"Sanki taleyimə itirmək yazılıb" - Şəhid Daşqının “səni alacam” dediyi gürcü qızı

Onlar 44 günlük Vətən müharibəsində tanındılar. Qısa müddətdə sosial şəbəkələrdə yayılan videolarını hər kəs izlədi.

Qovuşmaları üçün dualar edildi. Amma Daşqın Şəfiyev 5 noyabrda Laçının işğaldan azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarında qəhrəmancasına şəhid oldu.

Müharibə zamanı əsgərlərə zarafatla video çəkən və “30 ildir həsrətində olduğumuz torpaqlar alındı, məni alan olmadı”, - deyən gürcü qızı Nana Davidaşivili ilə Modern.az-ın əməkdaşı söhbətləşib.

Nana yeddi yaşında ikən qəza nəticəsində ata və anasını itirir. Altı yaşlı bacısı ilə tək qalırlar. Qısa müddətdən sonra Gürcüstanda yaşayan Azərbaycan əsilli bir qadın - Nazlı Muradova ona və bacısına sahib çıxır. 10 il onlara ana kimi baxır, böyüdür. On ildən sonra onlar ikinci dəfə anasız qalırlar...

“Nazlı anamızın oğlu həbsxanada idi. Narkotik istifadəçisi idi. Oğlu azadlığa çıxandan sonra Gürcüstandan Türkiyəyə köçdülər. İki ildir heç bir xəbər ala bilmirəm. Sosial şəbəkədə nə qədər axtarsam da, tapa bilmədim. Düşünürəm ki, bizi oğlundan qorumaq üçün bütün əlaqələri kəsdi və yenidən, ikinci dəfə anamızı itirdik”.

“Ana tərəfdən kimsəmiz yoxdur. Bir əmim var, Almaniyada yaşayır, biz tanımırıq. Valideynlərimizi itirəndə babam əmimə zəng etdi ki, uşaqlara sahib çıx. Onun da həyat yoldaşı icazə vermədi. Dedi ki, mənim onlara baxmağa səbrim yoxdur, aparın uşaq evinə verin. Onlar bizi istəmədi, biz də onları həyatımızdan sildik. Babam çox yaşlı idi və üstəlik övlad dərdi vardı”.

Nana Davidaşivilinin 19 yaşı var. Hazırda Tibb Universitetinin ikinci kursunda, kardiologiya üzrə oxuyur. Bacısının 17 yaşı var. 17 yaşa qədər Gürcüstan dövləti onlara maddi dəstək verib. Hazırda Nana həkim köməkçisi kimi çalışır və tələbə təqaüdü ilə maddi ehtiyaclarını ödəyir.

Çətin də olsa, məşhur videonu çəkilmə gününü xatırlayır...

“Azərbaycanı çox sevirəm. Müharibə başlayanda biz də azərbaycanlı tələbələrdən narahat idik. Sosial mediadan son xəbərləri izləməyə çalışırdıq. Bir gün dərsə gəldim ki, azərbaycanlı tələbələr sevinirlər. Həmin gün hansısa şəhər işğaldan azad olunub.

Mən də sevindim. Birdən kimsə dedi ki, 30 ildən sonra Qarabağı aldılar, biz yenə evdə qaldıq, alan olmadı. Bu sözə uyğun video çəkdim və gülmək üçün sosial şəbəkədə hekayə bölümündə paylaşdım. Kimsə videonu yüklədi və yaydı.

Beləliklə, video Daşqına çatdı. Sonra o, cavab videosu çəkdi. Dostlar həmin videonu mənə göndərdilər. Videolarımız bütün Azərbaycanda yayıldı. Düzü, bu qədər izləniləcəyini təsəvvür etmirdim. Əvvəli adi zarafatla başlasa da sonu göz yaşı ilə bitdi”.

Videodan sonra Daşqını axtarmadığına çox peşmandır Nana. Deyir, axtarmağa, yazmağa utandım...

“Şəhid olandan sonra telefonunu qardaşı Orxana verirlər. O videonu görəndən sonra məni axtarıb, tapdı. Yazdı ki, Daşqın şəhid olub. Həmin gün dünya başıma yıxıldı...

Uzun müddət özümə gələ bilmədim, ağladım. Ölümündən sonra tanıdım, çox bağlandım. Daşqına üç mahnı, iki şeir yazdım...

İndi Orxanla hər gün danışıram. Anası, atası ilə danışmağa çalışdım. Heç birimiz danışa bilmədik. Qəhər, göz yaşları imkan vermədi...

Orxan ən yaxın dostumdur. Və təsadüfə baxın ki, Orxanla ad günümüz də eyni gündədir. Ötən il nə o, nə də mən ad günlərimizi qeyd etmədik.

Çox səmimi, mehriban insanlardır. Daşqının ad günündə və ildönümündə evlərinə çiçək göndərdim. Onun şəhid olduğu yeri ziyarət edə bilmərəm, buna dözə bilmərəm. Amma ən böyük arzum otağını görmək və məzarını ziyarət etməkdir”.

Daşqın şəhid olandan iki ay sonra onlar ilk dəfə yuxuda görüşürlər...

“Çən, duman idi. Daşqının üzünü aydın görə bilmirəm. Amma səsi açıq-aydın videolardakı səs idi. Məni dağ kimi bir yerə çağırdı: “Nana, gəl”, - dedi. Böyük düzənlik, təpəliklər olan bir yer idi.

Dedi, Kəlbəcərdir. Soruşdum ki, burada üşümürsən? Yer iki hissəli idi. Bir tərəf çiçəklərlə, digər tərəf isə qarla örtülüdür.

Çiçək olan tərəfi göstərib dedi ki, ən çox burada oluram. Sonra balaca bir çiçək dərdi. Əlimi uzatdım ki, götürüm, vermədi. Bir daşın üzərinə qoydu. Dedi ki, buzludur, isinsin götürərsən. Çiçəyə baxdım. Bir də gördüm dumana qarışıb gedir.

Sanki taleyimə itirmək yazılıb. Bir də üzünü görə bilməyib, sevdiyim birini itirdim. Həyatda qovuşmasaq da, fotolarımızı proqramla birləşdirmək də bir təsəllidir mənə”.
"Sanki taleyimə itirmək yazılıb" - Şəhid Daşqının “səni alacam” dediyi gürcü qızı

Son xəbərlər

Çimərliklərə gedənlərə - Çağırış

DİN-in Hərbi İnstitutunda növbəti buraxılış olub - FOTOLAR

Media: 2026-cı ilin beynəlxalq tədbirləri Türkiyənin potensialını güclü şəkildə tanıdacaq

İyunun 21-i Beynəlxalq Yoqa Günüdür

Pezeşkian İranın Qətər banklarındakı 6 milyard dollarının sərbəst buraxılacağını bəyan edib

Pikassonun oğurlanmış tablosu tapıldı

Külək, yağış, dolu...

Azərbaycana yay gəldi

Prezident qəbul keçirdi - Fotolar

40 yaşlı Noyer dünya çempionatlarında ən çox oyun keçirən qapıçı titutuluna yiyələnib

Güclü zəlzələ bu ölkənin yerini xəritədə dəyişdirib

Vens İranla danışıqlar aparmaq üçün İsveçrəyə yola düşüb

"Hudutsuz sevda"nın "bacı-qardaşı" nişanlandı - FOTOLAR

Türkiyədə tur avtobusu aşdı - Ölən və xəsarət alanlar var

HƏSƏNXAN ƏSƏDOV : Xatırlasan özün gəl - FOTO

Tramp: Atəşkəs dövründəki60 gün ərzində Hörmüz boğazında ödəniş olmayacaq

CÜMŞÜD AYDƏMİR : Dünyanı qoruyaq - FOTO

Melonidən Trampa yeni mesaj: Sizə öz populyarlığınıza diqqət yetirməyi məsləhət görürəm

Tramp İtaliyanın Baş naziri Meloni ilə dostluq etməyəcəyini bildirib

ADPU-nun müəllimi vəfat etdi

ABŞ-da naməlum şəxslər avtomobildən bir qrup insana atəş açıb, yaralananlar var

ChatGPT istifadəçiləri üçün vacib XƏBƏRDARLIQ

Məlahət Behbudqızı : Sənli xəyallarla yaşayır qəlbim - FOTO

Ağstafaya dolu düşdü

"Azəriqaz"da yeni struktur yaradıldı

İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 4057 nəfərə çatıb

İordaniya Haşimilər Krallığı Xalq Məclisinin Nümayəndələr Palatasının sədri Azərbaycana səfərə gəlib

Bazar gününün - Havası

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930