“Sabah” Azərbaycan Kuboku yarımfinal mərhələsinin cavab oyununda “Qarabağ”ı 2:1 hesabı ilə məğlub edərək finala yüksəlib.

"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Öncə “Sabah” ailəsini təbrik edirəm. Bugünkü qələbəni azarkeşlərimizə həsr edirəm. Bir-birinə yaxın iki komandanın başa-baş mübarizəsi keçdi. Oyunda demək olar ki, hər şey var idi. Əlimizdən gəldiyi qədər yaxşı çıxış etməyə çalışdıq. Düzdür, çətin anlarımız oldu. Birinci hissədə bəzən topa nəzarət rəqibə keçirdi. Oyunda önəmli an buraxdığımız qol idi. Qoldan sonra çox yaxşı reaksiya verdik. Heç vaxt təslim olmadıq, sona qədər mübarizə apardıq. Bu inadkarlığın sayəsində gözəl qələbə qazandıq. Bu qələbəni bir az qeyd edib, sabahdan bərpaya başlayacağıq. Bazar ertəsi bizi çox önəmli matç gözləyir. Düzdür, kubokda finala çıxdıq. Amma kuboku qazanmadıqca finalın hələ əhəmiyyəti yoxdur. Vacib olan titulu qazanmaqdır. Qarşıda beş çempionat oyunu var. Hələ görəcəyimiz işlər çoxdur.

- Hakimlik haqda çox danışmağı xoşlamırsınız. Amma mümkündürsə, hər iki hissənin sonunda baş verənləri, yəni qırmızı vərəqə və mümkün penalti epizodunu necə şərh edərdiniz?

- Hakim qərarları barədə şərh verməyi xoşlamıram. Epizodlara ekrandan yox, planşetdən baxdım. Bu, artıq hakimlərin işidir, özləri deməlidir. Əgər Azərbaycanda futbolun səviyyəsinin artmasını istəyiriksə, hakimliyin səviyyəsi də artmalıdır. Bir çox ölkədə çalışmışam. Açığı, hakim qərarları ilə bağlı bu qədər danışıldığını görməmişəm. Referilərin qərarları hər həftə müzakirə olunur. İnanıram ki, növbəti həftə də bu haqda danışılacaq. Hakimlik də inkişaf etməlidir. Bəzən eyni epizodlara fərqli qərarlar verilir. Bütün bunlardan nəticə çıxarmaq lazımdır.

- Finalda rəqib “Zirə”dir. Onları məğlub etmək asan olacaq?

- Heç də elə düşünmürəm. Final bir oyundan ibarətdir. Həyatımda hələ asan final görməmişəm. Nələrin baş verəcəyini indidən demək çətindir. Məncə, işimizi görməli və qələbə qazanmaq üçün əlimizdən gələni etməliyik. Finallarda hətta aşağı liqa klublarının yaxşı oyunlarını görmüşük. İnanıram ki, final günü maraqlı olacaq. Kim güclüdürsə, o da qalib gəlsin. Hazırda bunları unuduruq. Qarşıdan gələn çempionat oyununa fokuslanacağıq.

Son xəbərlər

Bakıda Qədim Sazın və Sözün Möhtəşəm Zəfəri - FOTOLAR

“Aşk-ı Memnu”nun “Arsen”i vəfat etdi

NBC: ABŞ-də F-16 qırıcısı qəzaya uğrayıb

Merz Trampla Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Bu gün Milli Musiqi Günüdür

Rauf İLYASOĞLU : BİZ SƏNSİZ QALMIŞIQ, AY OQTAY QAĞA - FOTO

Ərdoğanla Trampın görüşü olacaq

Rusiya millisi Azərbaycanda dördillik həsrətə son qoyacaq

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BU PAYIZI ÖZÜN İLƏ APARMA - FOTO

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

Vəsiyyəti açıqlanmadan mübahisələrə səbəb oldu - İnanırın mirasına nələr daxildir?

"Teşkilat" nə vaxt yayımlanacaq?

“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...”

Tarverdi Abbasov Ömrünün Yaradıcılıq Salnaməsi

ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi

Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ

Nicat Novruzoğlu : Nolar ki,bir salam yolla.. - FOTO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır

Şəhid (Antiterror hadisələri zamanı) Vüsal Şəhriyarovun anası Tatış Ananın 45 yaşı tamam olur - FOTOLAR

Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək

8 il sonra yenidən “Leyli” olacaq

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTOLAR - YENİLƏNİB - FOTO

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930