1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür - Azərbaycandakı VƏZİYƏT AÇIQLANDI 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Hər bir uşağın fiziki-mənəvi inkişafı, gələcəkdə layiqli vətəndaş kimi formalaşması, eyni zamanda, müvafiq kateqoriyalardan olan uşaqların etibarlı sosial təminat sistemi ilə əhatə olunması Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Prezident İlham Əliyevin sosial inkişaf strategiyası əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində əhəmiyyətli irəliləyişlərə, o cümlədən müvafiq kateqoriyalardan olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi sahəsində mühüm addımların atılmasına imkan verib.

Turaztv.az Unikal.org-a istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildiriblər ki, hazırda nazirlik sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqları, şəhid ailələrinin və müharibə əlillərinin, beşdən çox uşağı olan qadınların, müddətli həqiqi hərbi xidmət qulluqçularının, Çernobıl AES qəzası ilə əlaqədar I və II dərəcə əlilliyi olan, yaxud vəfat etmiş valideynlərin uşaqlarını aylıq sosial müavinətlə təmin edir. Həmçinin valideyn himayəsindən məhrum olmuş uşaqlara, aztəminatlı (ünvanlı dövlət sosial yardımı alan) ailələrin 1 yaşadək uşaqlarına aylıq sosial müavinət, yeni doğulan uşaqlara görə birdəfəlik müavinət verilir. Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının dispanser qeydiyyatında olan uşaqları isə ildə bir dəfə olmaqla birdəfəlik müavinətlə təmin olunur.

Ölkə başçısının 2019-cu il 15 aprel tarixli Fərmanları ilə aprelin 1-dən sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar üçün müavinətin məbləği 82 manatdan 150 manata çatdırılmaqla onlara qulluq edənlər üçün Prezidentin aylıq təqaüdü (50 manat) təsis edilib. Qeyd olunan Fərmanla müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları üçün hər uşağa görə müavinət 68 manatdan 100 manata, uşaqların qəyyumları üçün müavinət 61 manatdan 100 manata, beşdən çox uşağı olan qadınların hər uşağına görə müavinət 33 manatdan 55 manata, yeni doğulan uşaqlara görə birdəfəlik müavinət 109 manatdan 200 manata çatdırılıb. Ailə başçısını itirməyə görə aylıq müavinətlə təmin edilənlərin böyük əksəriyyəti uşaqlardır ki, bu müavinətin məbləği də artırılaraq hər nəfərə görə 80 manat müəyyən olunub.

Bununla yanaşı, ünvanlı sosial yardım alan ailələrin üzvlərinin 50 faizdən çoxu uşaqlardır. Qismən ödənişli sosial məzuniyyətdə olan 30 mindən çox sığortaolunan isə üç yaşınadək uşaqlara qulluğa görə müavinətlə təmin edilir.

Sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası da diqqət mərkəzində saxlanılır. Dövlət başçısının tapşırığı ilə nazirliyin Uşaq Bərpa Mərkəzi müasir tələblərə uyğun qurulub, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi nəticəsində Bakıda Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi yaradılıb. Cari ildən isə ölkəmizin regionlarında uşaq bərpa müəssisələri şəbəkəsinin qurulmasına başlanması nəzərdə tutulur. Eyni zamanda, Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı və 2 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində nümunəvi yaşayış və reabilitasiya şəraiti yaradılıb.

Dövlət Sosial Müdafiə Fondunun baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsində yetkinlik yaşına çatmayan uşaqların yenidən normal həyata dönüşü üçün səmərəli sosial reabilitasiya xidmətləri göstərilir. Həmçinin nazirliyin sosial sifarişləri ilə icra olunan layihələr əsasında ölkəmizin bölgələrində günərzi qayğı və icma əsaslı sosial reabilitasiya mərkəzləri sosial təhlükəli vəziyyətdə olan uşaqların reabilitasiyayönümlü sosial xidmətlərə təminatında önəmli rol oynayır. Bu layihələr çərçivəsində autizm və Daun sindromlu uşaqlar defektoloji-psixoloji yardımlar, eşitmə və nitq qabiliyyəti zəif uşaqlar reabilitasiya və surdoloji, görmə imkanları məhdud uşaqlar sosial reabilitasiya xidmətləri ilə təmin edilirlər.

Son xəbərlər

İkinci görüşün Ermənistanda keçirilməsini təklif etdi

QIZBƏS QƏBƏLƏ : VARLILAR ÜÇÜN SIĞINACAQLAR - FOTO

İran Tehrana növbəti hücum barədə məlumat yayıb

Hicran Fuad Əhmədli : Yolumda yolsuzlar önümü alıb - FOTO

Təbriz küçəsində genişmiqyaslı layihənin icrasına başlanılır

Fransaya casusluqda təqsirləndirilən Martin Ryanın apellyasiya prosesinin vaxtı müəyyənləşib

MM-də sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunması üçün cərimələrin müzakirəsinə başlanılıb

General-mayor Namiq Bayramov: Hərbi Hava Qüvvələri gündən-günə güclənir

Bakıda yük maşını piyadanı vurub

Bakının iki rayonunda işıq olmayacaq

Bakının bir sıra yollarında tıxac yaranıb

Nəticələr elan olunmamış Paşinyanı təbrik etdi

İraqda zəvvarları daşıyan avtobus yandı - 25 nəfər öldü

Halk Hoqanın 11 ay sonra ölüm səbəbi açıqlandı

Nişanından bir ay keçməmiş həbs olundu

Tolqa Sarıtaş "Teşkilat"dan ayrılır?

5 ildə 2 dəfə meydanda ürəyi dayandı

Azərbaycan parataekvondoçusundan Almaniyada növbəti qızıl medal

Qızlarımız Dünya Çempionatını 4-cü sırada bitirdi

Yalnız bu günəş eynəklərini alın - gözlərinizi qorumağa zəmanət verir

Niyə bütün buludlardan yağış yağmır?

İctimai nəzarət: güclü cəmiyyətin və sağlam idarəçiliyin vacib şərti

ŞƏHLA XƏLİLQIZI : VƏFASİZ DÛNYA - FOTO

MİLLİ QURTULUŞ GÜNÜ – AZƏRBAYCANIN TALEYİNİ DƏYİŞƏN ZƏFƏR TARİXİ

Türkiyə və İranın XİN başçıları arasında telefon danışığı olub

SEVİNC YUNUSLU : Mən gözəl qız deyiləm - FOTO

Ermənistanda seçkilərin ilkin nəticələrinə görə Paşinyanın partiyası liderdir

Daha 1 il “Fənərbaxça”ya rəhbərlik edəcək

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930