Türkiyəli aktyor Selahattin Paşalı və həyat yoldaşı Lara Paşalı boşanmaları barədə yayılan iddialarla bağlı səssizliklərini pozub.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük sosial media hesablarından birgə açıqlama yayıb.

“Son günlərdə haqqımızda səslənən iddialarla bağlı qısa açıqlama vermək istərdik. Hər evlilik zaman-zaman çətin dövrlər yaşaya bilər, hazırda bəzi məsələləri öz aramızda həll etmək və münasibətimizi daha sağlam bir nöqtəyə daşımağa çalışmaq prosesini yaşayırıq”, - onlar qeyd edib.

Bu müddət ərzində susmağı üstün tutduqlarını deyən Paşalı cütlüyü, “Çünki şəxsi məsələlərimizi sakit və gizli idarə etmək istədik. Ancaq susmağımızın yanlış anlaşılması və yanlış şərh olunması gerçəyi əks etdirməyən spekulyativ xəbərlərin artmasına səbəb oldu. Xüsusi olaraq bildirmək istərdik ki, proseslə bağlı ictimaiyyətə sızan təfərrüatlar həqiqəti əks etdirmir. Şəxsi həyatımıza göstərilən həssaslıq və anlayış üçün yanımızda olan hər kəsə təşəkkür edirik”, - əlavə edib.

Qeyd edək ki, boşanma iddialarını gündəmə gətirən hadisə Laranın toy fotolarını sosial şəbəkə hesabından silməsi olub. Gündəlik həyatlarını tez-tez sosial mediada paylaşan cütlüyün evliliyində bir müddətdir problemlər olduğu iddia edilir.

Belə ki, yayılan xəbərlərə görə, Laranın bu addımı atmasına ərinin xəyanət etməsi səbəb olub. Daha öncə Selahattinin “Masumiyet Müzesi”ndəki tərəf müqabili Eylül Lize Kandemir ilə münasibət yaşaması barədə söz-söhbətlər yayılmışdı.

Son günlər isə hazırda rol aldığı “Kıskanmak” serialındakı həmkarı Hafsanur Sancaktutan ilə eşq yaşadığı iddia olunur.

Son xəbərlər

Aygül Bağırova : İçimdə böyüməyən uşaq

Bu ölkədə iki nazir birdən istefa verdi

“Hakimliyin səviyyəsi qalxmalıdır” - “Sabah”ın baş məşqçisi

Murat Övüçə 11 ay həbs cəzası verildi

"Qalatasaray" kubokla vidalaşdı

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından 3 il ötür

Media: Fransa “Rafale” təyyarələri üçün dron əleyhinə ucuz sursatlar hazırlayır

Vaşinqton İranla atəşkəs haqqında Tel-Əvivi məlumatlandırıb

TƏBİB-də kimlər vəzifəsindən azad edildi? - SİYAHI

Bu tarixlərdə dərs olmayacaq

Azərbaycanın daha bir güləşçisi Avropa çempionu olub

"Kıskanmak"ın final tarixi bəlli oldu

İbrahim Çelikkola görə 2 illik əziyyət hədər oldu

Boşanma xəbərlərinə belə açıqlama verdilər

Gözəlliklərə dirənək...

AY ÖMÜR QATARIM - FOTO

Tələbə Auditoriyasından Səngərə Uzanan Yol - FOTO

Astananın sərgi mərkəzində Azərbaycan pavilyonu açılıb

"Maliyyə icarəsi haqqında" qanun layihəsi plenar iclasa tövsiyə edilib - YENİLƏNİB

İlham Əliyev və Edqars Rinkeviçsin iştirakı ilə Bakıda Azərbaycan-Latviya biznes-forumu keçirilib

Yağıntılar intensivləşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Sabahdan Slovakiyaya “Drujba” kəməri ilə neft nəql olunacaq

Latviya Prezidentinin şərəfinə rəsmi lanç verilib

Xəzər dənizində zəlzələ olub

Azərbaycan və Latviya prezidentlərinin geniş tərkibdə görüşü keçirilib

İlham Əliyevin Latviya Prezidenti ilə təkbətək görüşü olub

Həftəsonu 55 mindən çox şagird buraxılış imtahanı verəcək

Ali Məhkəmə: Xüsusi statusla mənzillə təminat yalnız bir dəfə mümkündür

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930