
Xəbərlər
16.07.2019, 15:42
Hindistanda dəhşətli attraksion qəzası baş verib – Video

Əyləncə qurğusunun dairəvi qondolası hərəkət zamanı attraksionun gövdəsindən qoparaq yerə düşüb
Hindistanın Əhmədabad şəhərinin əyləncə parkında baş vermiş attraksion qəzası nəticəsində iki nəfər həlak olub.
Sputnik Azərbaycan xəbər verir ki, hadisənin görüntülərini “The Sun” nəşri yayıb.
Kadrlarda görünür ki, əyləncə qurğusunun dairəvi qondolası hərəkət zamanı attraksionun gövdəsindən qoparaq yerə düşür.
Hadisə zamanı attraksionun qondolasında 31 nəfər olub. Onlardan 29-u xəstəxanaya çatdırılıb. İlkin məlumatlara əsasən, iki nəfər həlak olub.
Polis hazırda hadisənin səbəblərini araşdırır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












