Barselona"ya keçdi

Ərdoğan Britaniyanın Baş naziri ilə regional məsələləri müzakirə etdi

BELA ZƏNGİNASARLI : DƏYİŞMİR AĞZIMIN TAMI - FOTO

Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı

Bəllə məni

SEVİNC YUNUSLU : Yenə dua elədim, zərrə peşman olmadım.. - FOTO

"Mehmed Fetihler Sultanı"nda rol alacaq

Azərbaycanda dollara tələb kəskin azaldı

Azərbaycanda nikahların sayı kəskin azalıb - 6 ayın STATİSTİKASI

Android istifadəçiləri təhlükədə: Yeni casus proqram telefonları ələ keçirir

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31