
Xəbərlər
20.09.2021, 14:20
Metroda problem yarandı
Bu gün "Bakı Metropoliteni" QSC-nin "Memar Əcəmi" stansiyasında qatarların hərəkətində problem yaranıb.
Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
B.Məmmədovun sözlərinə görə, xəttə verilmiş sınaq qatarında nasazlıq yarandığı üçün "Memar Əcəmi" stansiyasında köməkçi qatar verilib:
"Köməkçi qatardan sərnişinlər düşürülüb. Sınaq qatarı xətdən çıxarılıb. Ümumən iki qatar arasında 12 dəqiqə yubanma olub".
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












