Şuşanın işğalının 28-ci ildönümü ilə bağlı - Bəyanat

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Şuşanın işğalının 28-ci il dönümü ilə bağlı bəyanat yayıb.

Axar.az xəbər verir ki, bəyanatda deyilir:

"1992-ci ilin 8 may tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Şuşa şəhəri Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində strateji baxımdan ən əhəmiyyətli yerlərdən biri olmuşdur. İşğal nəticəsində Şuşa şəhəri və rayonun 30 kəndi dağıdılıb, 195 nəfər dinc sakin həlak olub, 165 nəfər yaralanıb, 58 nəfər itkin düşüb, Şuşa rayonunun 24 mindən artıq əhalisi məcburən köçkünə çevrilərək Azərbaycanın 58 rayonunda məskunlaşıb.

Özünün unikal şəhərsalması ilə seçilən Şuşada 17 məhəllə var idi: Qurdlar, Seyidli, Culfalar, Quyuluq, Çuxur, Dördlər Qurdu, Hacı Yusifli, Dörd Çinar, Çöl Qala, Mərdinli, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçi, Hamam Qabağı və Təzə məhəllə. Hər bir məhəllədə hamam, məscid, bulaq var idi.

Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində 25 məktəb, 31 kitabxana, 20 səhiyyə müəssisəsi, 17 klub, 8 mədəniyyət evi, 4 texnikum, 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatr, 5 mədəniyyət və istirahət parkı, 2 sanatoriya, turist bazası, 2 mehmanxana, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şuşa Televiziyası, Şərq musiqi alətləri fabriki, Dövlət Rəsm Qalereyası, Uşaq Sağlamlıq Məktəbi talan edilmiş, yandırılmış və dağıdılmışdır.

Azərbaycanın mədəniyyət mərkəzlərindən biri olan Şuşanın işğalından 28 il keçir. Biz ümidimizi itirmirik və inanırıq ki, hökmən Şuşaya geri dönəcəyik və dağıdılmış şəhərimizi bərpa edəcəyik.

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin 80 mindən çox, o cümlədən Şuşa rayonunun 30 mindən çox olan azərbaycanlı icması adından dünya birliyini Azərbaycan xalqına qarşı Ermənistan tərəfindən bu gün də davam etdirilən təcavüz hərəkətlərinə son qoymasını və işğala obyektiv hüquqi qiymətin verilməsi üçün ölkəmizin haqlı mövqeyini dəstəkləməyə çağırırıq.

Bəyan edirik ki, Ermənistan – Azərbaycan münaqişənin ədalətli həlli yalnız Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərdən çıxarılmasından və etnik təmizləməyə məruz qalmış azərbaycanlıların öz doğma torpaqlarına qayıtmasından sonra mümkündür. Biz, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq, bölgənin erməni icması ilə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində birgə sülh şəraitində yaşamağa hazırıq. Yalnız bu halda regionda davamlı və ədalətli sülh təmin oluna bilər".

Son xəbərlər

DƏRD ORTAQLIĞI VƏ TALE OXŞARLIĞI - FOTO

Media: İraqdakı ABŞ konsulluğuna yaxınlaşan dörd PUA vurulub

Zelenski Polşaya söz verdi - Arxivlər açılacaq

ABŞ İrana ardıcıl zərbələr endirib

Azərbaycan güləşçisi reytinq turnirində fərqlənib

Ömər Eldarov xəstəxanaya yerləşdirildi

MİRFAİQ-60 TƏBRİK EDİRƏM!- FOTO

Məlahət Behbudqızı ✍️ : Dinləyənə bir ömürlük dastan var - FOTO

“Bu ölkəyə səfər etməyin” - ABŞ səfirliyindən xəbərdarlıq

Bakıda torpağın və fərdi evlərin dəyəri nə qədər artıb? - Son statistika

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır

KVN-nin əfsanəvi rejissoru dünyasını dəyişdi

Hərbçimiz həlak oldu - Fotolar

“Kevin”in dostu vəfat etdi

“Bozo”nun düşmənini canlandıracaq

"Ləğv edilən" PKK regional və qlobal təhlükə mənbəyi olaraq qalır - ŞƏRH

Azərbaycana müxtəlif qoruyucu burunaltılıların idxalına dair qərarın müddəti uzadılıb

Azərbaycan və Rusiya xarici işlər nazirləri Moskvada görüş keçirirlər

Ramazan Nəbiyev AQTİ sədri təyin olundu

Nazirlər Kabinetində 2029-cu il əhalinin siyahıyaalınmasına həsr olunan iclas keçirilib

Şənbə günü Bakıda 35, rayonlarda 38 dərəcə isti olacaq

İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Onun həyat proqramında tək bir xətt var – neytrallıq

Peter Pelleqrini Bakı haqqında: Qız qalası yaxınlığındakı küçələr xoşuma gəlir

DÇ-2026-nın final oyununu idarə edəcək hakim açıqlanıb

İsti havada rahat yatmağın yolları

Çin Səfirliyi: Pekin ABŞ-dəki seçkilərə müdaxilə etməyib

Yağışdan əvvəl niyə oynaqlarımız ağrıyır? - Həkimdən açıqlama

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031