
Xəbərlər
12.09.2021, 22:50
SON DƏQİQƏ! Rusiyada təyyarə qəzası: Ölən və yaralılar var
Rusiyanın İrkutsk vilayətində “L-410” tipli təyyarə sərt eniş edib.
Turaztv.az Oxu24.com-a istinadən xəbər verir ki, bu barədə TASS-a təcili tibbi yardım xidmətindən bildirilib.
“İlkin məlumatlara görə, Kazaçinskoye kəndindən 4 km cənub-qərbdə İrkutskdan Kazaçinskoye istiqamətində uçan “L-410” təyyarəsi sərt eniş edib.
Təyyarənin göyərtəsində ikisi ekipaj üzvü olmaqla 14 nəfər olub”, - məlumatda belə deyilir. Bildirilir ki, nəticədə bir neçə nəfər xəsarət alıb.
Təyyarəsinin sərt eniş etməsi nəticəsində bir nəfər ölüb.
Bu barədə Vahid Növbətçi Dispetçer Xidmətindən bildirilib.
Hadisə yerinə xilasedicilər cəlb olunub.
Hadisənin ya dumanda eniş etmək istəyən ekipajın səhvi, ya da mühərrikin sıradan çıxması ucbatından baş verdiyi ehtimal olunur.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












