Xəbərlər
17.11.2021, 14:34
Prezidentdən 18,8 milyon manatlıq SƏRƏNCAM
Prezident İlham Əliyev Bakı şəhərinin mənzil-kommunal təsərrüfatının maddi-texniki təchizatının yaxşılaşdırılması ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamla Bakı Şəhər İcra Hakimiyyətinin mənzil-kommunal təsərrüfatının kommunal təyinatlı texnika ilə təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 18 milyon 800 min manat ayrılıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay