Xəbərlər
23.04.2026, 01:01
Aygül Bağırova : İçimdə böyüməyən uşaq
Hər insanın taleyində bir görünən ömür var, bir də görünməyən ömür.Mən illərdir bu həqiqəti yaşayıram.Çünki içimdə də mənimlə birgə doğulan, mənimlə birgə yol gələn, mənimlə birgə susan,ağlayan, sevinən bir uşaq yaşayır.Mən yaşa dolmuşam, həyatın hər üzünü tanımışam, zamanın sərt dərslərini öyrənmişəm.O uşaq isə içimdə ilk günkü təmizliyi ilə qalıb.Mən böyümüşəm, o böyüməyib.Mən həyatın içində ağırlaşmışam, o isə ruhumun dərinliyində işıq kimi yanır.
Azərbaycanın ikinci böyük şəhərində, ziyalı bir ailədə böyümüşəm. Evimizin ab-havasında kitabların nəfəsi vardı, sözün çəkisi vardı, düşüncənin məsuliyyəti vardı.Hələ uşaq yaşlarımdan hiss edirdim ki, insanı insan edən onun geyimi, vəzifəsi, imkanları qədər qəlbinin zənginliyi, düşüncəsinin saflığı, davranışının ölçüsüdür.Mənim tərbiyəm də o ruhda formalaşıb.İnsanlara sevgi ilə baxmağı, böyüyə ehtiram, kiçiyə qayğı göstərməyi,sözü yerində işlətməyi, duyğunu israf etməməyi ailəmdən öyrənmişəm.Elə bilmişəm ki, dünya da bu ölçülərlə yaşayır. Elə bilmişəm ki, hər baxışda səmimiyyət, hər münasibətdə etibar, hər yaxınlıqda ürək istiliyi var.
Sonra həyat başladı.Həyat öz qapılarını bir-bir üzümə açdı.Mən də o qapılardan keçdikcə gördüm ki, insanın uşaqlıqda qurduğu dünya ilə gerçək dünyanın arasında nə qədər böyük məsafə var.Gördüm ki, hər gülüş sevincdən doğulmur, hər mehriban söz qəlbdən gəlmir, hər yaxınlıq ruha toxunmur.Gördüm ki, insanı ən çox incidən daş, divar, məsafə olmur; insanı ən dərin yerdən yaralayan yenə insanın özüdür. Həmin anlarda ruhum sıxılıb, qəlbim yüklənib, susduğum günlər çoxalıb.Amma içimdə yaşayan o uşaq hər dəfə məni içimdən çağırıb.Mənə xatırladıb ki, dünyanın bütün yolları qaralmayıb, insanlığın çırağı hələ sönməyib, mərhəmət hələ bu dünyanın nəfəsində yaşayır.
Bəzən düşünürəm ki, insanın daxilində qoruduğu ən böyük sərvət onun saf qala bilən hissləridir. Ömür çox şeyi dəyişir.Üzümüz dəyişir, baxışımız dəyişir, inamlarımız sınaqdan keçir, sözlərimiz azalır, sükutumuz dərinləşir.Amma ruhun dərinliyində bir işıq varsa, o işıq insanı sonadək aparır.Mənim içimdə yaşayan o uşaq da elə həmin işıqdır. O uşaq mənim bəzən itirdiyim cəsarətimi geri qaytarır, bəzən yorulan inamıma nəfəs verir, bəzən qəlbimin daralan yerində pəncərə açır. Mən çox vaxt onunla danışıram.Heç kəsə söyləyə bilmədiyim dərdi ona anladıram.Elə o anlarda, göz yaşımı silən də, məni ayaqda saxlayan da yenə o olur.
Dünya dəyişir. Zaman dəyişir.İnsanların danışığı, münasibəti, həyata baxışı dəyişir. Mənəvi ölçülər də başqa bir axara düşür.Bir vaxtlar dəyər sayılan çox şey indi başqa adlarla təqdim olunur.Bir vaxtlar insanı ucaldan keyfiyyətlər indi çoxlarının gözündə zəiflik kimi görünür.Amma içimdə yaşayan o uşaq bu dəyişikliklərin heç birinə bənzəmır. O hələ də insanlara inanmaq istəyir.Hələ də bir səmimi baxışın arxasında saf duyğu axtarır.Hələ də ümidini göyə qaldırıb dua kimi saxlayır.Hələ də həyatın içində kiçik bir işartını böyük bir sabah kimi sevir.
Mən ömrüm boyu çox şey görmüşəm. Uzaqdan işıq kimi görünən, yaxınlaşdıqca kölgəyə çevrilən yollar da görmüşəm.Mənə açılır sanılan qapıların necə səssizcə bağlandığını da yaşamışam.Qanadlanmaq istədiyim anlarda ruhuma ağırlıq bağlandığını da duymuşam.Bəzən bir xoş niyyətin belə yanlış anlaşılacağından çəkinib ürəyimdə saxladığım sözlərdə olur.Bəzən sevgi ilə dediyim bir fikrin, ehtiramla uzatdığım bir münasibətin başqa məna qazanacağından qorxub susuram.Beləcə, zaman-zaman öz içimə çəkilirəm.Özümə sirdaş oluram. Özümlə məsləhətləşirəm. İçimdəki uşaqla birgə dərdləşirəm. Mənim ən sədaqətli yoldaşım da elə odur...
İnsanları daha yaxından tanıdıqca qəlbim daha çox Allaha sarı yönəlir. Çünki bu dünyanın tərəziləri bəzən insanın haqqını dərhal çəkə bilmir.Bəzən haqq gecikir, bəzən ədalət ləngiyir, bəzən insan öz ağrısını içində daşıya-daşıya susmağa üstünlük verir.Amma İlahi ədalətin səssiz yolu var.Mən buna inanaraq yaşayıram.Mənə güc verən də bu inamdıe. Elə bilirəm ki, qəlbdə qalan heç bir ah havada itmir, ruhda daşınan heç bir ağrı mənasız qalmaz, yaşanan heç bir haqsızlıq cavabsız qalmaz. Bu inam məni heç vaxt qırılmağa qoymayıb.
İçimdə yaşayan o uşaq dünyadan böyük sərvətlər ummur. Onun istəyi çox sadə, bir o qədər də uca duyğulardır. O, anlayış istəyir. Qayğı istəyir. Sayğı istəyir. Dostluq istəyir. Sevgi istəyir. Könül rahatlığı istəyir. İnsan ruhunu dincəldən, qəlbi isidən, ömrə məna qatan nə varsa, o uşaq onların sorağındadır. Çünki insanı yaşadan hər zaman çörək, geyim, rahatlıq olmur. İnsan çox vaxt bir doğma baxışla dirçəlir, bir səmimi sözlə toparlanır, bir etibarlı ürəklə güclənir. Mən bunu həyatın içindən keçərək öyrənmişəm.
İndi mən o uşaqla üz-üzə yaşayıram.Hər gün onun varlığını hiss edirəm.Bəzən onun gözlərinə baxmaq mənə ağır gəlir.Çünki o baxışlarda hələ də bir işıq, bir inam, bir təmizlik yaşayır.Mən isə bu ömrün içində çox sərt həqiqətlər görmüşəm.Bəzən içimdən keçir ki, kaş onun arzuladığı dünyanı ona verə biləydim.Kaş onun gözlərində yaşayan o saf mənzərəni gerçək ömrə çevirə biləydim.Kaş taleyin sərt əlini bir az yumşalda, yolları bir az işıqlandıra, ruhunu incitmədən onu bu ömürdən keçirə biləydim.Bu duyğu mənim içimdə dərin bir sızı kimi yaşayır.
Mənə ömrüm boyu mane olanlar da olub, yolumun işığını azaltmaq istəyənlər də, qəlbimin açılan qapılarını bağlamağa çalışanlar da.Taleyimə kənardan yön vermək istəyən baxışlar, imkanlarımı daraltmaq istəyən əllər, ruhuma kölgə salmaq istəyən niyyətlər də az olmayıb.Kaş o insanlar bir anlıq içimdə yaşayan uşağın gözlərinə baxa biləydilər.Kaş saflığın necə kövrək, necə müqəddəs, necə uca bir şey olduğunu görə biləydilər.Bəlkə o zaman insan ömrünə ağırlıq yükləməyin nə demək olduğunu daha dərindən anlayardılar.Amma saflıq hər baxışa görünmür. Paklıq hər qəlbdə oxunmur.Bəzi həqiqətlər var ki, onları ancaq ruhunda işıq daşıyanlar görə bilir.
Bu gün mənim içimdə nə qədər sevgi yaşayırsa, nə qədər mərhəmət qalıbsa, nə qədər ümid nəfəs alırsa, hamısı o uşağın mənə bağışladığı mənəvi sərvətdir.Mən başımı dik tutub yaşayıramsa, ruhumu kimsənin ayağı altına atmıramsa, qəlbimin qapılarını tam bağlamıramsa, səbəbi yenə də odur. İçimdə bir uşaq yaşayır.O uşaq məni hər dəfə yenidən insan edir, sərtləşməkdən qoruyur, qəlbimi qaralmağa qoymur. Mənə xatırladır ki, həyat insanı sınaya bilər, amma onun ruhunu yalnız özü qoruya bilər.
Bəlkə də insanın bu dünyadakı ən böyük qələbəsi elə budur: bütün sərtliklərin içində yumşaqlığını qorumaq, bütün soyuqluqların içində qəlbinin istiliyini itirməmək, bütün qaranlıqların arasında öz işığını söndürməmək.Mənim də ömrümün mənası bir az bundadır.İçimdə yaşayan o uşaqla gəlib bu günə çatmışam. O mənim sığınacağım olub, sirdaşım olub, yaddaşım olub, vicdanım olub, nəfəsim olub.Bu gün dönüb geriyə baxanda anlayıram ki, insanın ən böyük dayağı içində qoruduğu paklıqdır. Hər şey əldən çıxa bilər, hər şey dəyişə bilər, hər şey zamana qarışa bilər.Amma insanın ruhundakı o təmiz guşə yaşayırsa, o insan hələ yaşayır, hələ sevir, hələ ümid edir, hələ sabaha baxır.Mənim də içimdə belə bir uşaq yaşayır. O, mənim taleyimin ən işıqlı tərəfidir. Mənim susarkən danışan həqiqətimdir. Mənim qırıldıqca toparlanan ruhumdur. Mənim dualarımın gizli səsidir. Mən bu günə qədər onunla gəlmişəm. Bundan sonra da yolumu onun saflığı, Allahın mərhəməti və qəlbimdə qoruduğum işıq aparacaq.
Gecə düşüncələri silsiləsindən...

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay