DİM-lə Yunus Əmrə İnstitutu əməkdaşlıq edəcək

Noyabrın 25-də Dövlət İmtahan Mərkəzi (DİM) və Yunus Əmrə İnstitutu arasında əməkdaşlıq protokolu imzalanacaq.

DİM-dən bildirilib ki, protokola əsasən, DİM Türkcə Yetərlilik İmtahanının (TYS) Azərbaycan ictimaiyyətində tanıdılması, bu imtahanın etibarlı və təhlükəsiz qaydada keçirilməsi üçün texniki infrastrukturun yaradılması, bununla yanaşı, xaricilərə Azərbaycan dilinin öyrədilməsi məqsədilə dərslik vəsaitləri, onlayn tədris və imtahan platformasının inkişaf etdirilməsi, eyni zamanda, Azərbaycan Dili Xarici Dil kimi İmtahanının ərsəyə gətirilməsi üçün Yunus Əmrə İnstitutu ilə qarşılıqlı əməkdaşlıq imkanları yaradacaq.

Sənədə görə, institut xaricilərə Azərbaycan dilinin öyrədilməsi məqsədilə dərslik və köməkçi materialların (elektron və çap) tərtib olunması, elektron “Azərbaycan dilinin tədrisi portalı”nın yaradılması, Avropa Şurasının çərçivə sənədi (CEFR) əsasında “Sertifikat imtahanları (A1-C1)” və “Səviyyə Ölçmə İmtahanının (SÖİ)” nümunəsi əsasında Azərbaycan dili səviyyə ölçmə imtahanı ilə Sertifikat İmtahanının məzmun və materiallarının, eyni zamanda, xarici dil kimi Azərbaycan dilinin tədrisi məqsədilə bu sahədə fəaliyyət göstərəcək müəllim və tədris işçilərinin yetişdirilməsi üçün təlimçilərin təlim proqramlarının hazırlanmasına dəstək verəcək.

DİM isə öz növbəsində CEFR əsasında hazırlanan və Türkiyə universitetlərində təhsil almaq istəyən azərbaycanlı tələbələrin türk dili üzrə bir çox üstünlükləri özündə birləşdirən TYS-nin tanınmağına töhfə verəcək, TYS-nin etibarlı və təhlükəsiz qaydada keçirilməsi üçün lazımi bütün texniki xidmətləri təmin edəcək.

Qeyd edək ki, qarşılıqlı əməkdaşlıq protokolu DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və Yunus Əmrə İnstitutunun sədri Prof. Şərəf Atəş tərəfindən imzalanacaq.

Protokolun imzalanacağı görüşdə Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Erkan Özoral da iştirak edəcək. Görüşün moderatorları Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin müdiri Səlçuk Karakılıç və DİM-in Strateji inkişaf şöbəsinin müdiri Vəli Hüseyn olacaq.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 17 iyul tarixli 346 nömrəli “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamına əsasən Nazirlər Kabinetinin “Əcnəbilər üçün Azərbaycan dilinin elektron platforması”nın təsdiq edilməsi barədə sərəncamından irəli gələn fəaliyyətin həyata keçirilməsində DİM icraçı qurumlardan biri olaraq göstərilib.

Son xəbərlər

Korsikanın siyasi qələbəsi: Fransa yeni reallığı qəbul edir - ŞƏRH

Azərbaycandan Ermənistana növbəti dəfə neft məhsulları ixrac olunacaq

Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlanıb - FƏTVA

Sabah Bakıda 30 dərəcə isti olacaq, rayonlara yağış yağacaq

Bakıda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

Azərbaycanın rayonlarında iyunun 12-dən 17-dək hava şəraiti bəzi yerlərdə fasilələrlə yağıntılı olacaq - XƏBƏRDARLIQ

Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

"İşləmək üçün dəfələrlə efirdən qurumlara müraciət etmişəm" - Eldəniz Məmmədov

Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək

Beren Saat, Kenan Doğulu və bəzi məşhurlar saxlanıldı

ADNSU-da Respublika Fənn Olimpiadalarının qalibləri mükafatlandırılıb - FOTOLAR

NEYROTEXNOLOGİYADA YENİ ERA: Çin Maskın Monopoliyasına Son Qoyur

Rusiya Ukraynanın üç vilayətinə zərbələr endirib, 2 nəfər ölüb, 36 nəfər yaralanıb

Doktoranturaya qəbul olmaq istəyənlər üçün qeydiyyat elan edilib

Azərbaycan nefti 1 dollardan çox bahalaşıb

Zakir Həsənov Pakistana başsağlığı verib

Bakı və Salyanın bəzi ərazilərində işıq olmayacaq

ABŞ Çin və İrandan olan 10 şirkət və şəxsə sanksiya tətbiq edib

“Ən qısa müddətdə bu ölkəni tərk edin”

20 min nəfəri susuz qoyan bombanın qalıqları - Foto

Peskovun qızı üçüncü dəfə hamilədir

İranda partlayış səsləri eşidildi - HHM sistemləri işə salındı

Netanyahu livanlılara müraciət etdi

Azərbaycan 19 dövlətin adından mina təhlükəsi ilə bağlı çağırış etdi

Makron G7 sammitində kimlərin iştirak edəcəyini açıqlayıb

Rusiya bu ölkələrlə sərhəddə hərbi bazalarını artırır

Prezidentlikdən istefa verəcəyini bildirdi

Cəlilabadda müəllim dünyasını dəyişdi

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930