11-ci sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələri elan olunub

11-ci sinif şagirdləri üçün sentyabrın 10-da keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub

Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, imtahanda iştirak edən 11-ci sinif şagirdləri verilmiş keçidə daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola bilərlər. Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (“Azercell”, “Bakcell”, “Nar”, “Naxtel”) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması prosesi respublikada keçirilən sosial izolyasiya tədbirlərinə uyğun olaraq onlayn şəkildə həyata keçirilib. Belə ki, hər marker yoxlama prosesinə öz evindən qoşularaq proqramın onun kompüterinə təsadüfi göndərdiyi işləri yoxlayıb. Qeyd edək ki, onlayn (evdən) yoxlama prosesində üztanıma texnologiyası tətbiq edilib və yoxlama prosesinin bütün tələblərinə (meyarların təkmilləşdirilməsi, işlərin şifrələnməsi, markerlərin hər tapşırıq üzrə yoxlamadan əvvəl kalibrləmədə iştirak etməsi, yoxlama ərzində "seeding" prosesinin (markerlərə sayıqlığı itirməmək üçün əvvəlcədən hazırlanan və kalibrə edilən sualların mütəmadi olaraq göndərilməsi) tətbiqi, işlərin markerlərə proqram tərəfindən təsadüfi göndərilməsi, imtahan protokollarının araşdırılması və s.) əməl olunub.

Yazı işlərinin onlayn (evdən) yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.

Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə ana dili fənnindən 4 açıq və 26 qapalı, riyaziyyat fənnindən 4 açıq, 8 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 4 açıq və 26 qapalı tipli tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunur. Bu mərhələdə fənlərin hər biri üzrə toplanıla biləcək maksimal bal 100 olmaqla, ümumilikdə 300 baldır. Şagirdlərin hər fənn üzrə topladıqları bal onların attestatına yazılacaq.

Bu imtahanlarında iştirakı nəzərdə tutulan 1796 nəfərdən 1206 nəfər imtahana gəlməyib. İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 21 sentyabr 2020-ci il tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apelyasiya prosesi təşkil ediləcək. Apelyasiya komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən imtahanların təcrübəsi göstərir ki, apelyasiya üçün ərizə yazanların təqribən 30 faizi ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Şagirdlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

Apelyasiya komissiyasına müraciət etmək istəyənlər 17-18 sentyabr tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apelyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apelyasiya təşkil olunmur. Apelyasiya müzakirəsində şagirdin iştirakı vacibdir. Şagird ilə yanaşı valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Son xəbərlər

“Ağdamın ilk məzunu olmaq ağlıma belə gəlməzdi” - Foto

Sabahın hava proqnozu açıqlanıb

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Türkiyəli məşhurlar uşaqlarının məzun günündə - Fotolar

Bakı sakinləri təşvişdə: yayılan bu sirli həşərat nədir?

İngilis dili müəlliminin paylaşdığı tədris videosu

Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq

Bu il 23 mindən çox müəllim sertifikatlaşdırmadan keçəcək

Səməd Bəşirli: "Azərbaycan və TDT ölkələri arasında qarşılıqlı investisiyalar 40 milyard dollara yaxınlaşıb"

Bu gün Azərbaycanın bütün məktəblərində "Son zəng" çalınır

Dünya çempionatı: Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşməyib

Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşmədi - YENİLƏNİB

Şöhrət xiyabanında onun da ulduzu oldu

“Eşref Rüya”nın aktyorları eyni layihədə

11 yaşlı uşaq 85 milyon il əvvəl yaşamış sürünənin skeletini aşkarladı - Fotolar

Dünya Kubokundan sonra karyerasını bitirəcək

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib - FOTOLAR

Hikmət Hacıyev Trans-Xəzər Forumunda çıxış edib

Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib

Kanada - Bosniya və Herseqovina oyununda ilk hissə yekunlaşıb - YENİLƏNİR

Ermənistanda səslər yenidən hesablandı, fərq dəyişdi

“TikTok"da qeyri-etik paylaşımlar edən daha bir nəfər saxlanıldı

Həyatının 30 ilini buna həsr etdiyini açıqladı

Universitetini dəyişdirmək istəyənlərin nəzərinə: Mühüm qərar...

“Balını artırarıq” tələsi: Abituriyentlərə vacib xəbərdarlıq

Sürücülük hüququ ömürlük verilə bilərmi?

ADY yay mövsümü üçün əlavə qatar reysləri təyin etdi

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930