Xəbərlər
23.04.2026, 12:17
Torpaq sürüşməsi 6 kəndlə gediş-gəlişi çətinləşdirdi - Fotolar
Lənkəran rayonunda torpaq sürüşməsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, sürüşmə 6 yaşayış məntəqəsini birləşdirən Hirkan–Daşdatük–Biləsər avtomobil yolunda hərəkəti çətinləşdirib.
Yol örtüyündə dərin yarıqlar və çökmələr əmələ gəlib. Ərazidə yerləşən iri ağaclardan biri də kökündən çıxaraq aşıb.
Yerli sakinlərin sözlərinə görə, bu yol bir neçə kənd üçün əsas nəqliyyat xəttidir və alternativ yol mövcud deyil. Hazırda yolun hər iki istiqaməti demək olar ki, istifadəyə yararsız hala düşdüyündən sürücülər həmin hissədən böyük çətinliklə keçirlər.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, ərazi nəzarət altındadır. Yaxın günlərdə geoloji araşdırmalar aparıldıqdan sonra bərpa işləri ilə bağlı təkliflər hazırlanaraq aidiyyəti qurumlara təqdim ediləcək.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay