Sahibə Qafarova Çex Respublikasının ölkəmizdəki səfiri Milan Ekert ilə görüşüb
Noyabrın 6-da Milli Məclisin sədri Sahibə Qafarova Çex Respublikasının ölkəmizdəki səfiri Milan Ekert ilə görüşüb.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumatda qeyd olunub.

Görüşdə sədr bildirib ki, Azərbaycanla Çexiya arasında siyasi-iqtisadi münasibətlər yüksək səviyyədədir. Əlaqələrimizin bu səviyyəyə çatmasında dövlət və hökumət başçılarının qarşılıqlı səfərlərinin və görüşlərinin rolu böyükdür. Siyasi dialoqun yüksək səviyyədə olması həyatın digər sahələrində də əməkdaşlığımızın dərinləşməsinə öz müsbət təsirini göstərir. Biz gələcəkdə Çexiya ilə iqtisadi, mədəni, humanitar sahələrdə əlaqələrimizi daha da inkişaf etdirmək niyyətindəyik.

Bildirilib ki, ölkələrimiz arasında bu günədək imzalanmış sənədlər münasibətlərimizin möhkəm hüquqi bazasını təşkil edir. Son illər ərzində bu sahədə görülən işlərin məntiqi nəticəsi kimi qarşılıqlı ticarət dövriyyəsinin ilbəil artması müşahidə olunur. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayır. Çexiya da Avropa İttifaqı ölkələri arasında enerji sahəsində əməkdaşlıq üzrə Azərbaycanın əsas tərəfdaşlarından biridir. İqtisadiyyatın rabitə, ticarət, nəqliyyat, tikinti, maşınqayırma, elektronika kimi sahələrində qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş imkanlar vardır.

Spiker bildirib ki, iki ölkənin qanunverici orqanları arasında da müsbət münasibətlər mövcuddur. Bu gün hər iki ölkənin parlamentində dostluq qrupları fəaliyyət göstərir. Parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, deputatlarımızın nüfuzlu beynəlxalq parlament təşkilatlarında mütəmadi görüşləri təcrübə və informasiya mübadiləsi baxımından çox önəmlidir.

Söhbətdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan Milli Məclisin sədri səfirə cəbhədəki son vəziyyət, həmçinin, Ermənistan silahlı qüvvələrinin mülki əhaliyə qarşı törətdiyi təcavüz aktları haqqında məlumat verib.

Çex Respublikasının ölkəmizdəki səfiri Milan Ekert Çexiyanın ölkəmizlə əməkdaşlığın inkişafına böyük önəm verdiyini söyləyərək deyib ki, Azərbaycan Çexiya üçün vacib strateji tərəfdaşdır. Səfir bildirib ki, onun təmsil etdiyi ölkə Azərbaycanla ikitərəfli və çoxtərəfli formatda münasibətlərin dərinləşməsində maraqlıdır. Siyasi, iqtisadi, ticari və humanitar sahələrdə əlaqələrimizin inkişafı xalqlarımızın rifahına xidmət edir.

Səfir Cənubi Qafqazın bu bölgəsində baş verən prosesləri yaxından izlədiklərini dilə gətirərək, Dağlıq Qarabağ probleminin tezliklə aradan qalxacağına inamını ifadə edib.
Söhbətdə parlamentlərarası əlaqələrin inkişafı, regional münaqişələrin həlli yolları, COVİD-19 pandemiyasına qarşı mübarizə ilə bağlı məsələlər və tərəfləri maraqlandıran digər mövzularda fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Magistraturaya qəbul üzrə ixtisaslaşma seçimi başlanır

"Diplom yetərli deyil": Universitet müəllimləri ilə bağlı sərt təklif

Fransada bu şəxslərə sosial media qadağası olacaq

İyulun 22-si ilə bağlı VACİB XƏBƏRDARLIQ

Nabranda 17 yaşlı qız dənizdə batdı

Tramp bu ölkəyə uçuşlara icazə verdi

22 İYUL – MİLİI MƏTBUAT GÜNÜ MÜNASİBƏTİLƏ TƏBRİK

Daşdəmir TAĞIYEV : MİLLİ YADDAŞIN BƏDİİ SALNAMƏSİ - FOTO

Bəzi ərazilərdə işıq kəsiləcək

Azərbaycan Milli Mətbuatı 151 yaşını qeyd edir

NASA Marsa nüvə enerjisi ilə işləyən kosmik aparat göndərməyi planlaşdırır

"Tarixin bu günü – 22 iyul" - FOTO

Risk düşünüldüyündən daha yüksəkdir - bunu yeməyin

Telefonunuzdan bunları dərhal silin - Bu mesajlar problem yaradır

Kolbasa, meyvə şirələri və kola - Bunlar hansı orqanların DÜŞMƏNİDİR?

Doğulmamış körpələrini itirdilər

Bakıda hoteldən və avtomobildən oğurluq edən iki nəfər saxlanıldı

Gürcüstanda zəlzələ baş verib

Məşhur aktrisa evsiz qaldı - "6 aydır ki..."

“Halef” davam edəcək?

Eda Ece xəstəxanalıq oldu

SEVİNC YUNUSLU : Söndür bu cəhənnəmi,odu üfür,közün sıx - FOTO

DƏRDİN ŞEİR DİLİ - FOTO

NOVRUZ ASLANOV ZİYALILIĞI

Qaranlıqdan işıqlığa gedən yol: 22 İyul – Milli Mətbuat Günü

Azərbaycan və Almaniya minatəmizləmə sahəsində əməkdaşlığın davam etdirilməsini razılaşdırıblar

Azərbaycanda ilk dəfə motosikletlər təcili tibbi yardım xidmətinə cəlb olunub

Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031