Baş Prokurorluq işğaldan azad edilmiş torpaqlarımızda erməni vandalizmi ilə bağlı istintaqa başladı

Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə 100 mindən çox qiymətli və nadir eksponatları məhv edilib.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, hərbi zərurət olmadan hərbi əməliyyatların dəstəklənməsi üçün istifadə olunmuş gücləndirilmiş mühafizə altındakı Xocalı, Ağdam rayonunda Üzərliktəpə, Füzuli rayonunda Qaraköpək kurqanları və digər tarixi mədəniyyət abidələri, eləcə də arxeoloji qazıntılar zamanı aşkar edilmiş ümumdünya əhəmiyyətinə malik 100 mindən artıq qiymətli və nadir eksponatlar məhv edilmiş və talanmış, habelə işğalı əbədiləşdirmək və ermənilərin guya işğal olunmuş ərazilərdə tarixən yaşamasını beynəlxalq ictimaiyyətə inandırmaq üçün aparılmış qanunsuz arxeoloji qazıntı işləri zamanı aşkar olunmuş Azərbaycan xalqına məxsus tarixi mədəniyyət nümunələri talan edilərək, Ermənistan Respublikasına qanunsuz olaraq aparılıb.

Ermənistan Respublikasına qanunsuz çıxarılmaqla özgəninkiləşdirilərək talan edilmiş, xüsusi tarixi, elmi, ədəbi və mədəni dəyəri olan əşyalar və sənədlər talanması nəticəsində məhv olub, korlanıb və dağıdılıb, ağır nəticələrə səbəb olmuş Azərbaycan Respublikasına, onun vətəndaşlarına, ayrı-ayrı fiziki və hüquqi şəxslərə məxsus xüsusilə külli miqdar təşkil edən milyardlarla manat dəyərində daşınar və daşınmaz əmlaklar yandırılmaqla, partladılmaqla və başqa ümumi təhlükəli üsullarla qəsdən məhv edilib.

Bundan başqa, işğal olunmuş ərazilərdə Azərbaycan dövlətinə məxsus yeraltı və yerüstü sərvətlər talanmaqla ətraf mühitə qəsdən geniş, uzun sürən və ciddi ziyan vurulub.

Qeyd olunan faktlarla bağlı toplanmış materiallar əsasında Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 116.0.2 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 116.0.8-1 (hərbi zərurət olmadan qəsdən mədəni sərvəti, o cümlədən gücləndirilmiş mühafizə altında olan mədəni sərvəti hücum obyektinə çevirmə, yaxud gücləndirilmiş mühafizə altında olan mədəni sərvətdən və ya ona bilavasitə bitişik ərazilərdən hərbi əməliyyatların dəstəklənməsi üçün istifadə etmə), 183.2.1 (xüsusi dəyəri olan əşyaları talama), 186.3 (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 193-1 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 206.4 (qaçaqmalçılıq) və digər maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilməklə istintaq-əməliyyat qrupu yaradılıb.

Prokurorluq əməkdaşları tərəfindən işğaldan azad olunmuş ərazilərdə hadisə yerinə baxış və dəymiş zərərin müəyyən edilməsindən ötrü zəruri olan digər istintaq hərəkətləri keçirilir.

Ermənistanın işğalçı mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi, təqsirkar şəxslərin beynəlxalq və milli qanunvericiliyinin tələblərinə əsasən məsuliyyətə cəlb edilməsi və sanksiyaların tətbiq olunması məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən beynəlxalq qurumlara müraciət edilməklə mümkün olan bütün tədbirlərin görülməsi təmin ediləcək.

Azərbaycan Respublikasına qarşı təcavüzkar siyasəti nəticəsində işğal edilmiş ərazilərdə yerləşən yaşayış evləri, təhsil, sənaye və kənd təsərrüfatı obyektləri ilə yanaşı yüzlərlə mədəniyyət müəssisəsi, o cümlədən 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət evi, 85 musiqi və rəssamlıq məktəbi, 100 mindən artıq eksponatın toplandığı 22 muzey və muzey filialı, dörd rəsm qalereyası, dörd teatr müəssisəsi, iki konsert müəssisəsi, səkkiz mədəniyyət və istirahət parkı, 700-dən artıq tarix və mədəniyyət abidəsi, o cümlədən, Cəbrayıl rayonunda 11 və 15 aşırımlı Xudafərin körpüləri, Kəlbəcər rayonunda Gəncəsar və Xudavənd məbədləri, Ağdam rayonunun Xaçın Türbətli kəndində məqbərə, Füzuli rayonu ərazisində dünyanın ən qədim sakinlərinin yaşayış məskənlərindən biri - Azıx mağarası, Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu erməni vandalizminin qurbanına çevrilibdir.

Son xəbərlər

DƏRD ORTAQLIĞI VƏ TALE OXŞARLIĞI - FOTO

Media: İraqdakı ABŞ konsulluğuna yaxınlaşan dörd PUA vurulub

Zelenski Polşaya söz verdi - Arxivlər açılacaq

ABŞ İrana ardıcıl zərbələr endirib

Azərbaycan güləşçisi reytinq turnirində fərqlənib

Ömər Eldarov xəstəxanaya yerləşdirildi

MİRFAİQ-60 TƏBRİK EDİRƏM!- FOTO

Məlahət Behbudqızı ✍️ : Dinləyənə bir ömürlük dastan var - FOTO

“Bu ölkəyə səfər etməyin” - ABŞ səfirliyindən xəbərdarlıq

Bakıda torpağın və fərdi evlərin dəyəri nə qədər artıb? - Son statistika

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır

KVN-nin əfsanəvi rejissoru dünyasını dəyişdi

Hərbçimiz həlak oldu - Fotolar

“Kevin”in dostu vəfat etdi

“Bozo”nun düşmənini canlandıracaq

"Ləğv edilən" PKK regional və qlobal təhlükə mənbəyi olaraq qalır - ŞƏRH

Azərbaycana müxtəlif qoruyucu burunaltılıların idxalına dair qərarın müddəti uzadılıb

Azərbaycan və Rusiya xarici işlər nazirləri Moskvada görüş keçirirlər

Ramazan Nəbiyev AQTİ sədri təyin olundu

Nazirlər Kabinetində 2029-cu il əhalinin siyahıyaalınmasına həsr olunan iclas keçirilib

Şənbə günü Bakıda 35, rayonlarda 38 dərəcə isti olacaq

İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Onun həyat proqramında tək bir xətt var – neytrallıq

Peter Pelleqrini Bakı haqqında: Qız qalası yaxınlığındakı küçələr xoşuma gəlir

DÇ-2026-nın final oyununu idarə edəcək hakim açıqlanıb

İsti havada rahat yatmağın yolları

Çin Səfirliyi: Pekin ABŞ-dəki seçkilərə müdaxilə etməyib

Yağışdan əvvəl niyə oynaqlarımız ağrıyır? - Həkimdən açıqlama

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031