Xəbərlər
28.03.2022, 00:49
Burax əllərimi.... Nəcibə İLKİN
Burax əllərimi....
Burax əllərimi, qoy çıxım gedim,
Nəyinə lazımdır sənin bu sevgi.
Həsrəti gözümə qoy sıxım, gedim,
Olsun üryəyimə qənim, bu sevgi.
Nə əhlət daşıyam, nə ümid yeri,
Yorulub, yoğrulan qəm ağacıyam.
Burax əllərimi qoy çıxım gedim,
Bəlkə bir ürəyin ehtiyacıyam..
Ağacdan yonulub, daşdan yonulub,
Bəxtimin naxışlı oyuncağı tək.
Qıfıl da asılıb könül taxtından,
Nəzəri qaytaran göz muncuğu tək.
Burax əllərmi, a sevda yolçum,
Kipriyim asılıb göz yaşlarımdan.
Qurtara bildim ki, sevəm də səni,
Taleyin atılan bəd daşlarından.
Burax əllərimi qoy çıxım gedim..
İsti baxışında əriyən buzam.
Bu ömrün qışında axı nə edim?
Mən sevgi adında gec gələn yazam.
Nəcibə İLKİN
Burax əllərimi, qoy çıxım gedim,
Nəyinə lazımdır sənin bu sevgi.
Həsrəti gözümə qoy sıxım, gedim,
Olsun üryəyimə qənim, bu sevgi.
Nə əhlət daşıyam, nə ümid yeri,
Yorulub, yoğrulan qəm ağacıyam.
Burax əllərimi qoy çıxım gedim,
Bəlkə bir ürəyin ehtiyacıyam..
Ağacdan yonulub, daşdan yonulub,
Bəxtimin naxışlı oyuncağı tək.
Qıfıl da asılıb könül taxtından,
Nəzəri qaytaran göz muncuğu tək.
Burax əllərmi, a sevda yolçum,
Kipriyim asılıb göz yaşlarımdan.
Qurtara bildim ki, sevəm də səni,
Taleyin atılan bəd daşlarından.
Burax əllərimi qoy çıxım gedim..
İsti baxışında əriyən buzam.
Bu ömrün qışında axı nə edim?
Mən sevgi adında gec gələn yazam.
Nəcibə İLKİN
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













