
Xəbərlər
17.01.2021, 12:59
DİQQƏT! Müdafiə Nazirliyi müraciət etdi
“Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq əmri ilə yaradılmış komissiyaya “veteran adı” və yaxud “veteran kitabçasının” verilməsi səlahiyyəti verilməyib”.
Turaztv.az Oxu24.com-a istinadən xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov deyib.
“Buna görə də vətəndaşlarımızdan xahiş edirik ki, bu məsələ ilə əlaqədar müraciət etməsinlər”, - nazirlik rəsmisi bildirib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











