Türkiyə 11 gündür yanan ərazidəki yanğının öhdəsindən gəldi
Türkiyədə Muğla-Milasdakı meşə yanğını lokallaşdırılıb.
Turaztv.az xəbər verir ki, bu barədə Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli məlumat paylaşıb.
Nazir 11 gündür davam edən yanğın ərazisində hazırda soyutma işlərinin aparıldığını vurğulayıb.