Ali Məhkəmə: Xüsusi statusla mənzillə təminat yalnız bir dəfə mümkündür


Ali Məhkəmənin İnzibati kollegiyası qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan vətəndaşların yalnız bir dəfə mənzillə təmin edilməsi ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

Bu barədə məhkəmədən məlumat verilib.

Bildirilib ki, iddiaçı Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxsdir. O, ailə üzvləri ilə birlikdə 2012-ci ildə yerli icra hakimiyyəti tərəfindən ayrılmış mənzildə yaşayır. Həmin mənzil iddiaçının həyat yoldaşına verilmiş, sahə hesablanarkən iddiaçı da daxil olmaqla ailənin bütün üzvləri nəzərə alınıb. Lakin sonradan iddiaçı mənzilin sahəsinin kifayət etmədiyini əsas gətirərək yenidən mənzillə təmin olunmasını tələb etmiş, hətta mənzil növbəsinə də qəbul edilib. Aidiyyəti icra hakimiyyəti orqanı isə əvvəl bir dəfə mənzil verildiyini əsas gətirərək bu tələbi rədd edib.

Birinci instansiya məhkəməsi iddianı təmin edərək iddiaçının yenidən mənzillə təmin olunmasını məqsədəuyğun hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi də qərarı qüvvədə saxlayıb. Bundan sonra cavabdeh orqan Ali Məhkəməyə müraciət edib.

Ali Məhkəmə belə nəticəyə gəlib ki, qanunvericiliklə müəyyən edilən xüsusi kateqoriyadan olan şəxslərin mənzillə təminatı dövlətin mühüm sosial öhdəliklərindən biri olsa da, bu hüquq mütləq xarakter daşımır və müəyyən hüquqi çərçivələrlə məhdudlaşdırılır. Sosial hüquqların həyata keçirilməsi dövlətin maliyyə imkanları, resursların məhdudluğu və cəmiyyətdə sosial ədalətin təmin olunması zərurəti ilə sıx bağlıdır. Bu baxımdan dövlət yalnız fərdi maraqları deyil, bütövlükdə cəmiyyətin rifahını və ehtiyacı olan şəxslər arasında balansı nəzərə almalıdır.

Məhkəmə kollegiyası vurğulayıb ki, müharibə əlilləri və digər xüsusi statuslu şəxslər dövlətin xüsusi sosial müdafiəsində olan həssas qrupdur və onların mənzillə təmin olunması sosial ədalətin bərpasına xidmət edir. Lakin bu təminatın məqsədi həmin şəxslərə əlavə üstünlük qazandırmaq deyil, onların əsas yaşayış ehtiyacını aradan qaldırmaq və onları normal sosial həyat şəraitinə qaytarmaqdır. Bu səbəbdən dövlət tərəfindən bir dəfə mənzil verilməsi həmin sosial ehtiyacın təmin edilməsi kimi qiymətləndirilməlidir.

Ali Məhkəmə izah edib ki, xüsusi statusdan irəli gələn əsasla sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fonduna çıxış hüququ yalnız bir dəfə həyata keçirilə bilər. Əgər şəxs və ya onun ailə üzvü bu əsasla artıq mənzillə təmin olunubsa və həmin təminat zamanı bütün ailə üzvləri, o cümlədən iddiaçı nəzərə alınıbsa, bu halda həmin şəxs də faktiki olaraq bir dəfə mənzillə təmin edilmiş sayılır. Belə olan halda eyni əsasla yenidən mənzil tələb edilməsi qanunvericiliyin məqsədinə uyğun hesab edilə bilməz.

Məhkəmə qeyd edib ki, təkrar mənzil təminatı yalnız fərdi iddia ilə məhdudlaşmır, eyni zamanda digər şəxslərin hüquqlarına təsir göstərir. Çünki dövlətin sosial resursları məhduddur və bir şəxsin eyni əsasla ikinci dəfə mənzil əldə etməsi hələ də mənzilə ehtiyacı olan digər şəxslərin bu hüquqdan yararlanma imkanlarını azalda bilər. Bu isə sosial ədalət və bərabərlik prinsiplərinə zidd olardı.

Nəticə etibarilə cavabdehin kassasiya şikayətin təmin edilib.

Son xəbərlər

Paytaxtdakı yanğın zamanı 6 nəfər xəsarət alıb - TƏBİB açıqladı

Azərbaycan Kot-d'İvuarı Müstəqillik Günü münasibətilə təbrik edib

Azərbaycanın Malayziyada yeni səfiri təyin olunub

Paşinyan Vardanyanın xanımı ilə görüşə razılıq verib

Kimlər adını dəyişə bilməz? - Rəsmi

Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz - RƏSMİ AÇIQLAMA

Tramp: İran razılaşma əldə etmək istəyir

Ali Məhkəmədən müəlliflik hüququ ilə bağlı - Mühüm qərar

Etibarın siması

Mütəxəssi: Uşaqlara allergen qidaların gec verilməsi doğru yanaşma deyil

"Onsuz mən daha bədbəxt bir insana çevrilirəm" - Kerem Bürsin

Abel Məhərrəmovun səfir oğlu geri çağırıldı

BAĞIŞLA MƏNİ, ROMEO!

SÖZÜN, QƏLƏMİN ŞƏRƏFİNİ QORUYAN SÖZ SAHİBİ - FOTOLAR

Zeynal Nağdəliyevin oğlu səfir təyin olundu

ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib

Özündən 48 yaş gənc aktrisa ilə görüntüləndi, gündəm oldu - Fotolar

Zərdabda qəsdən yanğın törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...

BƏDƏLANIN ŞÖHRƏTLİ OĞLU

Azərbaycanda 10 min manatlıq əməkhaqqı ilə işçi axtarılır

Azərbaycanlı tədqiqatçı Aybəniz Haşımova beynəlxalq elmi konqresdə iştirak edib

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Paşinyan: Avrasiya İqtisadi İttifaqının əsas prinsipləri praktikada tam həyata keçirilmir

Ceyranbatanda 1500 abonentin qazı kəsiləcək

Beyləqanda bir nəfər suda boğulub

Biləsuvarın bir sıra ərazilərində işıq olmayacaq

Cəlilabadda maşın aşıb - Yaralılar var

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31