
Xəbərlər
24.12.2021, 01:42
Şəhla Xəlilqızı - "Aslanın erkəyi dişisi olmaz"
"Aslanın erkəyi dişisi olmaz"
Gəlin Tanıyaq Mələk Babaşova kimdir.
Gəlin Tanıyaq Mələk Babaşova kimdir.
Ömrü axar sular kimi axaraq daşa, qayaya tuş gəlsə də öz səmtini bilərək axar baxarlı su kimi aydın və nümunəvi bir qeyrət yolu keçən Babaşova Mələk 1941-ci ildə gözəl bir gündə çiçəklərin ətir saçdığı may ayında Qəbələ rayonunun( Dızaxlı kəndində)indiki Yeni Dızaxlı kəndində anadan olub. Özü demişkən kasıb yoxsul bir ailədə dünyaya göz açıb.İki bacı bir qardaş olub. Atasından yetim qalandan sonra qardaşı da dünyadan köçür. İki bacı bir ana dediyinə görə anası da vaxtsız dünya işığına həsrət qalıb.Bu da Mələk ananın Allah qarşısında olan bir sınağı idi.Bir gün Mələk ana kolxoz işindən gələndə görür ki, anası evdə ağlayır. Çox yalvardım ki, kim sənin xətirinə dəyibsə de mənə heç kəs demişdi. Onda bacım ailə qurmuşdu. Demək istədiyi sözü andım. O, düşündü ki, məndə ailə qursam tək qalacaq. Dünya işığına həsrət anamın göz yaşlarını silib gedib rəfdən Quranı əlimə alıb sinəmə qoyub and içdim səni qoyub ailə qurmayacam. Bəli o, verdiyi sözün arxasındada bu günə kimi durdu qeyrəti ilə. Hər qadının hünəri deyildi. Çünki Mələk ana Allahdan gələn bir başqa qəlbli mələk idi.
Mən ona sual verdikcə dağlar kimi qürurlanırdı.Yadımdadır o, Dızaxlı kənd sovetinin sədiri işləyəndə qoymazdı ailə quran qızları kənd sovetliyinə gəlsin, camaatın içinə çıxsın. Özü gedib evdə kəbin kəsirdi. Mənim üç bacımın kəbinini evimizə gəlib kəsmişdi. Adət- ənənələrimizə də riaət edək deyirdi. Hər tərəfli düşüncəyə malik bir insan idi.
Mələk ananın vəzifəyə gəlməsinin ilk addımları.
Mələk anaya sual verdim ali məktəbi qutarmısınızmı?
Yox mənə həyatda oxuduğum kitablar savad verərək, daim işıqlı yol göstərdi dedi.
Mən qabaqcıl tütünçü idim bir gün kolxoza yoxlama gəldi tütün sahələrini yoxlamağa. Hər kəsin tütün sahəsini yoxladı gəlib mənim ərazimə çatanda bunlar başqa, bu başqadır dedi. Mənə sual verdi kim kömək edir sənə çox gənc idim. Heç kim təkəm anam xəstə bacım kolxozda başqa işdə işləyir dedim. Biçimi də vardı. O, illərdə mən tütün sahəmin alasını təmizləyirdim alakeşlə. Rayondan gələn səni belə qoymayacam əməyini qiymətləndirəcəyik mənə manqa rəhbəri vəzifəsini verdi. Sonra işimdə fəal olduğuma görə məni tütünçülük üzrə birqadir qoydular. Mən işə çox bağlı adam idim. Səliqəli iş aparmaq hər kəsin işi deyildi. Bəli zaman gəldi onda kəndimizin adı Dızaxlı idi. Üç kənd birləşmişdi Dızaxlı, Moğal Dızaxlı, Ləzgi Dızaxlı birdə Ziring kəndi. Hələ bir balaca Sarhacaıllı kəndləri idi. Kolxozumuzun adı Pravada kolxozu idi.Təssəvvür edin 1967-ci ildə həm 257 nömrəli Hacallı seçki dairəsinin rayon soveti, həm də ali sovetin deputatı seçildi.
Həmin illərdə 1969-cu ildə böyük bir iclas oldu. Məni Dızaxlı kənd sovetliyinə sədir seçdilər. Mən ağladım dedim bu yükü daşıya bilmərəm yetim atasız, qardaşsız bir gözləri dünya işığına həsrət bir ananın arxasız qızıyam. Həm də ali savadım yoxdur. Mənə sən çox savadlı və bacarıqlısan bütün işləriniz göz önündədir dedilər. İstəməyərəkdən kənd sovetinin sədiri seçildim.Sonra Pravada kolxozunun qadınlar şurasının sədiri, həmkarlar komitəsinin sədiri.
Hansını deyim sizə düz 21il mən Dızaxlı kənd sovetinin sədiri oldum. Pensiyaya yaşıma çatanda çıxdım.
4 il SSR Alisovetin deputatı oldum.
Medallar, diplomlar, döş nişanları indi mən öz keçmişimə dönəndə qürurlanıram nə rüşvət aldım, nə haram yedim vicdanla ləyaqətlə işlədim.
Mələk annın o, dövürdən qalan xatirələri.
Mənim üç yüzdən çox kitabım var. Mən "Nizamini", "Fizulini", "Səməd Vurğunu", "Əzizə Cəfərzadəni" və kimləri oxumuşam mənə ali savad verən ədəbiyyat və bədii kitablar, tarixi kitablar oldu.
İnsan oxuduqca kamilləşir .
Bu xeyirxah qadının özünə oxşar iki bacıoğlu var. Sahil və Habil qardaşları. Sahil eynən xalası kimi izini qoydu və gənc ikən haqqın rəhmətinə qovuşdu. Yadımdadır mən bir dəfə Böyük vətən müharibəsi iştirakçısı Əsgərov Əziz dayıya baş çəkməyə getdim yaxınımız idi. Evin küncündə böyük bir koropka vardı dedilər Sahil gəlmişdi orucluq bayramı idi o, gətirib. Tez -tez gəlir dəstək olur imkansızlara əl tuturdu.
İndi də qardaşının yolunu kiçik qardaşı Habil davam edir bu danılmazdı. Yaşadığı Dızaxlı kəndinin 44 günlük vətən müharibəsinin beş şəhidinə bulaq tiktirib öz hesabına. Onun xeyirxahlıqlarını sadalasan bitməz. Deməli atalar düz deyir. "Ərgənlik insana dayıdan keçir". Bu da Mələk ananın bacısı övladları. Onu da deyək ki, Mələk ana bacısı oğlu Habillə bir yerdə yaşayır.
Çox xoşbəxt sanır özünü doğmaları ilə.
Mən sənin həyat yoluna baxdıqca sənin kimi olmaq istəyirdim,
sənə heyran idim Mələk ana.
Gəlişimi toy bayram kimi qarşıladı.
Mən onunla görüşə gedəndə düzünü deyim həm həyacanlı idim, həm də çəkinirdim. Elə bir insanın görüşünə gedirdim ki, tarixdə öz sözünü demiş o, vaxtın böyük bir vəzifə sahibi indi kənd soveti deyəndə nə fəaliyyət var, nə də gördüyü bir işi nə isə.
Biz görüşüb bir az münasibət qurduq və gördüm ki, elə bil illərin dostuyuq. Çox sevindi gəlişimə. Mənə dediyi siz çox sağ ol atan kimi sən də hörmət qazanmısan Şəhla Xəlilqızı oldu. Deməyə haqqın var qələmlə gördüyün işlərin özü bir örnəkdir.
Onun özünə mən sizi görəndə elə istəyirdim sizin kimi olam dedim. O, gülərək mənə maşallah səndə sözünü demisən dedi.
Onunla o, qədər səmimi söhbət etdik ki, vaxt hardan gəldi bilmədik. Arada gəl söhbətləşək dedi. Gözəl şeir demək qabilliyəti var. Nizamini demək olar ki, əzbər bilirdi. Qızlar mənə sən də başla dedisə də mən onun yanında cəsarət etmədim o, elim dəryasıdır. Maşallah bacısı uşaqlarına da aşılayıb. Sonda ona dediyimi burdada demək istərdim.
Qıldığın namaz, oxuduğun Quran, etdiyin xidmətləri Allahın qatında ən uca məqamdadır. Cənnətlik zirvəsində olasan. Allah gözəl ömür can salığı versin. Allah amanında Mələk ana.
Buda mənim sənə kiçik hədiyyəm .
NUR ÜZLÜ MƏLƏK ANA.
Sən böyük bir ürəksən ürəklərin içində,
Əyilməz bir zirvəsən zirvələrin içində,
Sən nə qədər gözəl sən gözəllərin içində,
Könüllərdə yaşayır nur üzlü Mələk ana,
Baxdıqca güc verirsən, əməlinlə insana.
Sənə bənzər, dağlarda lalə, nərgiz gül olar,
Danışdıqca dür kimi şəkər kimi dil olar,
Günəş kimi, ay kimi mah camallı üz olar,
Nə qədər xoş söz desək inan ki, azdır sana,
Baxdıqca güc verirsən əməlinlə insana.
Qoyduğun hər bir izin Dızaxlıda yaşayar,
Nəsillərin qəlbində tarixləşib daşıyar,
Zaman ötsə də yenə adını alqışlayar,
Şəhlanın ehtiyacı sənin xeyir- duana,
Baxdıqca güc verirsən əməlinlə insana.
Şəhla Xəlilqızı "Qəbələnin səsi" şairlər məclisinin rəhbəri.
24.12.2020
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay















