SON DƏQİQƏ! Həkimdən həyəcan təbili: "Xəstəxanalarda yer problemi başlayıb"Qorunma tədbirlərinizi maksimum artırın. Virusu ciddiyə alın. Xəstəxanalarda artıq yer problemi başlayıb.
Turaztv.az Pressaz.info-ya istinadən xəbər verir ki , bu sözləri anestezioloq-reanimatoloq Şahin Məmmədov sosial şəbəkə hesabında yazıb. Həkim bildirib ki, pandemiya başlayan gündən bəri insanlar xəstəliyin müalicəsində eyni səhvləri təkrar edirlər:

" 1. Qızdırma başlayan kimi antibiotik qəbul edirlər. Bu səhvə görə həm müalicədə problemlər yaranır, həm də antibiotikin əks təsirlərinə görə xəstələr ağırlaşırlar. Antibiotiki şəkərli diabet, immun çatışmazlıqlı xəstələrə yazmaq olar, onu da mümkün qədər gec. Ən həssas məqamdır, həkimlər bu qrup xəstələrə individual olaraq antibiotikin başlanma tarixini seçə bilər.

2. Poliklinika həkimləri kimə gəldi aspirin kardio, kardiomaqnil yazır. Bilin ki, koronavirusun yaratdığı koaqulopatiyada trombositlərin heç bir günahı yoxdur. Aspirin trombositə qarşıdır. COVID-19 özü trombositi salır. Aspirin yalnız o xəstələrə verilməlidir ki, onlara əvvəlcədən başqa problemə görə ömürlük aspirin yazılmışdı.

Risk qrupunda olan xəstələrə antikoagulyant verilməlidir (yalnız kleksan, ya da heparin). Əgər lazımsız yerə aspirin içibsə, trombositopeniyaya görə antikoagulyantlar qanaxma yaradacaq.

3. Sistem ancaq o xəstələrə ehtiyatla tətbiq olunur ki, onlar heç cür su içə bilmir. Ya içdiyini qusur, ya da diareyası var. Və ya tam başqa şeyə görə, məsələn, diabetik ketoasidozu var. Onların da sisteminə heç nə qatmaq lazım deyil. Digər su içə bilən xəstələrə sistem qoşmaq olmaz. Ən yaxşı ağciyər quru ağciyərdir. Sistemlərlə maye qoşulması iltihablaşmış ağciyəri olan xəstələri ağırlaşdırır.

4. Evdə müalicə alanlara metilprednizolon, deksametazon olmaz. Deksametazon yalnız oksigen müalicəsi alan xəstələrə olar, o da sutkada 6 mg-dan çox olmamaq şərti ilə. Xəstəxanada oksigen alan xəstəyə deksametazon təyin olunubsa, 6 mg-dan yüksək doza bakterial infeksiya riskini artırır".publika.az

Son xəbərlər

BƏƏ-də uşaqlara internetdən istifadə bağlı qərarlar qəbul edildi

Konqoda “Ebola” virusundan ölənlərin sayı 232 nəfərə çatıb

Dünya Kubokundan sonra milli ilə vidalaşacaq

Dünya çempionatı: İsveçrə Bosniya və Herseqovinanı məğlub edib

Turac Hilal : Məndən uzaq dur, adam! - FOTO

Müəllif: Gülnarə Məhəmmədqızı - Yadlaşan Sevgi - FOTO

Tramp İsrail və Livanı tam atəşkəsə çağırdı

Vitinyadan yeni rekord

Hörmüzdən keçən gəmilərdən rüsum alınmayacaq - Bu müddətdə

Sayəndə Vətən şəst ilə dirçəldi, Mübariz - FOTO

Çəkilişlər başlamadan serialdan ayrıldılar

Yeni “iPhone 18 Pro”nun qiyməti belə olacaq

23 məşhurun da narkotest nəticəsi açıqlandı

72 yaşlı Ali Ağaoğlu altıncı dəfə ata olur

Türkiyəli aktyor saxlanıldı - FOTOLAR

Beren ilk albomunu təqdim etdi - Fotolar

Nikol Kidman iş adamıyla münasibətdədir?

İşə qəbul olmaq istəyirsinizsə, müsahibədə bu sözləri deməyin

Hər gün qarabaşaq yesəniz, orqanizminizdə bu 5 mühüm dəyişiklik baş verəcək

Göz qapağının dartılması nə deməkdir? - Həkimdən xəbərdarlıq

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib - YENİLƏNİB

Vaşinqtonla Tehranın anlaşma memorandumu – sülh, yoxsa savaş? - ŞƏRH

Bakıda İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Konfransının sessiyası keçiriləcək

Prezident İslam İnkişaf Bankı Qrupunun sədrinə “Dostluq” ordenini təqdim edib

Azərbaycan universitetləri beynəlxalq siyahıya düşdü

Prezident İİB Qrupunun sədrinə “Dostluq” ordenini təqdim etdi - Fotolar

İlham Əliyev qəbul keçirdi - Fotolar

Tarlalardan 443 min tondan çox tərəvəz yığılıb

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930