Rəhman Hacıyev: Hər birimiz Qarabağın dirçəldilməsi istiqamətində güclərimizi birləşdirməliyik“Karabakh.Center” layihəsi Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılıb. Biz artıq qalib ölkənin vətəndaşlarıyıq və hər birimiz Qarabağın dirçəldilməsi istiqamətində görülən işlərə dəstək olmalı, bu mühüm vəzifə ətrafında güclərimizi birləşdirməliyik.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev “Karabakh.Center” layihəsində yer alan fotoşəkillərdən ibarət sərginin açılışında deyib.

O qeyd edib ki, “Karabakh.Center” internet resursunda 10 mindən çox foto və videogörüntülər əksini tapıb. Bütün fotoşəkillər və videolar saytın “Urbisid” bölməsində yerləşdirilib. Bölmədə, həmçinin memarlıq abidələrinin işğaldan əvvəl çəkilmiş yüzlərlə fotoşəkili ilə də tanış olmaq mümkündür.

“Portalda Ermənistanın qeyri-qanuni fəaliyyəti haqqında tarixçilərin, tədqiqatçıların və jurnalistlərin hazırladığı 150 səhifəlik təhlil və məqalələr öz əksini tapıb. Bundan əlavə, bu materiallar Azərbaycan və rus dillərinə tərcümə olunub. Məqsədimiz bu materialları dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır. Buna görə də onun sosial şəbəkələrdə geniş təbliğinə başalamışıq. Bu layihəni təqdim etməklə həmvətənlərimizin səylərini Qarabağın bərpasına səfərbər etməyə çalışırıq. “Karabakh.Center” internet resursunun çoxsaylı materialları konkret nümunələr əsasında Azərbaycan xalqının Qarabağda maddi-mədəni irsinə, bu regionun biomüxtəlifliyinə və təbii sərvətlərinə dəyən ziyanın miqyası ilə tanış olmaq imkanı yaradır”, - deyə Rəhman Hacıyev vurğulayıb.

O, Qarabağ həqiqətlərinin geniş ictimaiyyətə çatdırılmasına xidmət edən bu internet resursunun yaradılmasının təşəbbüskarı olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya göstərdiyi etimada, fəal dəstəyə görə isə Müşahidə Şurasının üzvlərinə minnətdarlığını bildirib.

Rəhman Hacıyev, həmçinin işğaldan azad edilmiş ərazilərdə çəkilmiş foto və videoların böyük bazasına çıxışı təmin edən Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC) və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-yə (AzTV) təşəkkür edib.

Son xəbərlər

Küləkli hava günortadan sonra tədricən mülayimləşəcək

Sabah Bakıdakı 5 məktəbə tədrisi digər dildə aparılan bölmələr üzrə sərbəst qəbul başlayır

Azərbaycanın daha 5 yunan-Roma güləşçisi mundialda mübarizəyə başlayır

Azərbaycan neftinin qiyməti 95 dollara düşüb

Britaniyada milyonçuların sayı 2008-ci il böhranından bəri ən aşağı səviyyəyə enib

Bakının bir çox ərazisində işıq olmayacaq

Nümunəvi ailə başçısı və yüksək mənəvi keyfiyyətlərə malik insan - FOTO

Baş nazirin açıqlaması vətəndaşları şoka saldı

Elm, fantastika, şəxsi həyat...

Yeni qaydalar qüvvəyə minir: Tamamilə qadağan edildi

Vaşinqtonda bir araya gələcəklər

Abşeronda yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi+Fotolar-Yenilənib

VƏTƏN AŞİQLİYİ - FOTOLAR

Şair Lalə İsmayılın "Bəyaz Durnalar" adlı ilk kitabı işıq üzü görüb

Bibixanım İSAYEVA : "Qan yaddaşının qəhrəmanı" İnsanlığa sevgi ünvanı - FOTO

“Alnım açıq, başım dik” - Sıladan açıqlama

Ələt–20-ci Sahə istiqamətində 195E nömrəli yeni ekspres marşrut istifadəyə verilir

Nəsrinin serialı ilə bağlı dəyişiklik

Yenidən eyni layihədə rol alacaqlar

"Vətənpərvərlik epopeyası" qələmin gücündə

“Blok3”ə sui-qəsd hazırlayanlar həbs edildi

Mətbuat dedikdə , ilk növbədə həmişə qəzetlər göz önünə gəlir

Berlindəki terror aktı - miqrantlara qarşı yeni təbliğat - ŞƏRH

Ombudsman əcnəbi vətəndaşın müraciətini təmin edib

MEDİA: İranın "Səhər" telekanalı və "Mehr" agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuz hesab edilir

Corcia Meloni: İtaliyada "No TAV" hərəkatının aksiyasında 120 polis əməkdaşı xəsarət alıb

"Neftçi"nin "Dinamo" ilə oyun üçün Bolqarıstana səfər proqramı müəyyənləşib

Çində daşqın nəticəsində 10 nəfər ölüb, 23 nəfər yaralanıb

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031