İlham Əliyevin yüksək vəzifə verdiyi Əli Əlizadə KİMDİR? - DOSYE/FOTOXəbər verdiyimiz kimi, Azərbaycanın İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi dəyişdirilib. Prezident İlham Əliyev Bünyad Səməd oğlu Hüseynovu bu vəzifələrdən geri çağırıb, onun yerinə Əli Fikrət oğlu Əlizadə təyin edilib.

Turaztv.az AZSABAH.COM-a istinadən Azərbaycanın İrandakı yeni səfirinin tərcümeyi-halını təqdim edir:

Əli Əlizadə 21 iyun 1978-ci ildə anadan olub. 1994–1998-ci illərdə Azərbaycan Dövlət Dillər İnstitutunda tərcüməçi-referent ixtisası üzrə bakalavr pilləsində, 2005–2008-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistr pilləsində təhsil alıb.

2002–2003-cü illərdə Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı konsulluq şöbəsində protokol məsələləri üzrə referent, eyni zamanda aparıcı məsləhətçi-mühasib əvəzi işləyib.

2003–2005-ci illərdə Naxçıvan Muxtar Respublikası Konsulluq İdarəsində protokol məsələləri üzrə aparıcı məsləhətçi, aparıcı məsləhətçi-mühasib, viza-pasport məsələləri üzrə baş məsləhətçi əvəzi, konsul-hüquq məsələləri üzrə baş məsləhətçi əvəzi kimi çalışıb.

2005-ci ilin mart ayında Naxçıvan Muxtar Respublikası Konsulluq İdarəsində rəis əvəzi olub, aprel ayından isə idarə rəisi vəzifəsində işləyib. 2005-ci ilin dekabrından Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı idarəsinin rəisi olub.

2010-cu il iyulun 6-da İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilib, eyni zamanda birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsinə yiyələnib.

Buna qədər Əli Əlizadənin diplomatik rütbəsi müşavir olub. 5 aprel 2016-cı ildə həmin vəzifədən geri çağırılaraq 2 may 2016-cı ildə Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. 16 iyul 2021 tarixində vəzifəsindən geri çağrılıb.

Ə.Əlizadə 2009-cu ildə "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi (1919–2009)" yubiley medalı ilə təltif olunub. 2014-cü ildə isə "Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Fəxri əməkdaşı" adına layiq görülüb.

2019-cu ildə Azərbaycan Respublikasının 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub. 2019-cu ildə "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.
İngilis, rus, türk dillərini bilir. Ailəlidir, üç övladı var.


İlham Əliyevin yüksək vəzifə verdiyi Əli Əlizadə KİMDİR? - DOSYE/FOTOİngilis, rus, türk dillərini bilir. Ailəlidir, üç övladı var.

Son xəbərlər

İNSAN GÜNDÜZ DÜNYANI, GECƏ İSƏ ÖZÜNÜ TANIYIR - FOTO

Mehin Hümbətovanın ölkədən çıxışına qadağa qoyuldu

Gələn həftə Vaqif Poeziya Günləri keçiriləcək

Futbol akademiyalarında təhsil məsələlərinə məsul şəxslərlə görüş keçirilib

Azərbaycan XİN Cənubi Sudanı təbrik edib

Əsl yay havası başlayır: Sabah 37 dərəcə isti olacaq - PROQNOZ

Hər 5 nəfərdən biri xərçəngə tutulacaq - ÜST-dən xəbərdarlıq

Xameneinin cənazəsi Məşhədə aparıldı

Bonni Tayler vəfat etdi

Qəzəlsayağı şeir - FOTO

TUBU İMANOVA : ANANIN YAŞI OLMUR - FOTO

“Işıl”ın ölüm səbəbi açıqlandı

Şahzadədən boşanıb tiktokerlə evləndi - Fotolar

Yeni layihəsi bəlli oldu

Ərdoğanın hədiyyə etdiyi bahalı tapançaları - Özləri ilə apara bilmədilər

Sabah 37 dərəcə isti olacaq

HƏSƏNXAN ƏSƏD : Sənətin məğrur qadını - FOTO

Paşinyan iyulun sonuna qədər məzuniyyətə çıxır

Azərbaycanda turizm haqqında yeni qanun layihəsi hazırlanıb

Zəngəzur dəhlizi ilə bağlı sənədlər hazırlanır - Nazir

Rusiyanın zərbələri nəticəsində Zaporojye vilayətində 8 nəfər yaralanıb

Azərbaycan neftinin qiyməti 82 dolları keçib

Bu gün Azərbaycanda Diplomatiya Günüdür

Kadırov prezident postuna namizədliyini rəsmiləşdirdi

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Avropa çempionatını 5 medalla başa vurub

Hacıməmməd Məmmədov : Özü və ətrafı safdır - FOTO

Estoniya Rusiyaya nota verdi

Həyatımda ilk kəs Lerikdə oldum-gözəl Lerikdə!

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031