BAHAR BAYRAMINIZ MÜBARƏK!      "Sevgi-məhəbbəti, eşqi qocalmır" - Əli Vahid(Çaylı)
"Sevgi-məhəbbəti,
eşqi qocalmır"


Şairlərin qəlbi pak, ilhamlıdı,
Özü qocalsada, sözü qocalmır.
Ədəbi, ərkanı din, imanlıdı,
Mini qocalsada, yüzü qocalmır.

Atamın, anamın ürəyi təmiz,
Arzusu tükənməz, xörəyi ləziz.
Doğma övladları hamıdan əziz,
Odu qocalsada, közü qocalmır.

El-obamın adı, mənim adımdı,
Vətən xainləri qənim, yadımdı.
Ən şirin nemətim, ağız dadımdı,
Tamı qocalsada, duzu qocalmır.

Ana, bacı namus, qeyrət yolumdu,
Oğul-qız qismətim, şirin payımdı.
Nəvələr həm sağım, həm də solumdu,
Yolu qocalsada, izi qocalmır,

Çaylının sualı cavabsız qalmaz,
Açılan qönçəsi çiçəksiz solmaz.
Çırağı mayasız, piltəsiz yanmaz,
Sevgi-məhəbbəti, eşqi qocalmır.


Bakı şəhəri
Şair ocağı
18.03.22

BAHAR BAYRAMINIZ MÜBARƏK!      "Sevgi-məhəbbəti, eşqi qocalmır" - Əli Vahid(Çaylı)
BAHAR BAYRAMINIZ MÜBARƏK!      "Sevgi-məhəbbəti, eşqi qocalmır" - Əli Vahid(Çaylı)

Son xəbərlər

Ruhu daim bizimlədir.

Yazıçı-publisist Nəhayət Şirinovanın Vətən Müharibəsi Qəhrəmanına həsr olunmuş növbəti "Mehrab Dastanı" adlı kitabı işıq üzü görüb - FOTOLAR

Ədliyyə naziri Balakəndə vətəndaşları qəbul edəcək

XİN: Ermənistanla sülh prosesinin yekunlaşdırılması üçün mövcud imkanlardan istifadə edilməlidir

Həftəsonu Azərbaycanda hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ

İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif edib

İfşa olunan Fransa: Rəsmi Paris və deputatların cani erməni sevdası – ŞƏRH

Sabahın hava proqnozu açıqlanıb

"Belə hadisələr bank sisteminə olan etimada zərbə vurur" - İqtisadçı

Rumıniya Moldova ilə birləşir?

"Qəbələ" Seydina Keyta ilə müqavilənin müddətini uzadıb

Taleh Qaraşov Aşura günündə şəhid məzarlarını ziyarət edib - FOTOLAR

Vilayət Eyvazov Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirəcək

VAQİF VÜQAR : TANIŞ GƏLİRƏM - FOTO

Qazaxıstanda Mi-8 helikopteri sərt eniş etdi

Qəbulun II cəhd imtahanları başlayır

Nəsrinin serialı DÇ matçlarını reytinqdə geridə qoydu

SEPAH yeni Hörmüz marşrutundan istifadə edən gəmiləri hədəf alacağı ilə hədələyir

İlham Əliyev sloveniyalı həmkarını təbrik edib

Səbinə Əliyeva: "Güclü audit sistemi korrupsiya risklərinin azaldılmasına töhfə verir"

Milli Məclis "Toxumçuluq haqqında" qanun layihəsini müzakirə edir

Aşura günü ilə əlaqədar Təzəpir məscidində qanvermə aksiyası keçirilir

Venesuelada dağıdıcı zəlzələ itkilərə və dağıntılara səbəb olub - YENİLƏNİB

Dünya çempionatı: İsveçrə millisi Kanadaya qalib gəlib

DÇ-2026: Bosniya və Herseqovina millisi Qətərə qalib gəlib

Yurdun səsi Göygöldən dünyaya səsləndi - FOTOLAR

“El Calor en Baku” Beynəlxalq Tanqo Festivalı yekunlaşıb - FOTOLAR

Yəməndə avtomobildə baş verən partlayış nəticəsində jurnalist həlak olub

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930