Xəbərlər
22.04.2026, 22:17
Tələbə Auditoriyasından Səngərə Uzanan Yol - FOTO
Vətən naminə fədakarlıq hər kəsə nəsib olmayan bir xoşbəxtlikdir. Bu xoşbəxtliyə yiyələnənlər isə tarixin yaddaşında silinməz iz qoyan, gəncliyini və canını torpaq uğrunda sipər edən qəhrəmanlardır. Belə qeyrətli Vətən oğullarından biri də Birinci Qarabağ müharibəsinin iştirakçısı, veteran döyüşçü Fərhad Qəmət oğlu Məmmədovdur.
Haşiyə: Fərhad Məmmədov 1974-cü il avqustun 10-da Gədəbəy rayonunun Hacılar kəndində kolxozçu ailəsində dünyaya göz açıb. 1991-ci ildə doğma kəndində orta məktəbi bitirdikdən sonra o, Gəncə Dövlət Pedaqoji İnstitutuna daxil olub. Onun tələbəlik illəri Azərbaycanın müstəqilliyinin ilk illərinə – erməni separatçılarının torpaqlarımıza təcavüz etdiyi ən ağrılı dövrə təsadüf edib.
Vətənin darda olması erməni faşistlərinin işğalçılıq siyasəti tələbə Fərhadı dərindən sarsıdır. O, rahat auditoriya şəraitində təhsil almaqdansa, əlinə silah alıb düşmənə qarşı vuruşmağı özünə mənəvi borc bilir. “Təhsilimi hər zaman davam etdirə bilərəm, amma Vətən əldən gedirsə, təhsilin mənası yoxdur” deyərək könüllü surətdə cəbhəyə yollanır.
Odlu Səngərlər və İkiqat Yaralanma:
- Fərhadın döyüş yolu Füzulidə yerləşən “N” saylı hərbi hissədən başlayır. Gənc döyüşçü qısa müddətdə müharibənin sərt üzü ilə tanış olur. Döyüş yolu Qarabağ müharibəsinin ən qaynar nöqtələrindən keçir: Füzuli, Ağdam, Laçın, Kəlbəcər, Daşkəsən və strateji əhəmiyyətli Murovdağ uğrunda gedən amansız döyüşlərdə bir çox şücaətlər göstərir və qorxmaz, cəsur döyüşçü kimi tanınır.
Döyüş meydanında iki dəfə ağır yaralanır – bir dəfə odlu silah (güllə) yarası, ikinci dəfə isə qəlpə yarası alır. Lakin sarsılmaz iradəsi sayəsində Gəncə şəhərindəki hərbi hospitalda müalicə aldıqdan dərhal sonra yenidən silahdaşlarının yanına – ön xəttə qayıdır.
Fərhad Məmmədovun döyüş yolu geniş və rəngarəngdir. O, bir çox döyüşlərdə əsl qəhrəmanlıq nümunələri göstərmiş, hərb tariximizin sahiblərinə öz adını qızıl hərflərlə həkk etdirmişdir.
Qəhrəman və igid Fərhadın döyüş yolunu əks etdirən səhnələrdən birinə nəzər salmaqla elimizin mərd oğlunu bir daha yaxından tanıyaq:
1993-cü ilin payız ayları Azərbaycanın müasir hərb tarixinə ən gərgin dövrlərdən biri kimi həkk olunub. Həmin vaxt Lənkəran rayonunda xidmət edən Fərhad Məmmədov və onun döyüşçü yoldaşları gözlənilmədən həyəcan siqnalı ilə ayağa qaldırılaraq cəbhənin qaynar nöqtəsinə — Füzuli rayonunun Horadiz qəsəbəsi istiqamətinə göndərilirlər.
Lənkərandan bir batalyon heyətlə yola düşən döyüşçülərin ilk sınağı Horadizin azad edilməsi əməliyyatı olur. Uğurlu hücum nəticəsində Horadizi düşməndən təmizləyən batalyon, dayanmadan Cəbrayıl rayonu istiqamətində irəliləməyə başlayır. Lakin Araz çayı yaxınlığında strateji baxımdan ağır vəziyyət yaranır. Rusiya və Ermənistan hərbi birləşmələri Azərbaycan bölmələrini mühasirəyə alır.
“Biz üç gün mühasirədə qaldıq. Düşmən hər tərəfdən sıxışdırırdı. Döyüşçü yoldaşlarımın bir qismi qəhrəmancasına şəhid oldu, bir qismi isə mühasirədən çıxmaq istəyərkən Arazın coşqun sularında boğularaq həlak oldu.”
Mühasirənin sonunda bütöv bir batalyondan cəmi 8 nəfər sağ qalırdı. Çıxış yolu olmayan döyüşçülər gecənin qaranlığından istifadə edərək Xudafərin körpüsü vasitəsilə Arazın o tayına — İran ərazisinə keçməyə məcbur oldular. İran sərhədçiləri tərəfindən bir gün saxlanılan əsgərlərimiz, daha sonra Biləsuvar sərhəd məntəqəsi vasitəsilə yenidən Azərbaycana təhvil verildi.
Vətənə qayıdan döyüşçülər üçün dincəlmək vaxtı deyildi. Fərhad Məmmədov və sağ qalan yoldaşları bir neçə gündən sonra yenidən cəbhəyə qayıtdılar. 1994-cü ilin yanvarında həyata keçirilən məşhur Horadiz əməliyyatında iştirak edərək, strateji əhəmiyyətli bu qəsəbəni və ətraf kəndləri erməni separatçılarından tamamilə təmizlədilər.
Fərhad Məmmədovun keçdiyi bu yol, təkcə bir əsgərin yox, Azərbaycan ordusunun 90-cı illərin əvvəllərində göstərdiyi fədakarlığın bariz nümunəsidir. Mühasirə, itkilər və çətin coğrafi şərait belə onların qələbə əzmini qıra bilməmiş, sonda Horadizdə Azərbaycan bayrağının dalğalanması ilə bu mübarizə öz məntiqi yekununa çatmışdır.
– 1994-cü ildə atəşkəs elan edildikdən sonra da Fərhad hərbi xidmətini davam etdirir və 1996-cı ilin noyabrında ehtiyata buraxılır. Lakin hərbi təcrübəsi və Vətən sevgisi onu rahat buraxmır. O, təcrübəli bir döyüşçü kimi könüllü olaraq doğulub boya-başa çatdığı Hacılar kəndində xidmətini davam etdirir.
Bu gün Fərhad Məmmədov Binəqədi rayonunun Xocahəsən qəsəbəsində məskunlaşıb. O, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Sabunçu rayon şöbəsinin sədr müavini kimi məsuliyyətli bir vəzifəni icra edir. Göstərdiyi rəşadətə görə dövlət tərəfindən bir neçə orden və medallarla təltif olunan qəhrəmanımız, indi də gənc nəslin vətənpərvərlik ruhunda böyüməsi üçün çalışır.
Gənclər üçün canlı nümunə:
Fərhad Məmmədov və onun döyüş yoldaşları mütəmadi olaraq orta məktəblərdə şagirdlərlə, gənclərlə görüşlər keçirir, onlara müharibənin çətinliklərindən və qazanılan şanlı qələbənin əhəmiyyətindən danışırlar. Təsadüfi deyil ki, yazıçı-jurnalist Hüseyn İsaoğlu “Bütöv Azərbaycan” qəzetinin 24 noyabr 2023-cü il tarixli sayında onun haqqında "Qeyrətli Vətən oğlu" adlı məqalə ilə çıxış edərək, bu fədakar insanın ömür yolunu geniş ictimaiyyətə təqdim etmişdir.
Fərhad Məmmədov kimi insanların həyatı sübut edir ki, Vətəni sevmək sadəcə sözlə deyil, lazım gələndə onun üçün ən əziz olanı – canını və gələcəyini fəda etməkdir.
Hüseyn İsaoğlu, yazıçı - publisist,
AYB- nin və AJB -nin üzvü.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay