Bu gün Azərbaycan Premyer Liqasında 31-ci turunda “Zirə” doğma meydanda “Sumqayıt”ı 3:1 hesabı ilə məğlub edib.

"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:

- İlk növbədə futbolçularımı təbrik etmək istəyirəm. Vacib üç xal qazandıq. Birinci hissə bizim üçün daha rahat keçirdi. 2 top fərqi ilə irəlidə idik. “Sumqayıt” haqda oyunçularımıza məlumat vermişdik. Onlara baxımlı və rəngarəng futbol oynayan komanda olduğunu demişdik. Vaqif Cavadov çox yaxşı işlər görür. İkinci hissənin əvvəlində qol buraxdıq. O qoldan sonra müəyyən stress yarandı. “Sumqayıt” irəli getməyə başladı, hücum potensialını artırdı. Biz də daha çox müdafiəyəmeyilli dəyişikliklər edirdik. Rəqibi əks-hücumda yaxalamaq istəyirdik. “Sumayıt” da hesabı bərabərləşdirə bilərdi. Şükür Allaha, üçüncü qolu biz vurduq.

- Qalib gəlməsəydiz, “Qarabağ” çempion olacaqdı. Bu məqam motivasiyasınızı artırırdı?

- Bu barədə heç düşünmürdük. Aydın məsələdir onlar çempiondur. Biz yalnız avrokuboklar haqda düşünürük. İkinci qolu buraxsaydıq da, futbolçularıma qəzəblənməyəcəkdim. Son turlar yaxınlaşdıqca,müəyyən stress olacaq.

- “Kocaelispor” yenidən Superliqaya qayıtdı. 16 il qabaq onlar son dəfə Superliqada olanda, siz də orada oynamışdınız...

- Çox sevindim. O komanda yüksək liqada oynamağa layiqdir. Azarkeşlər adına da çox sevindim. Möhtəşəm stadion tikilib. “Bursaspor”, “Kocaelispor” kimi komandalara yüksək liqada oynamağa layiqdirlər.

- Ötən həftə Neftçi ilə oyunda Stefan Akaya qarşı rəqib azarkeşlər tərəfindən irqçilik edilmişdi. Bu gün Aka oyunu tribunadan izləyirdi. Onun psixoloji və fiziki durumu nə yerdədir?

- O epizod haqda hansısa məlumatım yoxdur. Bu haqda məlumatsızam. Zədəli olduğu “Neftçi” ilə matçda dəyişmək istəyirdik. 2-3 həftə oynamayacaq. Aka çox gözəl qəlbli, xarakterli insandır. Açığı irqçi şüarları eşitməmişəm. Bəlkə bir nəfər deyib. Bunu da sırf “Neftçi” azarkeşlərinə bağlamaq olmaz.

- Yeni mövsümdən Premyer Liqada legioner limiti tətbiq edilməyəcək. Bu, sizin yerlilərlə bağlı planlarınıza təsir edəcək?

- Yox, planlarımızı dəyişmir. Rəqabət olacaq. Biz DAK-la avrokub matçında səfərdə 5 yerli ilə oynamışdıq. Kim güclü olacaqsa, o da oynayacaq. Heyətimizdə yerlilər də olacaq. Dəyərli yerlilərimiz var.

- Danışıq apardığınız futbolçular var?

- Bəli, danışıq apardıqlarımız var. Danışacağımız futbolçular var. Amma çox futbolçu bizimlə davam edəcək.

Son xəbərlər

Bakıda Qədim Sazın və Sözün Möhtəşəm Zəfəri - FOTOLAR

“Aşk-ı Memnu”nun “Arsen”i vəfat etdi

NBC: ABŞ-də F-16 qırıcısı qəzaya uğrayıb

Merz Trampla Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Bu gün Milli Musiqi Günüdür

Rauf İLYASOĞLU : BİZ SƏNSİZ QALMIŞIQ, AY OQTAY QAĞA - FOTO

Ərdoğanla Trampın görüşü olacaq

Rusiya millisi Azərbaycanda dördillik həsrətə son qoyacaq

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BU PAYIZI ÖZÜN İLƏ APARMA - FOTO

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

Vəsiyyəti açıqlanmadan mübahisələrə səbəb oldu - İnanırın mirasına nələr daxildir?

"Teşkilat" nə vaxt yayımlanacaq?

“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...”

Tarverdi Abbasov Ömrünün Yaradıcılıq Salnaməsi

ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi

Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ

Nicat Novruzoğlu : Nolar ki,bir salam yolla.. - FOTO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır

Şəhid (Antiterror hadisələri zamanı) Vüsal Şəhriyarovun anası Tatış Ananın 45 yaşı tamam olur - FOTOLAR

Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək

8 il sonra yenidən “Leyli” olacaq

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTOLAR - YENİLƏNİB - FOTO

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930