BİZİM TƏQVİM:Aprelin 22-də baş vermiş tarixi hadisələr


1918-ci ilin bu günü Zaqafqaziya Demokratik Federativ Respublikası yaradılıb. Bu federasiyada Azərbaycan, Gürcüstan və Ermənistan birləşdirilib. Azərbaycandan 5 nümayəndə, o cümlədən Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli federasiya hökumətində təmsil olunub. Lakin Qafqaz respublikasının ömrü az olub. Mayın 26-da Gürcüstanın çıxması ilə federasiya süquta uğrayıb.

Bəs, 22 apreldə dünyada daha hansı hadisələr baş verib?

1. 1835-ci ildə Şimali Amerikanın Hindu qəbilələrindən birinin başçısı, “qalxan günəş” ləqəbilə tanınan Otseolo müstəmləkəçilərin daimi yaşayış yerlərindən köçmək barədə müqaviləyə imza atmaq təklifinə cavab olaraq sənədi bıçaqla cırıb.

Bu hadisədən az sonra Otseolo müstəmləkəçilərə qarşı uğurlu müharibəyə başlayıb. Lakin 2 il sonra - 1837-ci ilin sonunda xəyanət nəticəsində əsir düşərək zindanda həlak olub.

2. 1906-ci ilin 22 aprelində Yunanıstanın Afina şəhərində Yay Olimpiya Oyunları təşkil edilib. Bu oyunlar 1896-cı ildə Yunanıstan keçirilən ilk olimpiadanın 10-cu ili şərəfinə təşkil edilib.

Həmin ildən ara olimpiadaların keçirilməsinə qərar verilib. Ara olimpiadalar qeyri-rəsmi hesab olunur, qaliblərə verilən medallar Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınmır.

3. SSRİ Kommunist Partiyasının rəsmi mətbuat orqanı “Pravda” qəzetinin ilk sayı 22 aprel 1912-ci ildə dərc olunub.

4. 1920-ci ilin bu günü Rusiya Kommunist partiyası Qafqaz əyalət komitəsinin Bakı bürosu “Azərbaycanda silahlı üsyanın başlanması” barədə qərar qəbul etdi. Bundan cəmi 5 gün sonra Azərbaycan Demokratik Cümhuriyyəti fəaliyyətini dayandırmağa məcbur oldu.

5. 22 aprel 1994-ci ildə Azərbaycan Respublikası Əlcəzair ilə diplomatik əlaqələr qurmuşdur.

6. 2004-cü ilin 22 aprelində Şimali Koreyada neft və LPG yüklü iki qatarın toqquşması nəticəsində meydana gələn böyük partlayışda 150 nəfər həlak oldu.

7. 22 aprel 2018-ci ildə “Qarabağ” vaxtından qabaq Azərbaycan Premyer Liqasının çempionu olmuşdur.

8. Aprelin 22-si Beynəlxalq Yer Günüdür. Bu günün keçirilmə ənənələri XIX əsrin 40-cı illərinə təsadüf edir. Həmin dövrdə ABŞ-ın Nebraska ştatının sakini Corc Morton tərəfindən yaşıllaşdırma gününün keçirilməsi təklif olunub. 1882-ci il aprelin 22-də Nebraska ştatında rəsmi bayram günü elan edilib və “Ağac günü” qeyd olunmağa başlayıb.

1970-ci ildən isə ekoloji fəallardan olan senator Geylord Nelsonun təklifinə əsasən ekoloji problemlərə, ətraf mühitin çirklənməsinə, təbiətin əhəmiyyətinə diqqəti artırmaq məqsədilə həmin günün adı dəyişdirilərək, “Yer günü” adlandırılıb. Tədricən bu bayram beynəlxalq xarakter alıb və hazırda 150-dək ölkədə, o cümlədən Azərbaycanda qeyd olunur.

22 apreldə həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

1. Klassik alman fəlsəfəsinin görkəmli nümayəndəsi İmmanuil Kant 1724-cü ilin bu günü Küniqsberqdə dünyaya gəlib.

2. Rusiya Kommiunist partiyasının banisi və 17 Oktyabr İnqilabının rəhbəri Vladimir Ulyanov – Lenin 1870-ci ilin 22 aprelində doğulub.

3. Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR xalq artist Ağaheseyn Cavadov 22 aprel 1894-cü ildə dünyaya gəlib.

4. 1929-ci ildə “Türkiyənin ilk gözəllik kraliçası” seçilən Feriha Tevfik beyin qansızması nəticəsində 22 aprel 1991-ci ildə İstanbulda dünyasını dəyişib. (1910-1991)

5. 22 aprel 1942-ci ildə Azərbaycanın görkəmli aktyoru və rejissoru Həsən Əbluc anadan olub.

6. Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırov 22 aprel 1946-cı ildə doğulub. (Bizim.Media)

Son xəbərlər

"Jamestown": Bakı fon der Lyayenin səfərindən sonra Aİ-dən praktiki addımlar gözləyir

Həmkarlar İttifaqının təşkilatçılığı ilə keçirilən minifutbol turniri başa çatıb - FOTOLAR

Dəyərlimiz Sadiq Qurbanovu hamı sevir,çün ki,hamının yanında üzüağ, alnıaçıqdır - FOTO

Bakıda 32, rayonlarda 38 dərəcə isti olacaq

Yeni 100 manatlıqlar tədavüldə - Taleh Kazımovun imzası ilə

Nilüferin qızı evləndi - Fotolar

MƏN BORÇALI TÜRKÜYƏM

Səfir: "Bir millət, iki dövlət" anlayışı 15 iyul gecəsində də öz təsdiqini tapdı

Slovakiya Prezidenti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Əli Əsədov Qətərin Azərbaycandakı səfirliyində olub, başsağlığı verib

İlham Əliyev Ərdoğana Türkiyədə "Demokratiya və Milli Birlik Günü" münasibətilə məktub ünvanlayıb

Kamran Əliyev Kəlbəcərdə vətəndaşları qəbul edəcək

Ombudsman aparatının əməkdaşları ahıl şəxslərin sosial xidmət müəssisəsinə baş çəkib

Azərbaycan neftinin qiyməti 87 dollara yaxınlaşır

Bakıda avtovağzalın yaxınlığında yanacaqdaşıyan avtomobil yanıb

Azərbaycan XİN Demokratiya və Milli Birlik Günü münasibətilə Türkiyəyə təbrik ünvanlayıb

“Daha bir qol vurmaq istəyirdik” - Dambrauskas

Yatmazdan əvvəl bunları yemək yuxunu alt-üst edir

"Fənərbaxça" Meyson Qrinvudla 4 illik müqavilə imzalayıb

İran XİN: Limanlarımızın blokadasının bərpası ABŞ ilə razılaşmanı pozur

Haluk Leventin qumarxanadakı görüntüləri yayıldı - FOTOLAR

Etibarsız vəsiqə və 21 dəqiqəlik xəstəxana ziyarəti - "Arzum"un məhkəmə işində ŞOK DETALLAR

İspaniya finala vəsiqə qazandı

Ucar sakini Qazaxıstanda yol qəzasında öldü

"Telegram"dan yenilik

QƏLƏMİNƏ SADİQ QALAN JURNALİST, SÖZÜNƏ SƏDAQƏTLİ ŞAİR...

"Kəlağayım millidir, butalıdır, güllüdür" – milli irsimizin qorunmasına çağırış - FOTOLAR

“Aşıq Ələsgərin anım tədbirləri” layihəsi çərçivəsində Göygöl rayonunda növbəti tədbir keçiriləcək.

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031