“Rabitəbank” ASC ölkədə müxtəlif sahələrdə çalışan peşəkarların maliyyə əlçatanlığını artırmaq məqsədilə yeni nağd pul krediti kampaniyasına start verib. Kampaniya çərçivəsində bank, sığorta və mobil operator əməkdaşlarına xüsusi şərtlərlə sərfəli kredit imkanları təqdim olunur.

"Turaztv.az" "Unikal"-a istinadən xəbər verir ki, yeni kampaniyaya əsasən, müştərilər 50 000 AZN-dək kredit vəsaitini daha rahat və əlverişli şərtlərlə əldə edə bilərlər. Kredit müddəti maksimum 59 ayadək təklif olunur ki, bu da müştərilərə ödəniş planlarını öz maliyyə imkanlarına uyğun şəkildə qurmağa imkan verir. Kampaniya çərçivəsində fərqli müddətlər üzrə xüsusi faiz dərəcələri tətbiq edilir və bu yanaşma müştərilərə daha çevik seçim imkanı yaradır.

Belə ki, ilk 12 ay müddəti üçün kreditlər 9.5% faiz dərəcəsi ilə təqdim olunur. Daha uzunmüddətli maliyyələşmə imkanlarından yararlanmaq istəyən müştərilər üçün isə 24 ay üzrə 10%, 36 ay üzrə 11%, 48 ay üzrə isə 12% faiz dərəcələri müəyyən edilib. Bu isə kredit məhsulunu həm qısamüddətli, həm də uzunmüddətli planlaşdırma baxımından cəlbedici edir. Eyni zamanda, kreditlərin komissiyasız rəsmiləşdirilməsi əlavə xərclərin qarşısını alır və müştərilər üçün ümumi maliyyə yükünü minimuma endirir.

Kampaniyanın əsas üstünlüklərindən biri kredit əldə edən müştərilərə hədiyyə olaraq “Kartmane” taksit kartının təqdim olunmasıdır. Bu kart vasitəsilə müştərilər alış-verişlərini hissə-hissə ödəmək imkanı qazanaraq maliyyə yükünü daha rahat idarə edə bilirlər.

Rabitəbankın təqdim etdiyi bu kampaniya bankın müştəriyönümlü yanaşmasının və “Rahat bankçılıq” konsepsiyasının bariz nümunəsidir. Bank müxtəlif sahələrdə çalışan əməkdaşlara dəyər yaradan maliyyə həlləri təqdim etməklə onların həyat keyfiyyətinin yüksəldilməsinə və maliyyə planlamasının daha rahat qurulmasına dəstək olmağı hədəfləyir.

Müraciət üçün linkə keçid edə bilərsiniz: https://rbt.az/bahar-furseti

Məlumat üçün bildirək ki, “Rabitəbank” ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və “Rahat bankçılıq” konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları “Azərbaycan Banklar Assosiasiyası”nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.

Hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “Rabita Business” tətbiqi və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.

Son xəbərlər

Bakıda Qədim Sazın və Sözün Möhtəşəm Zəfəri - FOTOLAR

“Aşk-ı Memnu”nun “Arsen”i vəfat etdi

NBC: ABŞ-də F-16 qırıcısı qəzaya uğrayıb

Merz Trampla Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Bu gün Milli Musiqi Günüdür

Rauf İLYASOĞLU : BİZ SƏNSİZ QALMIŞIQ, AY OQTAY QAĞA - FOTO

Ərdoğanla Trampın görüşü olacaq

Rusiya millisi Azərbaycanda dördillik həsrətə son qoyacaq

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BU PAYIZI ÖZÜN İLƏ APARMA - FOTO

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

Vəsiyyəti açıqlanmadan mübahisələrə səbəb oldu - İnanırın mirasına nələr daxildir?

"Teşkilat" nə vaxt yayımlanacaq?

“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...”

Tarverdi Abbasov Ömrünün Yaradıcılıq Salnaməsi

ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi

Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ

Nicat Novruzoğlu : Nolar ki,bir salam yolla.. - FOTO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır

Şəhid (Antiterror hadisələri zamanı) Vüsal Şəhriyarovun anası Tatış Ananın 45 yaşı tamam olur - FOTOLAR

Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək

8 il sonra yenidən “Leyli” olacaq

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTOLAR - YENİLƏNİB - FOTO

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930