Hüseyn İsaoğlu (Məmmədov): Qeyrətli Vətən oğlu - FOTO
Qeyrətli Vətən oğlu

Hamımıza məlumdur ki, Birinci Qarabağ müharibəsində xalqımız pərakəndə şəkildə olsa da, bütün zərbələri eyni hədəfə vurdu, bununla özünün Vətən məhəbbətini aydın göstərdi. Bəllidir ki, Ermənistanın elan olunmamış müharibəsi xalqımıza ağır sarsıntı yaşatdı, ancaq mübariz oğullarımız düşmənə layiqli cavablar verə bildilər. Baxmayaraq ki, o dövrdə ölkədə nizami ordu yox idi, idarəetmədə bacarıqsızlıq hökm sürürdü, ürəyində Vətən sevgisi güclü olan cəsur oğullarımız erməni separatizminə Azərbaycan xalqının bir həmləyə düşməni məhv etmək gücündə olduğunu, çətinliklərin isə bu xalqın birlik əzmini qıra bilməyəcəyini sübut etdi...
30 il bundan əvvəl Ermənistan rəhbərliyi ikibaşlı davranışı, təxribat xarakterli çıxışları, düşmən münasibəti ilə diqqət mərkəzində idi. Dünya dövlətləri bunu görür, lakin susurdu. Ermənistan və ermənipərəst qüvvələr də bundan istifadə edir, torpaqlarımızı ard-arda işğala məruz qoyurdu.
Bəli, yuxarıda dediyimiz kimi, 30 il əvvəl ölkədə sabit vəziyyət ürəkaçan deyildi, erməni təxribatına, ümumiyyətlə düşmənin separatçı siyasətinə qarşı çıxa bilmək üçün Azərbaycanda güclü ordu yox idi. Məhz ümummilli lider Heydər Əliyev hakimiyyəti dövründə bu prosesi vacib istiqamət kimi seçdi, Azərbaycanda güclü – nizami ordunun əsasını qoydu. Bununla da atəşkəsə nail olundu, əsassız qırğınların qarşısı alındı.
Azərbaycan o dövrdə Heydər Əliyevin rəhbərliyi altında yavaş-yavaş bütün dünyaya öz vahid siyasətini, öz parlaq örnəyini, ordu qurmaq bacarığını nümayiş etdirdi. Bu, həm də müasir dövrdə müstəqil siyasət kimi çox çətin bir işin öhdəsindən layiqincə gələ bilmək əzmi idi...
Bu yazıda haqqında bəhs edəcəyim Məmmədov Fərhad Qəmət oğlu da ümummilli liderin uğurlu siyasətinə dəstək verən Vətən oğullarından biridir.
Qısa xarasteristika:
Məmmədov Fərhad Qəmət oğlu 10 avqust 1974-cü ildə Gədəbəy rayonunun Hacılar kəndində anadan olub. 1981-ci ildə Hacılar kənd orta məktəbinə gedib, 1991-ci ildə məktəbi bitirib, sənədlərini Gəncə Dövlət Pedaqoji İnstitutuna verib və ora daxil olub. Bir neçə ay təhsil alandan sonra separatçı qonşularımızın ölkəmizə qarşı elan olunmamış müharibəsi onun hiddətinə səbəb olub və o, təhsilini yarımçıq saxlayıb, könüllü olaraq müharibəyə gedib. 1992-ci ildə Füzuli rayonunda yerləşən N saylı hərbi hissədə xidmətə başlayıb. Bir müddətdən sonra Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. 1992-1993-cü illərdə Füzuli, Ağdam istiqamətində gedən döyüşlərə qatılıb, 1994-cü ilin əvvəlində Murov dağı və Daşkəsən istiqamətində gedən döyüşlərdə şücaət göstərib, bir sıra əməliyyatlarda fərqlənib. Həmin istiqamətdə gedən ağır döyüşlərdə iki dəfə yaralanıb. Birinci dəfə yaralananda güllə yarası, ikinci dəfə isə qəlpə yarası alıb, Gəncə şəhər Hərbi hospitalına yerləşdirilib, müalicə aldıqdan sonra yenidən orduya qayıdıb. 1995-ci ildə Gədəbəy rayonu ərazisindəki yüksəkliklər uğurunda gedən döyüşlərdə iştirak edib. 1996-ci ilin noyabr ayında ordudan təxris olunub. Müharibə veteranıdır. Hal-hazırda Binəqədi rayonunun Xocahəsən qəsəbəsində yaşayır. AVMVİB-nin Sabunçu rayon şöbəsində sədr müavini işləyir.
Ailəlidir 3 övladı var.
Fərhad Məmmədov Azərbaycanın əsl vətəndaş kimi yetişən igid oğullarından biridir. Canında, qanında Vətən sevdası tüğyan edən bu cəsur insan düşmənin iradəsini qıra bilmək üçün aylarla səy göstərdi. O, bir amal uğrunda mübarizə apardı, yalnız bir məqsəd üçün orduda birləşdi, nəticədə, işğal altındakı torpaqlarımız uğrunda atəşkəsə qədər vuruşdu, mübarizə apardı.
Fərhad Məmmədov müharibəyə gedəndə gənc idi, son dərəcə vətənpərvər, son dərəcə qorxmaz idi. Vətənin keşiyində şərəflə durmaq onun birinci məsuliyyəti idi. O, inanırdı ki, gün gələcək, ölkədə aparılan uğurlu siyasət nəticəsində torpaqlarımız geri alınacaq, xalqımız Zəfər hissi dadacaq. Yanılmadı. İllər sonra – təxminən 30 il sonra Azərbaycanın qüdrətli Ordusu Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızı düşməndən geri aldı, xalqımız zəfər sevinci ilə coşdu. Bu Zəfər xalqımızın ən şərəfl, ən çox qürur duyduğu fərəhli an, Fərhad Məmmədov üçün də sonsuz ehtiramdır. Fərhad Məmmədov Azərbaycanın bütövlüyü uğrunda göstərdiyi şücaətə görə bir neçə orden və medalla tıltif edilib. Bu medallar təkcə onun sinəsini bəzəyən mükafat rəmzi deyil, həm də vətənin öz vətəndaşına sevgi hissidir...
Fərhad Məmmədov ictimai işlərdə də fərqlənir, içindəki Vətən sevgisini əməli işi ilə təsdiq edir.
Hüseyn İsaoğlu (Məmmədov)
Yazıçı- publisist, AYB- nın və AJB-nin üzvü.

Hüseyn İsaoğlu (Məmmədov): Qeyrətli Vətən oğlu - FOTO
Hüseyn İsaoğlu (Məmmədov): Qeyrətli Vətən oğlu - FOTO
Hüseyn İsaoğlu (Məmmədov): Qeyrətli Vətən oğlu - FOTO

Son xəbərlər

Bakıda Qədim Sazın və Sözün Möhtəşəm Zəfəri - FOTOLAR

“Aşk-ı Memnu”nun “Arsen”i vəfat etdi

NBC: ABŞ-də F-16 qırıcısı qəzaya uğrayıb

Merz Trampla Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Bu gün Milli Musiqi Günüdür

Rauf İLYASOĞLU : BİZ SƏNSİZ QALMIŞIQ, AY OQTAY QAĞA - FOTO

Ərdoğanla Trampın görüşü olacaq

Rusiya millisi Azərbaycanda dördillik həsrətə son qoyacaq

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BU PAYIZI ÖZÜN İLƏ APARMA - FOTO

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

Vəsiyyəti açıqlanmadan mübahisələrə səbəb oldu - İnanırın mirasına nələr daxildir?

"Teşkilat" nə vaxt yayımlanacaq?

“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...”

Tarverdi Abbasov Ömrünün Yaradıcılıq Salnaməsi

ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi

Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ

Nicat Novruzoğlu : Nolar ki,bir salam yolla.. - FOTO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır

Şəhid (Antiterror hadisələri zamanı) Vüsal Şəhriyarovun anası Tatış Ananın 45 yaşı tamam olur - FOTOLAR

Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək

8 il sonra yenidən “Leyli” olacaq

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTOLAR - YENİLƏNİB - FOTO

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930