Prezident İlham Əliyev xalqa MÜRACİƏT ETDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müstəqilliyin bərpasının 30-cu ildönümü münasibətilə Azərbaycan xalqına müraciət edib.

Müraciətdə deyilir:

"Əziz həmvətənlər!

Sizi xalqımızın dövlətçilik ənənələrinin yenidən dirçəldilməsinin – müstəqilliyimizin bərpa edilməsinin 30-cu ildönümü münasibətilə ürəkdən təbrik edirəm.

1991-ci il oktyabrın 18-də Azərbaycan XX əsrdə ikinci dəfə müstəqilliyə qovuşmaq imkanı qazanmış, "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə özünün Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu dünyaya bəyan etmişdir.

Azərbaycan müstəqilliyinin ilk illərində çoxsaylı təhlükələrlə üzləşmiş, ağır sınaqlardan keçmişdir. Daxili çəkişmələr, dövlət idarəçiliyindəki özbaşınalıq və səriştəsizlik, ağır siyasi və iqtisadi böhran ölkəni vətəndaş müharibəsi astanasına gətirmiş, onun gələcək taleyini sual altına qoymuşdu. Məhz bu şəraitdə Azərbaycan torpaqları Ermənistan silahlı qüvvələri tərəfindən işğala məruz qalmış, yüz minlərlə soydaşımız öz dədə-baba yurdlarından didərgin düşmüşdür. Baş verənlər bir daha göstərmişdir ki, həqiqi müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən qat-qat çətindir.

Azərbaycan tarixinin bu ağır dönəmində ulu öndər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtdı. Yalnız bundan sonra müstəqilliyin yenidən itirilməsi təhlükəsinin qarşısı alındı. Qısa müddətdə ölkəmizin müstəqil daxili və xarici siyasət strategiyasının təməl prinsipləri müəyyən olundu, ictimai-siyasi sabitlik, dövlət intizamı təmin edildi, demokratik islahatların həyata keçirilməsinə və ordu quruculuğu prosesinə başlanıldı. Azərbaycan gələcək taleyi baxımından həlledici rola malik "Əsrin müqaviləsi”ndə iştirakı ilə dünyanın enerji xəritəsində xüsusi mövqe qazandı, qlobal iqtisadi mühitə inteqrasiya proseslərinə qoşularaq gələcək müvəffəqiyyətlərinə yol açan cəsarətli addımlar atdı.

Ölkəmiz bu gün nəhəng regional və qlobal layihələrin təşəbbüskarı və fəal iştirakçısıdır. Azərbaycan özünün milli maraqları əsasında müstəqil xarici siyasət yürüdür və dünya miqyasında etibarlı tərəfdaş kimi tanınır. Son illər ərzində iqtisadiyyatımızın həcmi üç dəfədən çox artmış, güclü iqtisadi infrastruktur yaradılmış, mədəni irsimizin qorunması, inkişafı və təbliğində, təhsil, səhiyyə və digər sosial sahələrdə ciddi uğurlar əldə edilmiş, insanlarımızın maddi rifahı əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Torpaqlarının iyirmi faizinin 30 ilə yaxın işğal altında qalmasına, bir milyondan artıq qaçqın və məcburi köçkününün olmasına baxmayaraq, Azərbaycan məqsədlərinə doğru daim inamla irəliləmiş, öz hədəflərindən yayınmamışdır.

Uzun illər ərzində Azərbaycanın hərtərəfli inkişafı üçün rəhbər tutulan strateji xəttin, ölkəmizin daha da güclənməsi üçün görülən fasiləsiz işlərin məntiqi nəticəsi isə tarixi ədalətin bərqərar olması – Vətənimizin ərazi bütövlüyünün təmin edilməsi olmuşdur. Rəşadətli Ordumuz döyüş meydanında həqiqi qəhrəmanlıq və vətənpərvərlik nümayiş etdirərək cəmi 44 gündə torpaqlarımızı işğaldan qurtarmışdır. Azərbaycan xalqının apardığı Vətən müharibəsi Ermənistanın kapitulyasiya aktını imzalaması ilə nəticələnmişdir. Azərbaycanın Vətən müharibəsindəki Zəfəri regionumuzda yeni reallıqlar yaratmışdır. Tarixi Qələbəmiz həm ölkəmizin, həm də bütövlükdə regionun inkişafında yeni dövrün başlanğıcıdır.

Bizə Zəfər bəxş etmiş bütün igid oğullarımıza bir daha minnətdarlığımızı bildirir, Vətənimizin ərazi bütövlüyü naminə canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edirik.

Hörmətli həmvətənlər!

Mənim təşəbbüsümlə irəli sürülmüş qanun layihəsinin qəbul olunması ilə bu ildən etibarən 18 oktyabr ölkəmizdə Müstəqilliyin Bərpası Günü kimi qeyd ediləcəkdir. Bu gün biz 30 illik müstəqillik tariximizdə ilk dəfə olaraq müstəqilliyimizin bərpasının ildönümünü ərazi bütövlüyünü təmin etmiş qalib xalq kimi qarşılayırıq. Yaxın tariximizin bu əlamətdar hadisəsi münasibətilə bütün Azərbaycan xalqını bir daha ürəkdən təbrik edir, ən xoş arzularımı yetirirəm.

Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır!".

Son xəbərlər

Hacıqabulda açıq ərazidə yanğın başlayıb

Sabah Nəsiminin bəzi küçələrində qaz olmayacaq

Pakistanda hərbi helikopter qəzaya uğrayıb, bütün heyət həlak olub

Ərdoğan: Ankaradakı NATO sammiti alyansın tarixində dönüş nöqtəsi ola bilər

Omanın Sohar şəhərinin şimal-şərqində yerləşən tankerdə yanğın baş verib, ölən var

Sabah 33 dərəcə isti olacaq

Azərbaycanın xarici dövlət borcu azalıb

Baş nazir kimi 62 illik rekordu yenilədi

“Qarabağ”ın rəqiblərinin adları bəlli oldu - “Ferentsvaroş”la qarşılaşacaq

İlham Əliyev portuqaliyalı həmkarını təbrik edib

15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilmişdir - FOTOLAR

ŞƏRƏFLİ HƏKİM ÖMRÜ VƏ ZƏRİF POEZİYA DÜNYASI: Leyla Bayramovanın işıqlı həyat yolu

MƏMMƏD QƏDİR : Qəbir də yerində, daş da yerində... - FOTO

Adil Kərimli Mədəniyyət Nazirliyinin kitabxanaları bağlamasına dair iddiaları rədd edib

Belfastda 18 yaşlı tələbənin öldürülməsi iğtişaşlara səbəb olub

Azərbaycan neftinin qiyməti 95 dollara düşüb

Araz çayında batan 17 yaşlı gəncin meyiti tapılıb

Serenay Sarıkayanın yeni layihəsi məlum oldu

Barı gəlirəmmi yuxularına? - FOTO

Mehr: İran Milli Ordusu və SEPAH yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib

Qırğızıstanda terror aktları hazırlamaqda şübhəli bilinən 31 nəfər saxlanılıb

“Real”ın baş məşqçisi klubdan ayrıldı

Tramp: ABŞ-ın İrana qarşı genişmiqyaslı əməliyyatları çox baha başa gələr

Rusiyada azərbaycanlı “qanuni oğru” saxlanıldı

“Renault” kütləvi PUA istehsalına başlayır

Rusiyanın hücumu zamanı ayağını itirən gimnast qızıl medal qazandı - FOTO

Şahzadə xanımı və uşaqları ilə Londona gələcək

Bakının bu rayonlarında işıq olmayacaq - Xəbərdarlıq

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930