“Hayduk” UEFA Konfrans Liqası 2-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Bakıda “Zirə” ilə 1:1 hesablı heç-heçə edib.

"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, oyundan sonra “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb:

- Maraqlı oyun alındı. Baxmayaraq ki, mövsümün birinci oyunu idi. Hər iki komanda meydanda istəkli idi. Birinci hissədə meydanda daha çox taktiki savaş gedirdi, hər iki komanda bir-birindən səhv gözləyirdi. Elə oldu ki, rəqib buraxdı o səhvi, qol vurduq. Nəticəni artırmağa çalışırdıq. İkinci hissənin əvvəllərində yaxşı hücumlarımız oldu. İkinci qolu vursaydıq, fərqli sonlqu olacaqdı. Qol epizodlarından yaxşı yararlana bilmədik.

Rəqib ilk ciddi hücumda fərqləndi. Bu tip oyunlarda rəqib hər fürsətdən istifadə edirsə, sən etmirsənsə, qələbə qazanmaq çətin olur. Komandanın çıxışından razı qaldım. Qələbəyə yaxın tərəf biz idik. Təəssüf ki, bunu edə bilmədik. İlk oyunlarda 1:0 qələbə, 1:1, ya 0:1 ikinci oyun öncəsi üstünlük ayratmır. Hər şey Splitdə bəlli olacaq. Sabahdan oyuna köklənəcəyik ki, səfərdə “Hayduk” üzərində qələbə qazanaraq mərhələ adlayaq.

- Bu oyun sizə “Osiyek” matçını xatırlatdı?

- Həm “Osiyek” oyununu xatırlatdı, həm “DAK Dunaysk”la oyunu xatırlatdı. Eyni ssenari gedirdi, sadəcə orada qol epizodlarını vurduq. Futboldur da, hər zaman fürsətlərdən istifadə edə bilməzsən. “Osiyek” isə düşən imkanları vururdu. Beynəlxalq səviyyəli oyunlardır, balaca epizodları vururlar.

-Bu gün heç-heçə etdizsə, rəqib komandanın meydançasında nə kimi psixoloji üstünlüyünüz olacaq?

- Şanslar bərabərə olacaq. Azarkeş dəstəyi rəqibdə olacaq. Bu tip oyunlara hazırıq. Sonuna qədər əlimizdən gələni edəcəyik ki, mərhələni keçək. Kim üstün olacaq, zaman göstərəcək. Çalışacağıq ki, hər şey biz istədiyimiz kimi olsun.

- Hesabın oyuna görə olduğunu düşünürsüz?

- O fikirlə çox razı deyiləm. Bəzən mən də ədalətli nəticə heç-heçə idi, filan deyirəm. Amma qələbəyə yaxın idik. Taleyimizlə barışıb, önümüzə baxırıq.

- Brahim Konate cavab matçında oynayacaq?

- Böyük ehtimalla oynamayacaq. Çiyni çıxıb, onda da müəyyən əzələləri zədələyir. Ümid edək ki, oynayar. Çiyin çıxanda 2-3 həftə bərpa prosesi gedir.
Ətraflı

- Yeni transferlərin oyunundan razı qaldız?

- Konate, Rövlan Muradov yaxşı oynadı, Abdulaziz fürsət tapmadı ki, özünü göstərsin. Bütün zədəlilərimiz formaya qayıtdıqdan sonra daha güclü, heyəti geniş komanda olacağıq.

- Ceyhun Nuriyev meydana çıxdı, sonra əvəzlədiz. Səbəb nə idi?

- Mətbuat konfransında futbolçuların fərdi çıxışını dəyərləndirmirəm. 35-40 dəqiqə meydanda oldu. Rəqib o cinahdan üstünlük yaratdı, qolu da oradan vurdular. Ona görə də Rövlan Muradovu o mövqeyə buraxdıq. Ən azından rəqibin təhlükəsinin qarşısını alaq. Papunaşvilini çıxara bilərdik. Qol vurmaq istəyirdik. Onun kimi usta futbolçunun meydanda olmasını istəyirdik.

- Hakimlikdən razı qaldız?

- Uzun illərdir ki, milli, 90-95 faiz hakimlərin simpatiyası rəqiblərdə olur. Ciddi səhv olmadı. Amma xırda foulları onlara verirdi. Bu şeylərə hazırlayıram. Bilirik ki, hakimlər bir az olsa, simpatiyası rəqibdə olur.

- “Hayduk”u “Zirə” üçün münasib rəqib hesab edirsiz?

- Bu fikirlər bizə nə qazandıracaq? Püşkü gözləyirik. Püşkə uyğun rəqibə hazırlaşırıq. Qonzalo Qarsiyanın gəlişindən sonra “Hayduk” tam fərqli oyun üslubunda oynayırlar.

- Salifu Sumanın “Malmö”yə keçidi necə baş tutdu? Bildiyim qədərilə ilk dəfə böyük futbola “Zirə”də oynadı və bugünkü gündə komanda onu 1,3 milyon avroya “Malmö”yə satdı.

- Bizim üçün də çox önəmlidir ki, belə prosesdə iştirak etmişik. Bizim futboçunun skautların diqqətini cəlb etməsi. Salifudan sonra elə çıxış edəcək ki, komandamıza daha çox diqqət olacaq. Salifuya görə çox sevinirəm. Ona demişdim ki, Avropa səviyyəsində futbolçu ola bilirsən. Sadəcə bir-birimizi eşitməliyik.

-Qışda da çxolu təklifləri var idi. Hər birində gəlirdi, mənimlə danışırdı, deyirdim ki, tələsmə. Elə oldu ki, yay fasiləsində bir çox təkliflər var idi, amma sonda qərara gəldik ki, “Malmö” olacaq. Ondan çox pul təklif edən var idi. Amma avrokuboklarda olan komanda olsun ki, Salifu bundan sonra daha yaxşı ölkələrə getsin. Potensialı var, işinə yanaşması, “Malmö”da əlindən gələni etməlidir ki, ustalığını artırsın. Daha da çoxunu edə bilər. Ona uğurlar arzulayıram. “Hayduk”la matçöncəsi Summanı itirirsənsə, çox ciddi itkidir. O mövqedə 3 oyunçunu yoxladıq. Birdən-birə Summanın effektini verməsi asan deyil. Salifuya uğurlar arzulayıram. Onun bu səviyyəyə gəlməsində, transferin baş verməsində hamının böyük əməyi var.

- “Qarabağ”ın “Şelburn” oyununu izləyəcəksiz?

- Hamını izləyirik. “Sabah”ın ev oyununu Boluda komanda şəklində izləyirdik. “Qarabağ”ı da izləyəcəyik, digərlərini də. “Araz-Naxçıvan”ı da izləyəcəyik. Avrokuboklarda hər zaman bütün klublarımızı dəstəkləyirik. “Qarabağ”a və “Sabah”, “Araz-Naxçıvan”a uğurlar arzulayıram.

Son xəbərlər

AVRO-2026: Azərbaycanın qadın voleybolçuları bu gün Rumıniya ilə qarşılaşacaq

Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb

"Mossad" rəhbəri nazirlə gizli şəkildə görüşdü - SƏBƏB

Bu məhsulları dondurucuda saxlamayın

Super Liqa: “Beşiktaş” məğlub olub, “Trabzonspor” evində 3 xal qazanıb

Şəmkir və Qəbələ şəhid ailələri bir arada - FOTOLAR

40 dərəcə isti olacaq - Həftənin ilk iş gününün HAVASI

“Sən Allahınla ol, Allah özü sənin işini düzəldəcək...”

"Odisseya" rekord qırdı

Hazal Kaya “Uzak şehir”dən imtina etdi

“Hacıqabulda ikinci zavod tikilir” - Prezident

“Bütün bu işlərin necə böyük zövqlə görüldüyünün şahidi olmuşam”

Məlahət Behbudqızı ✍️ : Olacaq

" Ruhların tənhalığı "

Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub

Azərbaycanın sərbəst güləşçiləri dünya çempionatının son günündə iki medal qazanıblar

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 qızıl medal qazanıb

Fərqli coğrafiya, ortaq baxış: Azərbaycan və Özbəkistanın yeni şəhərsalma modeli

Prezident: Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur

Azərbaycan Prezidenti: Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir

Prezident İlham Əliyev: Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir

Əbədi dostluq haqqında Müqavilə: Azərbaycan-Özbəkistan qardaşlığının möhkəm təməli

Azərbaycanın və Özbəkistanın Xalq artisti: Bu adı daşımaq böyük qürur olmaqla yanaşı, sənət qarşısında ciddi məsuliyyətdir

Prezident İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana dövlət səfərinə dəvət edib

Prezident İlham Əliyev: Azərbaycanın və Özbəkistanın irəliləmək üçün dəqiq fəaliyyət planı var

Prezident İlham Əliyev Qarabağa investisiyaların cəlb olunmasında Özbəkistan Prezidentinin xüsusi rolunu qeyd edib

Prezident İlham Əliyev: Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlər çox möhkəm təməl üzərində qurulub

Prezident: Mərkəzi Asiya və Azərbaycan bu gün böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31