Şamaxının tələbatlı muzeylərindən biri
Azərbaycanın regional muzeyləri içərisində ilk dəfə dünya muzey standartları əsasında tarixi ardıcıllıq, işıq effektləri, iki dildə (Azərbaycan və ingilis) informasiya, elektron vasitələrindən istifadə edilməklə Şirvan regionun mədəni irsi yerli və xarici turistlərə təqdim edən Şamaxı şəhər Tarix-Diyarşünaslıq muzeyi dahi Seyid Əzim Şirvaninin adını daşıyır. S.Ə.Şirvani adına Şamaxı Tarix-Diyarşünaslıq muzeyi 1945-ci ildə Şamaxı Ölkəşünaslıq muzeyi adı ilə təşkil olunub.

Onun ilk rəhbəri görkəmli filoloq alim Bilal Ibrahimov olmuşdur. 1948-ci ildə ilk ekspozisiya tərtib olunub. O zaman muzeyə eksponatların cəlb edilməsində bütün Şamaxı ziyalıları yaxından iştirak etmişdir. 2009 cu ilin noyabrında muzey əsaslı təmir edilmişdir. Onun açılış mərasimində cənab prezident İlham Əliyev iştirak etmişdir. Bu gün muzeyin həyətində göz oxşayan gözəlliklər, yaşıllıqlar, dahi şəxsiyyətlərin sıralanmış büstləri hər bir insanı cəlb edir. S.Ə.Şirvani adına Tarix-Diyarşünaslıq muzeyinin direktor vəzifəsini icra edən Həsənova Vüsalənin sözlərinə görə muzeydə 2019-cu ildə maraqlı və yaddaqalan tədbirlər təşkil edilmişdir. İl ərzində şəhər, kənd, idarə və təşkilatlar, müəssisələrdən, məktəb, kollec və insitutdan tamaşaçıların muzeyə ekskursiyası təşkil edilmişdir. Muzey Ukraynadan, Türkiyədən, İrandan, Polşadan, Ərəbistandan, Almaniyadan, Pakistandan, Uruqvaydan və Rusiyanın müxtəlif şəhərlərindən, ölkəmizin müxtəlif bölgələrindən gələn qonaqları qəbul etmişdir. Bu il ərzində muzeydə çox böyük və əhəmiyyətli tədbirlər keçirilmişdir.

Şamaxının tələbatlı muzeylərindən biri

Belə ki, şəhər 10 saylı və 6 saylı tam orta məktəbin müəllim və şagird kollektivi ilə birlikdə "20 Yanvara gedən yol" adlı geniş tədbir keçirilmişdir. 26 fevral tarixində muzeydə “Xocalı soyqırımı-qan yaddaşımız” mövzusunda sərgi və tədbir keçirilmişdir. Həmçinin 1918-ci il 31 Mart Şamaxı soyqırımına həsr olunmuş “31Mart həqiqətləri” mövzusunda tədbir keçirilib. Muzey əməkdaşları Şamaxıdakı Şəhidlər Xiyabanında uyuyan şəhidlərimizi təkcə bayram və ya huzn günlərində deyil, mütamadi, tez tez yad edir, vətən uğrunda həlak olan oğul və qızlarımızı dərin hüznlə anirlar. (qeyd edim ki Şamaxıda Şəhidlər xiyabanı muzeyin tam yaxınlığında yerləşir. S.V). 18 aprel “Beynəlxalq abidələr və tarixi yerlər günü” münasibətilə muzeydə “Açıq qapı” günü keçirilmişdir. Muzeyə gələn qonaqlara kiçik elmi işçilər tərəfindən məruzələr oxunmuş, bələdçilər tərəfindən ekskursiyalar aparılmış, turistləri maraqlandıran suallara ətraflı cavablar verilmişdir. Həqiqətən muzeyə daxil olarkən buradakı xoş abu hava özünü göstərir. Burada yaradılan şərait, gözəllik insanlara xoş ovqat bəxş edir. Direktor vəzifəsini icra edən Həsənova Vüsalə xanım qeyd edir ki, Böyük Vətən Müharibəsi qələbəsinin 74 illiyi münasibətilə muzeydə müharibə veteranı Mirağa Əhlimanovla şəhər məktəblilərinin görüşü təşkil olunması hər kəsi çox sevindirib. Həmçinin “Beynəlxalq Muzeylər günü” nə həsr olunmuş “muzey həftəsi” adlı açıq qapı günləri keçirilmişdir. Həmin günü muzeydə “Muzeylər və Nəsimi irsi” adlı müsabiqə təşkil etmişlər. Qeyd edək ki muzeydə “15 iyun Qurtuluş Günü” və “26 iyun Silahlı Qüvvələr Günü” ilə əlaqədar dəyirmi masa keçirib. Həqiqətən gün ərzində neçə neçə insan muzeylə taniş olmaq və burdakı eksponatları görmək üçün gəlirlər. Muzeydə 7 minə yaxin eksponat var. Onlardan 303 eksponat ekspozisiya nümayiş etdirilir. Şirvani adına Tarix - Diyarşünaslıq muzeyinin direktor vəzifəsini icra edən V. Həsənova vurğuladı ki turistləri muzeyə cəlb etmək üçün yeni işlər görülür. Muzeydə müasir standartlara uyğun yeni ekspozisiyalar qurulub. Ekspozisiyada tariximizi daha yaxşı anlatmaq üçün və turistlərin marağını muzeyə oyatmaq üçün daha gözəl və qədim tarixə malik eksponatlar nümayiş olunur. Muzeylə turizm şirkətləri, rayon məktəbləri, ADPUnun Şamaxı filialı və regional kollec ilə müqavilələr imzalanır. Bu müqavilələrə əsasən rayon məktəblərində məktəblilər üçün muzeyin əməkdaşları tərəfindən mühazirələr oxunur. Mütamadi olaraq muzeyde “Açıq qapı” günləri keçirilir. Həmçinin gələcəkdə də bu kimi işlər davam etdiriləcəkdir - deyə Vüsalə xanım qeyd etdi. Bu il “Nəsimi ili” ilə əlaqədar olaraq muzeydə geniş tədbirlər keçirilməsi də nəzərdə tutulub. Hər bir sahədə olduğu kimi muzeylərə və tarixi abidələrə diqqət və qayğısını əsirgəməyən cənab Prezident İlham Əliyevə və ölkənin Birinci xanımı Mehriban Əliyevaya dərin təşəkkürünü bildirən, xalqımızın, ölkəmizin rifahi naminə ölkə rəhbərliyinə uğurlar söylədiyini dilə gətirən Vüsalə xanım qeyd etdi ki muzeydə cənab Prezidentin və Mehriban xanımın diqqət və qayğısı hər zaman hiss olunur. Biz də Vüsalə xanıma və muzey əməkdaşlarına uğurlar diləyib, onların maraqlı işlərində hər zaman maraq doğuran yeni yeni eksponatlar və çoxluq təşkil edən turist kütləsinin cəlb etmələrini arzulayırıq.

Şamaxının tələbatlı muzeylərindən biri
Samir Xanaliyev

Son xəbərlər

Sabah Biləsuvarın 10 kəndində qaz kəsiləcək

Tramp: Kürdlər bizi pis vəziyyətdə qoydu, bunu unutmayacağam

Bakıda və rayonlarda külək güclənəcək

Korsikanın siyasi qələbəsi: Fransa yeni reallığı qəbul edir - ŞƏRH

Azərbaycandan Ermənistana növbəti dəfə neft məhsulları ixrac olunacaq

Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlanıb - FƏTVA

Sabah Bakıda 30 dərəcə isti olacaq, rayonlara yağış yağacaq

Bakıda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

Azərbaycanın rayonlarında iyunun 12-dən 17-dək hava şəraiti bəzi yerlərdə fasilələrlə yağıntılı olacaq - XƏBƏRDARLIQ

Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

"İşləmək üçün dəfələrlə efirdən qurumlara müraciət etmişəm" - Eldəniz Məmmədov

Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək

Beren Saat, Kenan Doğulu və bəzi məşhurlar saxlanıldı

ADNSU-da Respublika Fənn Olimpiadalarının qalibləri mükafatlandırılıb - FOTOLAR

NEYROTEXNOLOGİYADA YENİ ERA: Çin Maskın Monopoliyasına Son Qoyur

Rusiya Ukraynanın üç vilayətinə zərbələr endirib, 2 nəfər ölüb, 36 nəfər yaralanıb

Doktoranturaya qəbul olmaq istəyənlər üçün qeydiyyat elan edilib

Azərbaycan nefti 1 dollardan çox bahalaşıb

Zakir Həsənov Pakistana başsağlığı verib

Bakı və Salyanın bəzi ərazilərində işıq olmayacaq

ABŞ Çin və İrandan olan 10 şirkət və şəxsə sanksiya tətbiq edib

“Ən qısa müddətdə bu ölkəni tərk edin”

20 min nəfəri susuz qoyan bombanın qalıqları - Foto

Peskovun qızı üçüncü dəfə hamilədir

İranda partlayış səsləri eşidildi - HHM sistemləri işə salındı

Netanyahu livanlılara müraciət etdi

Azərbaycan 19 dövlətin adından mina təhlükəsi ilə bağlı çağırış etdi

Makron G7 sammitində kimlərin iştirak edəcəyini açıqlayıb

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930