İran nefti "boz bazar"da satılacaq - ABŞ-ın sanksiyalarından yayınmaq mümkün olacaqmı?

"Reuters" agentliyi İranın dövlət agentliyi olan "İRNA"-ya istinadən xəbər verir ki, rəsmi Tehran ABŞ-ın İranın neft ixracına qoyduğu sanksiyalardan yayınmaq üçün bütün resurslarını səfərbər edib.

Musavat.com xəbər verir ki, İran neftinin "boz bazarda" satılması istiqamətində işlər görülməkdədir.

"İran ABŞ-ın tətbiq etdiyi iqtisadi sanksiyaları qeyri-qanuni sayır", - İranın neft nazirinin müavini Əmir Hüseyn Zamani bazar günü yerli mediaya verdiyi açıqlamada belə deyib.

"Reuters" xatırladır ki, ABŞ İrandan neft alan ölkələrə açıq mesaj vermişdi: "Mayın birinə qədər İrandan neft idxalını dayandırın, əks təqdirdə ABŞ-ın sizlərə də tətbiq edəcəyi iqtisadi sanksiyalara hazır olun".

"Biz bütün resurslarımızı səfərbər etmişik ki, öz neftimizi "boz bazarda" (grey market) sataq. Bu, qaçaqmalçılıq deyil. Bu, qeyri-qanuni saydığımız sanksiyalardan yayınmaq üçün həyata keçiriləcək".

"Boz bazar" (grey market) siyasi termindir. Belə bazarda satılan mallar qanundan qismən kənar sayılır. Hər hansı bir ölkə və ya şirkət öz malını ikinci, bəzənsə üçüncü tərəfin əli ilə müştəriyə çatdırır.

Qeyd edək ki, Qərb texnologiyasına çıxışı bağlı olan İran məhz "boz bazar" üzərindən özünə gərəkən malların alışını təşkil edə bilib. Təbii ki, bu bazarda imkanlar o qədər də geniş deyil. O da aydındır ki, İran öz neftini "boz bazar"da mövcud qiymətlərdən ciddi şəkildə ucuz satmalı olacaq. Həm də İran heç bir halda əvvəlki həcmdə neft sata bilməyəcək.

Son xəbərlər

Bir uğurlu layihənin hesabatı...

Bakıda itkin düşmüş şəxslərlə bağlı keçiriləcək beynəlxalq konfransın gündəliyi açıqlanıb

Cənubi Qafqaz - Mərkəzi Asiya ortaq təhlükəsizlik sistemi: Təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Əli Əsədov Şimali Kiprin Baş nazirinə başsağlığı verib

"DSports": "Sabah" müasir futbol məntiqinə meydan oxuyub

Azərbaycan və Ermənistan liderləri sülh prosesinin irəlilədilməsi üzrə addımları davam etdirmək barədə razılaşıblar

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

Azərbaycan-ŞƏT münasibətləri: Çoxşaxəli əməkdaşlıqdan strateji tərəfdaşlığa - ŞƏRH

İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib

Kamran Əliyev: Azərbaycan və Çin Baş prokurorluqları arasında səmərəli əməkdaşlıq mövcuddur

Bişkekdə Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında görüş olacaq

Xüsusi icra məmuru olmaq istəyənlər üçün müsahibə mərhələsi başlayır

İlham Əliyev Qırğız Respublikasına işgüzar səfərə gəlib

İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin tarixində yeni mərhələnin əsası qoyulub

İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verib

Müəllimlərin təkrar sertifikasiyasının müsahibə mərhələsinə başlanılır

Yasamal sakinlərinin nəzərinə!

SEPAH: Hörmüz boğazı üzərində ABŞ-yə aid PUA vurulub

Zülfiyyə İsmayıl : Biləsən (qəzəl)

ABŞ Hörmüzdəki Larak adasına zərbələr endirdi

“Qalatasaray” Rafael Leaudan sonra daha bir futbolçu transfer edib

“Yaxşı ki, tibbə qəbul olmadım” - 617 balla baytarlığı seçən Xaliq

"İran kanallarına baxanda əsəblərim pozulur" - Pezeşkian

Hökumət təcili tədbir görməsə... - Əhali ilə bağlı şok rəqəm

Bugün mənim üçün xüsusi duyğularla yadda qalan bir gün oldu...

RAMİL, ALLAHVERƏN, BİR DƏ NATƏVAN - FOTO

Xəzərin Sahilində Yazılan Uğur Salnaməsi: Azərbaycan Karatesinin Gücü və Birliyi - FOTOLAR

Leyla və Arzu Əliyevalar klassik avtomobillərin yürüşünü izlədilər - FOTOLAR

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930