Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycanın demarkasiya və delimitasiya işləri ilə bağlı müsbət reaksiya verməsini gözlədiyini bildirib. A.Qriqoryan hazırda bu istiqamətdə heç bir işin görülmədiyini diqqətə çatdırıb.

Maraqlıdır, delimitasiya və demarkasiya işlərinin tamamlanmasında Ermənistan həqiqətən də maraqlıdırmı?

Məsələ ilə bağlı danışan deputat Müşfiq Cəfərli delimitasiya və demarkasiya məsələlərinin həlli ilə regionun kənar təsirdən azad ola biləcəyini deyib:

"İkinci Qarabağ müharibəsi yeni reallıqlar yaratdı. Artıq regionun inkişafı naminə sülh müqaviləsi imzalanmalıdır. Ermənistan Azərbaycanın sərhədlərinə hörmət etməlidir. Xalqın psixoloji vəziyyəti, müharibədəki itkilərini nəzərə alan hakimiyyət sülh müqaviləsi barədə düşünmür. Ancaq Ermənistanda hakimiyyətdə olan yetəri qədər siyasətçi var ki, onlar yaxşı bilirlər ki, inkişafın, iqtisadi artımın olması üçün siyasi sabitlik vacibdir. Bu gün Ermənistandakı revanşist qüvvələr xalqı daha çətin vəziyyətə salmaq istəyir. Lakin bütün siyasətçilər yaxşı dərk edir ki, ən yaxşı yol sülh müqaviləsidir. Biz isə sülh istəyirik, əməkdaşlıq istəyirik, sərhədlərin toxunulmazlığını, qarşılıqlı ərazi bütövlüyünün tanınmasını istəyirik. Sülh quruculuğu region üçün olduqca vacibdir, önəmlidir, həm Ermənistan, həm də Azərbaycan üçün inkişaf və rifaha gedən yoldur. Sülh quruculuğu həm də kənar dövlətlərin regiona təsirlərinin azadılması mexanizmidir".

Deputat Ermənistan tərəfinin delimitasiyanı müvəqqəti hesab etdiyini qeyd edib:

"Ermənistan mövcud delimitasiyanı müvəqqəti hesab edir. Rəsmi Yerevan təkidlə bildirir ki, Ermənistan-Azərbaycan sərhədlərinin müəyyənləşdirilməsi prosesi yalnız diplomatik münasibətlər qurulduqdan və xüsusi komissiya yaradıldıqdan sonra başlaya bilər. Bunun özü birbaşa xalqı aldatmaqdır. Lakin Ermənistan bilməlidir ki, sərhədlərinin qorunması prinsipi beynəlxalq hüququn tərkib hissəsidir".

Son xəbərlər

Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başlayıb

Sahibə Qafarova Efiopiyada səfərdədir

Aİ, yoxsa Aİİ? - Putin Paşinyanı seçim qarşısında qoydu - ŞƏRH

Katz: İsrail İranın enerji infrastrukturuna zərbə endirmək istəyir, ABŞ isə buna qarşıdır

İnsanlara ən çox hücum edən it cinsləri

İldırım Əlişoğlu : Bakı küləyi - FOTO

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib

Novruzəli Aslanov: “Bu gün bütün dünya bizim doğma ana dilimizi işğaldan azad edilmiş torpaqlarımızdan gələn sədalarda eşidir”

BMU-ya qəbul olmaq istəyən abituriyentlərin nəzərinə!

Vaqif Vüqar : EY SÖZ - FOTO

Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib

Meyiti öz həyətində tapıldı - Foto

İyulun 29-da Bakıda 36, bəzi bölgələrdə isə 40 dərəcə isti olacaq

Quba, Qusar və Xaçmazda təsərrüfatlara mediatur təşkil edilib - FOTOLAR

40 illik mənəvi qızını övladlığa götürdü

Ronaldo aktyorluğa keçir - Serialda çəkiləcək

Hollivud ulduzlarının telefon nömrələrini paylaşdılar

Hikmət Məlikzadə : “Heç kimə qədərindən artıq dəyər vermə...” - FOTO

Bizə öyrətdiyiniz hər bir söz, hər bir cümlə bu gün də xatirimizdədir. - FOTO

Mer: Türkiyə Akyaka-Gümrü dəmir yolu sahəsinin yenidən qurulmasına başlayıb

Küləkli hava günortadan sonra tədricən mülayimləşəcək

Sabah Bakıdakı 5 məktəbə tədrisi digər dildə aparılan bölmələr üzrə sərbəst qəbul başlayır

Azərbaycanın daha 5 yunan-Roma güləşçisi mundialda mübarizəyə başlayır

Azərbaycan neftinin qiyməti 95 dollara düşüb

Britaniyada milyonçuların sayı 2008-ci il böhranından bəri ən aşağı səviyyəyə enib

Bakının bir çox ərazisində işıq olmayacaq

Nümunəvi ailə başçısı və yüksək mənəvi keyfiyyətlərə malik insan - FOTO

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031