“Turan Tovuz” Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Zirə” ilə 0:0 hesablı heç-heçə edərək turnirdə mübarizəni dayandırıb.

"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Qərb bölgəsi təmsilçisinin məşqçisi Yunis Hüseynov qarşılaşmadan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Hər komanda istəyir ki, kubokda finala çıxsın. Biz də bunu istəyirdik. Oyunda güclü tərəf biz idik. Ötən matçda da haqqımızı yedilər. Finala layiq komanda biz idik. Əfsuslar olsun ki, ötən oyundakı səhvlərə görə bu gün qələbə qazana bilmədik. Qol da vurduq, saymadılar. Bizdə olanda dərhal VAR-a gedirlər, rəqibdə olanda görməmişəm ki, VAR-a baxsınlar. Premyer Liqada Əliyar Ağayev rəqibə qırmızı vərəqə verib, ləğv etmişdi. Bu qədər futbolçunun haqqını yedi. Bu gün heç-heçə etdik. “Zirə”yə uğurlar arzulayıram.

- Komandanın daha çox hücum edəcəyini gözləmək olardı. Amma hücumda çox da effektiv ola bilmədiniz. “Zirə” çox yaxşı müdafiə olundu, yoxsa ilk oyundakı qərarlara görə futbolçularda psixoloji gərginlik var idi?


- Futbolçularda psixoloji olaraq təsir qalmışdı. Danmıram. İki təmiz penaltini vermirlər. Komandamız bu oyuna pis hazırlamamışdı. “Zirə” ilk görüşdə 2:0 qalib gəlmişdi. Bilirdik ki, beşli müdafiə ilə oynayacaqlar. Arxada o qədər imkan vermədilər. Buna baxmayaraq, komandamız pis təsir bağışlamadı. Əgər birinci hissədə qol vursaydıq, ikinci qol da gələrdi. “Zirə” bu gün yalnız müdafiədə oynayırdı.

- Bu gün hakim idarəçiliyindən razı qaldınız?

- Narazı qalmadım. Amma qol epizodumuza baxmamışam.

- Əsas hədəf kubok idi. Bunu qazana bilmədiniz. Bundan sonrakı hədəf ikincilik olacaq?

- Hər komanda çempionatda kuboku qazanmaq istəmirsə, demək, o komandanın məqsədi yoxdur. Məqsədimiz kuboku qazanmaq idi. Premyer Liqada çempionluq istəyirdik. Çətin oyunlarımız var. Çempionata köklənəcəyik. İkinciliyi fikirləşmirik. Qalib gəlsək, yaxşı yerləri tutarıq.

Son xəbərlər

Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB

Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

İllərdir səhv edirik: İsti yeməyi soyuducuya qoymaq olmaz, doğrudanmı?

Uşaqlar üçün fərdi, yoxsa qrup dərsləri daha faydalıdır?

Komaya düşdüyü deyilirdi - Çinə səfər etdi

Sabah Bakıda yağış yağacaq

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb

Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir

Süni intellektlə 371 kitab buraxan yazıçı milyonçu oldu

Hörmüz boğazında iki tanker minaya düşüb

Onu öldürmək üçün 49 dəqiqə damarını axtarıblar - Uğursuz edamın detalları

Oleşkidə atəşkəslə bağlı razılığa gəldilər - Melaniya Trampın iştirakı ilə

1 həftə ərzində İtaliyanın cənubunda 60 zəlzələ olub

Qəzzaya ayrılan pulları yeyiblər? - Türkiyə Dəyanət Vəqfindən açıqlama

Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı

Pezeşkian Putinlə görüşəcək

Bakıda ilk kazinonun açılacağı tarix bəlli oldu

Orbanın qızı ölkəsindən qaçdı

Akif Əyyubov dünyasını dəyişdi

SƏSSİZ TƏHLÜKƏ: SOSİAL ŞƏBƏKƏLƏRDƏ DEZİNFORMASİYA

Bir qızın ürəyində Laçın nisgili, barmaqlarında muğamın nəfəsi... - FOTOLAR

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

Qazancına görə bütün futbolçuları geridə qoydu

Bir şəhidin adını daşıyan balaca Səlimdən geriyə acı xatirələr qaldı…

Google telefon nömrənizi xəbəriniz olmadan istifadə edir: necə deaktiv etmək olar

Evinizdəki "Wi-Fi" sizi izləyə bilər – Divarların arxasını görən texnologiyanın sirri

Hər soyuducuda olan bu məhsullar xərçəng riskini artırır

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031