Xəbərlər
24.05.2019, 13:48
Sabah qeyri-adi asteroid Yerə yaxınlaşacaq — Planetimizi hansı təhlükə gözləyir?
25 may tarixində qeyri-adi asteroid sayılan "1999 KW4" planetimizə yaxınlaşacaq.
Turaztv.az "Ölkə.Az"a istinadən xəbər verir ki, məlum olduğu kimi, bir çox asteroidlər tənha kosmik səma cismi sayılır. Amma bu səma cisminin ətrafında öz peyki fırlanır.
Peykin diametri 400 metr, asteroidin diametri isə 1300 metrdən çoxdur. Əgər bu asteroid planetimizlə toqquşsa, faciə böyük olardı. Amma xoşbəxtlikdən belə bir ehtimal yoxdur. Astronomlar bildirirlər ki, qeyri-adi asteroid Yerdən 5.3 milyon kilometr aralı keçəcək. Alimlər qeyd edirlər ki, bu məsafə təhlükəli deyil və narahat olmağa dəyməz.
Planetoloqlar isə qeyd edirlər ki, asteroid qəribə almaz formasındadır və onun peykinin mənşəyi hələ də sirr olaraq qalıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












