“Azərişıq” əməkdaşı iş başında öldü

Baxış Sayı:75

“Azərişıq” əməkdaşı iş başında öldü

Yanvarın 27-i saat 13 radələrində Salyan rayon sakini, 1987-ci il təvəllüdlü Namus Miriyevin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Salyan Rayon Prokurorluğundan verilən məlumata görə, “Azərişıq” ASC-nin Şirvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin Salyan elektrik şəbəkəsinin Qaraçala şəbəkə sahəsində elektrik montyoru işləyən Namus Miriyev rayonun 1-ci Varlı kəndində elektrik naqilini təmir edərkən elektrik cərəyanı vurması nəticəsində ölüb.

Hazırda faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırma aparılır.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR