Xankəndiyə daha çox azərbaycanlı köçürülə bilər - ŞƏRH

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin mərkəzi şəhəri olan Xankəndiyə azərbaycanlıların köçürülməsi məsələsi 2021-ci ilin ən aktual məsələlərindən biri olacaq. Azərbaycan, Rusiya və Ermənistanın rəhbərləri arasında bağlanmış birgə Bəyanatın 7-ci bəndi daxili məcburi köçkünlər və qaçqınların Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıtmasını nəzərdə tutur.

Atəşkəs barədə Bəyanat imzalanandan bəri hələ ki Xankəndi şəhərinə erməni əhalisinin köçürüldüyünün şahidi oluruq. Son vaxtlar 40 min erməninin bu şəhərə qayıtdığı deyilsə də, onların bir hissəsinin şəhəri tərk etməsinə dair də informasiyalar çoxluq təşkil edir. Belə ki, qayıdan ermənilərin bir çoxu müharibə vaxtı qoyub qaçdığı əşyalarını Ermənistana daşımaq üçün gəlir, yaşadıqları mənzili satmaq üçün elan verir.

Bizi isə başqa bir məsələ düşündürür. Müharibəyə qədər Xankəndidə qeydiyyatda olan azərbaycanlıların sayı 12 024 nəfər olub. Lakin Xankəndiyə bundan daha çox azərbaycanlı köçürülə bilər.


Bu məsələ ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq İlyas Hüseynovla danışdıq. O, Rusiya sülhməramlılarının etnik ermənilər kimi, azərbaycanlıların da tezliklə Xankəndiyə yerləşdirilməsinə nəzarət etməsinə ümid etdiyini bildirib:

“İlkin ehtimallara görə, azərbaycanlıların Xankəndidə müharibəyə qədərki statistikası 12 024 nəfər təşkil edib. Lakin köçürülmə prosesində bu rəqəm mütləq artacaq. Çünki 30 ilə yaxın müddətdə azərbaycanlılar demoqrafik cəhətdən artıb, ən azından oradan köçən azərbaycanlıların uşaqları və nəvələri nəzərə alınsa, bu rəqəm 30 mini üstələyər. Ermənilərdə isə bu proses reqressiyaya uğrayıb. Çünki həm Dağlıq Qarabağda, həm də Ermənistanda əhalinin sayında azalma müşahidə olunur. Yerli əhali daha çox digər xarici ölkələrə üz tuturlar.

Azərbaycanlıların Xankəndiyə köçməsindən sonra geosiyasi, siyasi və demoqrafik vəziyyətin dəyişəcəyi gözlənilir. Əsas məsələ odur ki, bu əhali ora təhlükəsiz şəraitdə köçürülsün, köçürülərkən münbit şərait olsun. Orada yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul etməli, orada Azərbaycan manatı istifadə olunmalıdır.

Xankəndidə Rusiya sülhməramlıları ilə yanaşı, türk patrullarının da fəaliyyət göstərməsi yaxşı olardı. Bu şəhər Azərbaycanın tərkib hissəsidir və orda azərbaycanlılar yaşamalıdır. Bu şəhərin Azərbaycana qaytarılması da bu proses ətrafında olan söz-söhbətlərə son qoyacaq”.

İlyas Hüseynov onu da bildirib ki, Xankəndidə olan məcburi köçkünlərin sayının çoxalması sayəsində şəhərin demoqrafik vəziyyəti dəyişəcək və şəhərin genişləndirilməsi prosesi baş tuta bilər:

“Müharibədən əvvəl ermənilərin Xankəndidəki sayının 50 min olduğu deyilirdi. Lakin hazırda onların sayının heç 40 minə çatacağı gözlənilmir. İstənilən halda, ilkin mərhələdə 30 min azərbaycanlının ora köçürülməsindən sonra şəhərdə abadlıq-quruculuq işlərinin görülməsi, mövcud infrastrukturun yaxşılaşdırılması gözlənilir. Şəhərin genişləndirilməsi, yeni yaşayış və inzibati binaların tikilməsi ilə bağlı ehtimallar da var.

Həmçinin, Xankəndi Azərbaycanın yurisdiksiyasına daxil olduğundan, Xankəndi sakini olmayan istənilən Azərbaycan vətəndaşı da ora köçə bilər. Necə digər şəhərlərimizdə azərbaycanlılar köçüb yaşaya bilirsə, Xankəndiyə də köçüb məskunlaşmaq olar. Bu da köçürülmə prosesi zamanı azərbaycanlıların daha çox ola biləcəyi ehtimalını artırır”.

Son xəbərlər

Elatın ruhu yaşadıqca millətin yaddaşı da yaşayır – Şərafəddin İLKİN yazdı

İsveçrədə minlərlə insan vergi verməmək üçün ateist olur

Dünyanın ən uzunömürlü qadınları hansı ölkədə yaşayacaq?

Rusiyaya gedənlərin NƏZƏRİNƏ - Tələblər sərtləşdirilir

ChatGPT-ni psixoloq əvəzinə istifadə etmək TƏHLÜKƏLİDİR

Qəhvə brendinin siması oldu - 20 milyon aldı

Fransa yanğınlarla mübarizə üçün ordudan istifadə etməyə başladı

Məmməd Qədir : Halallığın ver - FOTO

İrana zərbələr bu səbəbdən dayandırılıb

Şərafət Şəfa : Eşqin üzü dönüb, di əlini üz.. - FOTO

Bakıda keçiriləcək dünya çempionatında Azərbaycan güləşçilərinin ilk rəqibləri məlum olub

Eka Sepaşvili: Prezident İlham Əliyevin Almaniyaya səfəri Gürcüstan üçün də yeni imkanlar yaradır

“Həkim dedi ki, sənə sistem vuracağıq, içində nə olduğunu bilmirdim”

Rafael Ağayevdən vəfat edən atası ilə bağlı duyğusal paylaşım - Foto

Emin ayrılmış valideynləri ilə bir arada - FOTOLAR

Araz Ağalarov gənc xanımı ilə "DreamFest”də

“Çılgın Bediş” 25 il sonra qayıdır

Elm, fantastika, şəxsi həyat...

İsti havanın yaratdığı TƏHLÜKƏLƏR - Ürək ritmi pozulur, tromb yaranır

Müxalifətin hakimiyyətə gəlməməsi üçün ölkədə prezident seçkilərini ləğv etdi

Bakıda bu ərazilərdə işığın verilişində fasilə yaranacaq

Bu nişanlı cütlüyü 189 ölkədə axtarırlar

Ağstafada qəza oldu - Ölən və yaralanan var

Elbrusda son beş gündə 7 nəfər öldü

Daha bir ölkənin nüvə silahı əldə etməsinə qarşıdırlar

Çimərliklərdə istirahət edən vətəndaşlar təhlükəsizlik qaydaları barədə məlumatlandırılıb

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Mətbəxdəki bu məhsul tıxanmış boruları açır

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031