
Xəbərlər
1.07.2019, 12:07
İranın neft məhsulları zavodunda güclü partlayış olub
İranın Kirmanşah əyalətinin Fəraman sənaye şəhərciyində neft məhsulları zavodunda partlayış və yanğın baş verib.
APA-nın Tehran bürosunun məlumatına görə, yerli vaxtla saat 04:15-də zavodun neft kondensatını digər məhsula dəyişmə bölməsində yanğın başlayıb. Daha sonra güclü partlayış qeydə alınıb.
Hadisə zamanı bir nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Yanğını bu gün yerli vaxtla saat 08:25-də söndürmək mümkün olub.
Hələlik hadisənin baş vermə səbəbi bilinmir, lakin ehtimal edir ki, yanğına qısa qapanma səbəb olub.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











