Zəfər Günü münasibətilə şəhid ailəsi ziyarət olunubFövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov 8 Noyabr - Zəfər Günü münasibətilə 44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinə endirilən raket zərbələri nəticəsində xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş FHN əməkdaşı Şəfiyev Rəşad Vaqif oğlunun ailəsinə baş çəkib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, Mehman İsmayılov şəhidin ailəsini Zəfər Günü münasibətilə təbrik edərək, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən 30 ilə yaxın müddətdə düşmən tapdağı altında olan torpaqlarımızın cəmi 44 gün ərzində azad olunmasını şanlı tariximizin misilsiz Zəfər səhifəsi adlandırıb. O, həmçinin bildirib ki, Fövqəladə Hallar Nazirliyinin qüvvələri də müharibə dövründə əzmkarlıq nümayiş etdirib, düşmən tərəfindən ağır artilleriya qurğularından və raketlərdən atəşə məruz qalan yaşayış məntəqələrinin yanğından mühafizəsində və xilasetmə işlərində rəşadət göstəriblər. Qeyd edib ki, 2019-cu il iyulun 4-dən FHN-in Mülki müdafiə qoşunlarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi fəaliyyətə başlayan Rəşad Şəfiyev işgüzar, məsuliyyətli, vətənpərvər hərbi qulluqçu kimi qısa vaxtda kollektivin hörmətini qazana bilmişdi.

Xatirə şəkli çəkildikdən sonra FHN işçilərinin Həmkarlar İttifaqı tərəfindən Zəfər Günü münasibətilə gətirilən bayram sovqatları şəhidin ailəsinə təqdim edilib.

Xatırladaq ki, Ermənistanın dinc əhalini hədəfə alaraq 2020-ci il oktyabrın 28-də Bərdə şəhərinə endirdiyi raket zərbələri nəticəsində xidməti vəzifələrini yerinə yetirərkən FHN-in Mülki müdafiə qoşunlarının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Şəfiyev Rəşad Vaqif oğlu şəhid olub. Doğulduğu Gəncə şəhərində torpağa tapşırılan şəhidin bir qız və bir oğlan övladı yadigar qalıb.

Son xəbərlər

Bəzi yerlərə yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb

BU GÜN 29 AVQUST, ŞƏHİD MAYOR RÜFƏT MÜRVƏT OĞLU ƏSGƏROVUN DOĞUM GÜNÜDÜR !

Gəncədə neft çənlərində yanğının söndürülməsi üzrə təlim keçirilib

Dondurma yeyənə ayda 10 min maaş verəcək

Nepalda daşqın nəticəsində ölənlərin sayı 629-a çatıb

Həsənxan Əsədov : QALIB

Azərbaycan Premyer Liqası: III tura bu gün start verilir

Kerem Bürsin əməliyyat olundu - Fotolar

UNİVERSİTETƏ GEDƏN YOL

Daşdəmir ƏJDƏROĞLU : SULUTUN AĞRISI, RAFİQ KƏRİMOVUN SƏSİ - FOTOLAR

15 ildən sonra yenidən “Ron Uizli”ni canlandıracaq

YADA DÜŞƏN İŞIQLI XATİRƏLƏR

Hacıməmməd Məmmədov : ZÜMRÜD VƏLİYEVA — ÖMRÜNÜN ŞEİRƏ ÇEVRİLƏN SƏTİRLƏRİ

KƏNDDƏN BAŞLAYAN YOLUN İŞIĞI - FOTOLAR

Qənirə Paşayevanın qardaşı yeni vəzifəyə təyin edildi

Avropa Liqasında da püşk atıldı - Fotolar

Rəngli Nepaldan geri qalanlar - Fotolar

Pəncərənin ağzına duzlu su qoyun - Pis enerjilərdən qoruyan İNANC

Özbəkistan Prezidenti: Yeni Daşkənd əsl inkişaf mərkəzinə çevriləcək

Azərbaycan və Belarus XİN-lərin xətti ilə qarşılıqlı fəaliyyətin aktivləşdirilməsini müzakirə edib

DTX-nin "Bilgəh" İstirahət mərkəzində Vətən müharibəsi iştirakçıları ilə görüş təşkil edilib

Bakının Mirmahmud Kazımovski küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Kəlbəcərə dolu yağıb

" *İncə fikirlər"* layihəsinin növbəti qonağı

AKİ-nin sədrliyinə seçki konfransının keçiriləcəyi tarix məlum olub

Şəkidə körpüdən yıxılan müəllim öldü - Foto

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31