Vətəndaşların 3.2 milyon manatını mənimsəyən xanım direktor həbs edildi

Sahibkarlıq fəaliyyəti adı altında qanunsuz əməllər törədən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib.

Baş Prokurorluqdan verilən məlumata görə, “Avangard Travel” MMC-nin direktoru vəzifəsində işləmiş Nağıyeva Yeganə Ələddin qızı və həmin şirkətin təsisçisi Nağıyev Ədalət Tağı oğlunun vəzifə səlahiyyətlərinin icrası zamanı qanun pozuntularına yol vermələri barədə Baş Prokurorluğun rəsmi instaqram səhifəsində keçirilən “sual-cavab” sessiyası zamanı daxil olmuş çoxsaylı vətəndaş müraciəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılıb.

Aparılan istintaq-əməliyyat tədbirləri ilə qeyd olunan vəzifədə işləyərkən Yeganə Nağıyevanın əri Ədalət Nağıyev ilə birlikdə özlərini turizm sahəsində uzun müddət ərzində işləyən peşəkar şəxslər kimi təqdim edib birgə biznes fəaliyyəti quraraq yüksək gəlir əldə edəcəkləri barədə yalan vəd verilməsi yolu ilə ümumilikdə 16 şəxsə cəmi 2 milyon 583 min manat məbləğində ziyan vuraraq dələduzluq etmələrinə dair əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Yeganə Nağıyevanın Ədalət Nağıyev ilə qabaqcadan əlbir olaraq 2019-2020-ci illər ərzində ayrı-ayrı ölkələrə səyahət etmək üçün şirkətə müraciət edən ümumilikdə 73 vətəndaşı tur paketləri və aviabiletlərin guya adi və güzəştli şərtlərlə satışının həyata keçirilməsi adı ilə aldadaraq həmin şəxslərin cəmi 652 min manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Habelə, Yeganə Nağıyevanın Ədalət Nağıyev ilə birlikdə 2020-ci ilin iyun ayında xarici ölkədən mobil telefonlar alıb ölkə ərazisində sataraq birgə qazanc əldə edəcəkləri adı ilə vətəndaşdan 6 min 900 manat məbləğdə pul vəsaitini alıb öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək təkrarən dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən faktlarla bağlı hər iki şəxs Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə Yeganə Nağıyeva barəsində məhkəmənin qərarı ilə həbs, Ədalət Nağıyev barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib, cinayət işinin ibtidai istintaqı tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilib.

İbtidai istintaq dövründə vurulan ziyandan 902 min manat vəsaitin ödənilməsi təmin edilib, həmçinin məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs Ədalət Nağıyevə məxsus 203 min manat dəyərində daşınmaz əmlak üzərinə həbs qoyulub.

Eləcə də, hüquqi şəxs “Avangard Travel” MMC barəsində həmin məcəllənin 308.2-ci maddəsinə münasibətdə cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinə dair icraata başlanılıb.

Son xəbərlər

ETX: Azərbaycanın rəqəmsal təhlükəsizlik sistemi mühüm transformasiyadadır

Mehriban Əliyeva Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib

15 günə məlumat verməyən CƏZALANACAQ

Mikayıl Müşfiqin doğum günüdür

Mehriban Əliyeva minifutbol yığmamızı təbrik etdi

Məşhur aktyor sevgilisinin oğlu tərəfindən qətlə yetirildi

Dünya sərt qayalı künc-bucaq oldu - FOTO

Bakıda bazar günü intensiv yağış yağacaq - XƏBƏRDARLIQ

Su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib - SƏRƏNCAM

İlham Əliyev: Azərbaycan ekoloji problemlərlə bağlı öhdəliyə tam məsuliyyətlə yanaşır

İctimai təhlükə törətməyən aşkar cinayət üzrə məlumata baxılma müddətinin artırılması ilk oxunuşda qəbul edilib

Azərbaycanlıların olduğu gəmilər vuruldu: 5 ölü, 6 yaralı

Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində ilk iclası başlayıb

Kiyevdə poçt terminalında bağlama partlayıb, ölən və yaralananlar var

Prezidentin sosial şəbəkə hesablarında Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edilib

İyunun 8-i keçiriləcək qəbul imtahanında indiyə qədər 28 mindən çox abituriyent qeydiyyatdan keçib

Bu gündən Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başlayır

Bakının bir sıra yollarında tıxac yaranıb

ADİL CƏFAKEŞ : TƏKLƏNİBDİ - FOTO

Bürclər bu günə nə deyir?

LİLPAR CƏMŞİDQIZI : Qəzəl aləmində hər dəm nə yazır, rəvan edirsən - FOTO

Genetik saatla insanın ömrünü bilmək real ola bilər

Eşqin Tağıyev Avropa çempionatının ən yaxşı oyunçusu seçildi

XATİRƏ İSMAYILOVA : Deyəcəyəm - FOTO

“Eşref Rüya”nın aktyoru yeni serialda

TUBU İMANOVA : TALEHİN BƏD OYUNU (Hekayə) - FOTO

“Ulduz” jurnalının şöbə redaktoru vəfat etdi

Zelenski Putinə açıq məktub ünvanladı

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930