Xəbər verdiyimiz kimi, son həftələrdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyininin (TƏBİB) idarəetməsində kadr islahatları aparılır. İslahatlar çərçivəsində TƏBİB-də vəzifə tutan, o cümlədən bir sıra xəstəxanaların direktorları vəzifələrindən azad ediliblər.
Bakupost.az Bizim.Media-ya istinadka davam edən islahatlar nəticəsində TƏBİB-dəki vəzifəsindən azad edilmiş şəxslərin siyahısını təqdim edir:
Vüqar Qurbanov
Fevralın 16-da Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının qərarı ilə Vüqar Cavanşir oğlu Qurbanov TƏBİB-in İcraçı direktoru vəzifəsindən azad edilib.
Nəzrin Adıgözəlzadə
Fevralın 17-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin mətbuat katibi Nəzrin Adıgözəlzadə vəzifəsindən ayrılıb.
Zamirə Ədilova
Aprelin 8-də TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova qurumdakı fəaliyyətini başa vurduğunu açıqlayıb. O, bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, Z. Ədilova 2022-ci ilin fevralından TƏBİB-də çalışırdı. Sözügedən vəzifə Elnur Hidayətoğluna həvalə olunub.
Hikmət İbrahimli
Aprelin 15-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli vəzifəsindən ayrılıb. Qeyd edək ki, o, 2020-ci ildə TƏBİB-in yaradılmasında yaxından iştirak edib.
Səkinə Sadıxova
Aprelin 21-də Abşeron Mərkəzi rayon Xəstəxanasının direktoru Səkinə Sadıxova vəzifəsindən azad edilib. O, 2024-cü ilin dekabrında bu vəzifəyə təyin olunmuşdu.
Pərviz Hacıyev
Respublika Uroloji Mərkəzin direktoru Pərviz Hacıyev də son günlərdə vəzifəsindən azad olunanlar sırasındadır. O, ötən ilin oktyabrında bu vəzifəyə təyinat almışdı.
Barat Yusubov
“Yeni Klinika”nın direktoru Barat Yusubov da bu gün vəzifəsindən azad olunub. Bu barədə açıqlamasında Barat Yusubovun özü məlumat verib. O, işdən çıxarılma səbəbi ilə bağlı detalları açıqlamayıb. Barat Yusubov 2022-ci ildə bəri “Yeni Klinika”nın direktoru vəzifəsində çalışırdı.
Könül Ələkbərov
Bu gün Klinik Tibbi Mərkəzin (KTM) direktoru Könül Ələkbərov vəzifəsindən azad edilib. K.Ələkbərov bu gün TƏBİB-ə dəvət olunaraq ərizəsi alınıb. “Yeni Klinika”nın direktoru Barat Yusubov da bu gün vəzifəsindən azad edilib.
Nurəngiz Bəşirova
Həmçinin, bu gün Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova da vəzifəsindən azad edilib. Bizim.Media-nın əldə etdiyi məlumata görə, hazırda kollektivlə iclas keçirən N.Bəşirovunun azad edilməsi haqqında rəsmi məlumat sabah açıqlanacaq.
Mirələm Cəlalov
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru Mirələm Cəlalov vəzifəsindən azad olunub. Qeyd edək ki, Mirələm Cəlalov bu vəzifəyə 2023-cü ilin yayında, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası ilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin birləşdirilməsi prosesindən sonra gətirilmişdi.
Qeyd edək ki, xəstəxana direktorlarından əlavə, TƏBİB-in yeni icraçı direktoru Anar Bayramovun müvafiq Əmri ilə müşavirləri - Elnur Qurbanov, Emil Qasımov, Pərvin Əkbərov, Vüqar Yaqublu, Strateji inkişaf departamentinin rəhbəri Murad Mirzəyev vəzifələrindən azad ediliblər.

Son xəbərlər

Peskovun qızı üçüncü dəfə hamilədir

İranda partlayış səsləri eşidildi - HHM sistemləri işə salındı

Netanyahu livanlılara müraciət etdi

Azərbaycan 19 dövlətin adından mina təhlükəsi ilə bağlı çağırış etdi

Makron G7 sammitində kimlərin iştirak edəcəyini açıqlayıb

Rusiya bu ölkələrlə sərhəddə hərbi bazalarını artırır

Prezidentlikdən istefa verəcəyini bildirdi

Cəlilabadda müəllim dünyasını dəyişdi

Araz Nəsirov TƏBİB-dən getdi

“Son zəng”də bunlar qadağandır - Rəsmi

80 illik yubileyinə bunu hədiyyə istəyir

İSMAYILLI-TALISTAN VƏ AŞIQ ELMAN YARADICILĞI- FOTOLAR

Azərbaycan millisinin üzvü "Şamaxı"da

Bakıda səs-küy salan qonşusunun torpağını 5 milyona satın aldı

"İnternlər"in aktrisası vəfat etdi

Ölkəsində qəhrəman kimi qarşılandı...

Gədəbəyə dolu yağdı - Fotolar

Ərdoğan CHP-ni sərt tənqid edib

Vuçiç Azərbaycan müdafiə nazirini qəbul edib

Putin Rusiyaya daxil olan miqrantların tibbi müayinəsini tələb edən qanun imzalayıb

Hacıqabulda açıq ərazidə yanğın başlayıb

Sabah Nəsiminin bəzi küçələrində qaz olmayacaq

Pakistanda hərbi helikopter qəzaya uğrayıb, bütün heyət həlak olub

Ərdoğan: Ankaradakı NATO sammiti alyansın tarixində dönüş nöqtəsi ola bilər

Omanın Sohar şəhərinin şimal-şərqində yerləşən tankerdə yanğın baş verib, ölən var

Sabah 33 dərəcə isti olacaq

Azərbaycanın xarici dövlət borcu azalıb

Baş nazir kimi 62 illik rekordu yenilədi

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930