Nazirlikdən ermənilərin Qubadlıdakı məscidi təhqir etməsi ilə bağlı BƏYANAT

Mədəniyyət Nazirliyinin Qubadlı rayonundakı məscidin ermənilər tərəfindən təhqir olunması ilə bağlı bəyanat verib.

Bəyanatda deyilir:

“Ermənistan silahlı qüvvələrinin 30 ilə yaxın müddətdə işğal altında saxladığı Azərbaycan Respublikasının tarixi ərazisi – Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı rayonlar bu günlər şanlı Azərbaycan Ordusu tərəfindən qarış-qarış yağılardan təmizlənir.

Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman hərbçilərimiz tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı şəhərləri, həmçinin 200-dən çox qəsəbə və kənd işğaldan azad edilib.

Uzun illər davam etmiş işğal zamanı Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan xalqına məxsus daşınmaz tarix və mədəniyyət abidələri dağıdılıb, mənimsənilib, tarixi-mədəni təyinatına uyğun olmayan şəkildə istifadə olunaraq vandalizmə məruz qalıb. Erməni silahlı qüvvələri tərəfindən ən çox dağıdılan daşınmaz mədəni irs nümunələri İslam dini abidələri – məscidlər, türbələr və digər inanc yerləri olub.

Ermənilər məscidlərin içərisində ev heyvanları saxlamaqla azərbaycanlılara qarşı öz nifrətlərini ortaya qoyublar. İşğal olunmuş ərazilərdə yerləşən mədəni irsə, o cümlədən xüsusi əhəmiyyətə malik unikal abidələrə bu cür barbarcasına münasibət dünya irsinə qarşı yönəlmiş təhdid kimi dəyərləndirilməlidir.

İşğaldan azad olunmuş ərazilərdə yerləşən abidələrin bir çoxu, o cümlədən Qubadlı rayonunun Məmər kəndindəki XVIII əsrə aid məscid də, gözlənildiyi kimi, acınacaqlı vəziyyətdədir. Bədnam ermənilər bu dini-mədəniyyət abidəsindən də Zəngilan rayonundakı məscid kimi donuz tövləsi olaraq istifadə ediblər. Bu hal Ermənistan Respublikasının digər dinlərə münasibətini və həqiqi simasını əks etdirir.

Eyni zamanda, bu vandalizm faktı ümumilikdə dünyanın mədəni irsinə barbar münasibət olduğundan beynəlxalq təşkilatlar, tərəqqipərvər dünya birliyi tərəfindən kəskin qınaq obyektinə çevrilməli, hüquqi qiymətini almalıdır.

Sivil dünya dövlətlərini və xalqlarını Ermənistan Respublikasının bəşəri dəyərlərə qarşı bu cür mənfur əməllərini pisləməyə çağırırıq.

Xüsusilə diqqətə çatdırırıq ki, 1954-cü ildə Haaqada qəbul edilmiş “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında Konvensiya”ya əsasən, işğalçı dövlət mədəni sərvətlərin dağılmasına, talan edilməsinə, qeyri-qanuni mənimsənilməsi hərəkətlərinə yol verməməli, bu sərvətlərə qarşı yönəlmiş düşmənçilik hərəkətlərindən çəkinməlidir”.

Son xəbərlər

DƏRD ORTAQLIĞI VƏ TALE OXŞARLIĞI - FOTO

Media: İraqdakı ABŞ konsulluğuna yaxınlaşan dörd PUA vurulub

Zelenski Polşaya söz verdi - Arxivlər açılacaq

ABŞ İrana ardıcıl zərbələr endirib

Azərbaycan güləşçisi reytinq turnirində fərqlənib

Ömər Eldarov xəstəxanaya yerləşdirildi

MİRFAİQ-60 TƏBRİK EDİRƏM!- FOTO

Məlahət Behbudqızı ✍️ : Dinləyənə bir ömürlük dastan var - FOTO

“Bu ölkəyə səfər etməyin” - ABŞ səfirliyindən xəbərdarlıq

Bakıda torpağın və fərdi evlərin dəyəri nə qədər artıb? - Son statistika

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır

KVN-nin əfsanəvi rejissoru dünyasını dəyişdi

Hərbçimiz həlak oldu - Fotolar

“Kevin”in dostu vəfat etdi

“Bozo”nun düşmənini canlandıracaq

"Ləğv edilən" PKK regional və qlobal təhlükə mənbəyi olaraq qalır - ŞƏRH

Azərbaycana müxtəlif qoruyucu burunaltılıların idxalına dair qərarın müddəti uzadılıb

Azərbaycan və Rusiya xarici işlər nazirləri Moskvada görüş keçirirlər

Ramazan Nəbiyev AQTİ sədri təyin olundu

Nazirlər Kabinetində 2029-cu il əhalinin siyahıyaalınmasına həsr olunan iclas keçirilib

Şənbə günü Bakıda 35, rayonlarda 38 dərəcə isti olacaq

İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Onun həyat proqramında tək bir xətt var – neytrallıq

Peter Pelleqrini Bakı haqqında: Qız qalası yaxınlığındakı küçələr xoşuma gəlir

DÇ-2026-nın final oyununu idarə edəcək hakim açıqlanıb

İsti havada rahat yatmağın yolları

Çin Səfirliyi: Pekin ABŞ-dəki seçkilərə müdaxilə etməyib

Yağışdan əvvəl niyə oynaqlarımız ağrıyır? - Həkimdən açıqlama

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031