Ekspertdən HƏYƏCAN TƏBİLİ - Bakıda COVID-19 partlayışı yaşanacaq“Virusdan qorunmaq üçün aparıcı faktor qoruyucu vasitələrin istifadə olunması və sosial məsafənin gözlənilməsidir. Dünənki izdihamda minlərlə insan var idi, onların əksəriyyəti qoruyucu vasitələrdən istifadə etməmişdi, maska taxmamışdı, təbii ki, orda 2 m sosial məsafədən söhbət gedə bilməzdi, böyük sıxlıq yaranmışdı”.
Bu sözləri açıqlamasında allerqoloq-pulmonoloq Ramin Nəriman Ordumuza dəstək məqsədilə keçirilən nümayişdə karantin tədbirlərinin pozulması haqqında danışarkən deyib. Həkim bildirib ki, fərdi qoruyucu vasitələrin istifadə edilməməsi, həm də sosial məsafənin itməsi yaxın gələcəkdə - bir-iki həftə müddətində COVID-19 xəstələrinin sayında sürətli artıma səbəb olacaq.
“Aksiyaya çıxanlar arasında koronavirus daşıyıcılarının, o cümlədən asimptomatiklərin olması istisna edilmir. Təbiidir ki, bu zaman ətrafdakıları da yoluxdururlar. Yoluxmuş insanlar isə ailə üzvlərinin xəstələnməsinə bilavasitə səbəb olur. Protokollarda da qeyd olunub ki, bir COVID-19 xəstəsi 4 nəfəri yoluxdura bilir.
Yürüş iştirakçılarının sayını və onların 4 dəfə artdığını nəzərə alın. Görün bu nə qədər böyük rəqəmlər deməkdir. Odur ki, yaxın 1 həftə və ya 10 gün müddətində Bakı şəhərində koronavirus xəstələrinin sayında ciddi şəkildə artım olacaq”.
Həkim qeyd edib ki, xəstə sayının ciddi şəkildə artması səhiyyə sisteminin yüklənməsinə gətirib çıxara bilər:
“İnsanların kütləvi şəkildə dəfn mərasimlərində iştirakı, həmin yerlərdə hərbçilər və zabitlərlə sıx təmasları Ordu üçün də ciddi təhlükədir. Dünənki izdiham nəticəsində Bakıda COVID-19 partlayışı yarana bilər. Odur ki, ikiqat ehtiyatlı və məsuliyyətli davranmalıyıq”."Turaztv.az"

Son xəbərlər

İran ABŞ ilə danışıqlar aparır?

Leysan, şimşək, dolu... - Sabahın havası

CƏMIL DADAŞOV – 65

Messidən unikal "rekord": Adı ABŞ polisinin hesabatında birincidir

Xorxe Messi vəfat etdi

İçində yüzlərlə amfora olan qədim gəmi tapıldı

Bu il nələr olacaq? - Vanqa daha nə görmüşdü?

Türkiyədən İslandiyaya tarixi təyinat - İlk o oldu

Avropada miqrasiya böhranı yenidən kəskinləşib

Bir dost tanıyıram dostluğu dağlar qədər uca.

MƏNƏVİYYATININ ƏSAS ROLU

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

Cansevər dünyasını dəyişdi

Türkiyədə zəlzələ oldu

Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür

Bolqarıstan XİN ölkənin hava məkanına dronun daxil olması ilə bağlı Ukrayna səfirini çağırıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

Mizana tutmaqdı Zeynəbin işi - FOTO

Bloomberg: ABŞ neft maqnatının Venesueladakı layihələrdən çıxmağını istəyir

Bir dost tanıyıram dostluğu dağlar qədər uca.

Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür

Rasional yanaşma qrup maraqlarına qarşı: Vaşinqton razılaşmaları ABŞ-Azərbaycan münasibətlərində yeni dövrün əsası kimi

Türkiyədə su xətti tunelində uçqun olub - 1 ölü, 1 yaralı var

Hikmət Hacıyev: İlham Əliyev müharibəni, həm də sülhü qazanıb

Ukrayna Qara dənizdəki "Sivaş" qazma qurğusunda Rusiya obyektlərini sıradan çıxarıb

Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib

Bazar günü Azərbaycanda 40 dərəcə isti olacaq

İmişlidə qəza - 3 nəfər xəsarət aldı

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31